Страницы

18.08.2013

Taleh Şahsuvarlının taleyi (1)

Taleh Şahsuvarlının taleyi (1)Ruslan Fərzəliyev

Taleh Şahsuvarlı ilə ilk tanışlığım təxminən 3 il əvvəl onun “Qaynarinfo” portalında yayınlanan məqaləsindən sonra başladı. Həmin yazıdan yadımda qalanlar Axundov, zincir, Qərbdən gələn opera və Şeyx Nəsrullah oldu. İkinci tanışlığımızda həmvətənlim Taleh bəydən xatırladığım isə iki il əvvəl (bu məqaləni 2011-ci ilin Sentyabrında yazmağa başlamışdım – Müəllif) Milli Məclisə keçirilən seçkilərə hazırlaşarkən “İnşaAllah, seckilərdə qalib gələcəyəm” sözu oldu. İçimdən bir anlıq acımaq hissi keçdi və tez də o hissləri özümdən uzaqlaşdırdım. Sonra fikirləşdim yəqin həmvətənlim yeni dəbə minən “Allaha inanıb İslama inanmayanlar” sinfinə məxsusdur.
Taleh bəy ilə üçüncü tanışlığım isə “Qafqazinfo” portalında Ceyhun Əhmədovun “İslamın elmə verdiyi dəyər” adlı məqaləsinə yazdığı şərhə təsadüf edir.
Onun şərhdə yazdığı bəzi məqamları dəqiqləşdirmək üçün hətta Ceyhun Əhmədova zəng belə etdim.
Yuxarıda sadaladığım bu üç tanışlıq ilə yanaşı, Taleh bəyin həyat tərzi haqqında ara-sıra eşidirəm. Məsələn, keçən yay müxtəlif qəzetlərdən dostluq etdiyim köşə yazarlarını evimizə dəvət etmişdim (bir çox köşə yazarını dəvət etsəm də, sadəcə iki yazar qonaq oldu). Azərbaycan mətbuatını müzakirə edərkən həmvətənlim Taleh bəyin adı kiçik bir səhnədə səsləndi, lakin Sülhəddin Əkbərin azanla bağlı ikibaşlı bəyanatına keçdiyimizdən mətbuat hadisələri deyil, əsasən, siyasət haqqında fikir mübadiləsi etməli olduq.
Bu yazımda Taleh Şahsuvarlının kimliyini müzakirə etmək niyyətində deyiləm. Zənnimcə, onun kimliyi haqqında kifayət qədər danışılıb. Ona görə də həmin mövzuya qayıdıb təkrarçılıq etmək istəmirəm. Deyilənlərə öz nöqteyi-nəzərimdən sadəcə onu əlavə etmək istəyirəm ki, İslamın ilk günlərindən dinimizə düşmən kəsilən Taleh Şahsuvarlılar  olub və Qiyamət gününə qədər də mövcud olacaqdır. Eyni zamanda, İslamın başlanğıcından Əlilər, Osmanlar, Bilallar, Zeydlər də olub və Qiyamət gününə lap az qalmışa qədər Taleh Şahsuvarlı ilə mübarizəyə davam edəcəklər.
Bu yazıda həmvətənlim Taleh Şahsuvarlının, Ceyhun Əhmədovun “İslamın elmə verdiyi dəyər” adlı məqaləsində Qiyamətə qədər davam edən Taleh Şahsuvarlıya istinadən yazdıgı şərhə münasibət bildirmək niyyətindəyəm. Münasibət bildirmədən öncə həmvətənlim Taleh bəylə ilk tanışlığıma səbəb olan və “Qaynarinfo”- da yayınlanan yazısını bir daha oxumaq istədim. Həmin yazını tapmasam da, həmvətənlimin digər bir məqaləsinə rast gəldim və oxucu qarşısında bu yazının bəzi məqamlarına münasibət bildirməyi özümə bir insanlıq borcu hiss etdim.
