Страницы

19.08.2013

Tural Adışirin - Bilmirəm

Dünya məni dərdə salır,
Üzündən keçə bilmirəm. 
Ağlasam qəlbim yumşalır, 
Gözümdən keçə bilmirəm. 

Nədir faydasi bu qəmin? 
Gedin Məcnundan öyrənin, 
Füzuli kimi iynənin, 
Gözündən keçə bilmirəm. 

Hər çür savaşdan keçirəm, 
Qurudan, yaşdan keçirəm, 
Yol açıb daşdan keçirəm, 
Özümdən keçə bilmirəm..

Комментариев нет:

Отправить комментарий