Həmvətənim Taleh bəy yazır: “Çünki Atatürkün qurduğu respublikada azad seçkilər ənənəsinin olması “xalq” və “lider” arasındakı münasibətləri çeşidləməyə imkan yaradır”. Daha sonra isə həmvətənlim Taleh bəy İsmət İnönünü önə çixarmağa çalışır: “…nə də İsmət İnönünün keçid verdiyi çoxpartiyalı sistem islamın qara aurasından çıxa bilmir.” Açıgı, Azərbaycanın suyu, havası və torpağı ilə bəsələnən bir adamın oxucunu aldatmaq üçün belə fikirlər yazması inandırıcı deyildir. Bu baxımdan o qənaətdəyəm ki,Taleh bəyin səsləndirdiyi fikirlər mənimlə eyni sudan içən, eyni havada nəfəs alan həmvətənimə məxsus ola bilməz.
Belə ki, Mustafa Kamal 1923-cü ildǝ hakimiyyətə gəldi və hakimiyyətdə olduğu 16 il müddətində nəinki seçki keçirdi, heç ölkəni təkpartiyalılıq sistemindən çoxpartiyalı quruluşa belə keçirmədi. Ən yaxın silahdaşlarından olan Kazım Karabekirin belə qurduğu partiyaları bağlatdırdı. Vəfat etdikdən sonra isə Cümhuriyyət Xalq Partiyasının digər üzvü İsmət İnönü Sovet İmperiyasında olduğu kimi heç bir seçki keçirilmədən Cümhur başkanı vəzifəsinə keçdi.
Türkiyə Cümhuriyyətindǝ ilk seçki isǝ 1950-ci ildǝ, yǝni Cümhuriyyət qurulandan 27 il sonra keçirildi. O, da Stalinin Qars vilayətini bütünlüklə Türkiyə Cümhuriyyətindǝn qoparib Sovet Imperiyasina birləşdirmək təhlükəsindən qorunmaq üçün NATO-ya üzv olmaq zərurəti əmələ gəldikdə. NATO-nun bir neçə əsas tələbinin içində çoxpartiyalı quruluşa keçib hökumətin yalnız seçkilər vasitəsi ilə dəyişməsi olduğundan Türkiyyə Cümhuriyyəti çoxpartiyalı quruluşa keçməyə məcbur oldu. Və elə ilk seçkidǝcǝ rəhmətlik Adnan Menderes Mustafa Kamalın qurduğu Cümhuriyyət Xalq Partiyasını İsmət İnönü qarışıq qutuda “nakaut” etdi. Bu yerdə haqlı bir sual meydana çıxır, Qurtuluş Savaşından qəhrəman kimi çıxan türklərin atası Mustafa Kamal madam liberal, demokrat idi, niyə “avtoritar şəriətçilər”ə demokratiya dərsi keçmək üçün seçki keçirmirdi?
Və o vaxtdan bu günə qədər Cümhuriyyət Xalq Partiyası bir dəfə olsun belə seçkilərdə qalib gəlməyib. Əvəzində, Cümhuriyyət tarixində dörd dəfə hərbi çevriliş ederək hakimyyəti zor gücü ilə zəbt edib, minlərlə insanın qətlinə bais olub, on minlərlə insanı həbsxanalarda çürüdüb. Bu yazdıqlarımı həmvətənlim Taleh Şahsuvarlı deyil, kimsə təkzib edə bilərsə, çıxsın qabağa…
Taleh bəyin həmçinin aşağıda yazdıqlarımı da təkzib etməsini istəyirəm. Əgər, həmvətənlim Taleh bəy yazırsa ki, “…nə Atatürkün Türkiyəni dünyəviləşdirməsi… islamın qara aurasından çıxa bilmir”, deməli, Atatürkün istifadə etdiyi bu “dünyəviləşdirilmənin” üsulunu da yazıb oxucunu məlumatlandırmalıdır. Yox, əgər məlumatlandırmırsa, ya özü məlumatsızdır, ya da oxucunu caşdırmaq üçün məqsədli şəkildə məlumatsız qoyur. 
Mustafa Kamal Türkiyəni “dünyəviləşdirmək” üçün hakimiyytə gəldiyi gündən iki il sonra, yəni 1925-ci il 25 noyabrda “Şapka qanunu” adlanan bir qanun imzalayır. Həmin qanuna əsasən Türkiyyə Cümhuriyyəti ərazisindǝ yaşayan kişilər başlarına məcburi qaydada şapka qoymalı idilər. Anadoluda yaşayan müsəlman türkləri bu qanuna etiraz edərək əsrlərlə taxdıqları çalmanın yerinə şapka geyinmək istəmədilər. “Dünyəviləşmək” istəməyən minlərlə insan günlərlə dar ağaclarından asılı qaldılar. Qurtuluş Savaşında ingilislərin, fransızların, yunanların dar agacından qurtulan musəlmanlar Mustafa Kamal paşanın dar agacından xilas ola bilmədilər.
Şapka qanununun çox maraqlı tarixçəsi vardır. Lozanna Müqaviləsini imzalamağa gələnlər Böyük Britaniya Krallığının nümayəndə heyyətinin başçısı Lord Corc Kurzon (George Curzon) və məğlub Türkiyə Cümhuriyyəti tərəfindən Taleh Şahsuvarlının iddia etdiyi,çoxpartiyalı sistemə keçən İsmət İnönü idi. İngilis mənbələri göstərirlər ki, həm Britaniyanın müharibədən qalib çixması, həm də Lord Corc Kurzonun müsəlmanlara olan şəxsi münasibətinə görə Qərbin Türkiyyəyə heç bir güzəştə getməyəcəyini hər kəs əvvəlcədən güman edirdi. 
Doğrudan da Türkiyəyə bu sazişdə ən ağır şərtlər qəbul etdirildi. Lakin tarixçilər Kurzonun nə böyük siyasətçi olduğuna görə, nə də Osmanlı dövlətində səfir işlədiyi üçün Lozanna Muqaviləsini (24 İyul 1923- cü il) imzalamağa gələn Qərb nümayəndə heyyətinə başçılıq etdiyini yazırlar. Mənbələr Lord Kurzonun İsmət İnönünün də daxil olduğu “Jön türklər” adlanan qrupunun Osmanlı dövlətinin timsalında İslam dinini dəyişmək cəhdlərini bildiyini və bu qrupla uzun illər əməkdaşlıq etdiyi üçün heyyətə başçılıq etməsini qeyd edirlər. Lozanna Müqaviləsindən hələ 24 il əvvəl, yəni 1899-cu ildə Londonda Osmanlı dövlətini dağıtma yollarını müzakirə etmək üçün bir ay müddətində davam edən böyük bir məclis təşkil edilmişdi. 
Məclisin son günlərində Lord Kurzon əlinə bir kitab götürərək kürsüyə cixir və kitabı göstərərək tarixə düşən bu sözləri söyləyir: “Sizin Osmanlı dövlətini yıxmaq üçün göstərdiyiniz, irəli sürdüyünüz fikirlərin hamısı boş sözlərdən ibarətdir. Siz müsəlmanların həyatından bu kitabı çixarmayana qədər onlara qalib gələ bilməyəcəksiniz” (mənbə: Lordlar Palatasinin 1934-cu ildə nəşri olan "Curson: The Last Phase, 1919-1925, A study in Post War Diplomacy" (Kurson: Sonuncu Mərhələ, 1919-1925, Müharibədən sonra olan Diplomatıyanın tədqiqi). Kurzonun bu sözləri məclis iştirakçıları tərəfindən hiddət və etirazla qarşılandı. Hətta yerdən ona fit çalanlar da tapıldı. İştirakçılar sakitləşəndən sonra Kurzon əlində olan kitabı yuxarı qaldırıb, “Heç bilirsiniz bu nə kitabdır? Bu Qurandır”, - deyə bildirir.
Çox təəssüf ki, Lord Kurzonun 1899-cu ildə dediklərinin üzərindən heç 100 il belə keçmədən baş verdi. İndi artıq biz müsəlmanların həyatında Qurani-Kərimə yer yoxdur…

istiqamet.com

Комментариев нет:

Отправить комментарий