Страницы

29.08.2013

Yazıçılar Birliyi Diaspor Komitəsilə birgə sayt açır

Yaxın zamanlarda Azərbaycan Yazıçılar Birliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan yeni ədəbi portal fəaliyyətə başlayacaq. Modern.az xəbər verir ki, şərti olaraq dialit.az adlanacaq yeni portalın məqsədi Azərbaycanın xaricdə yaşayan ədəbi, mədəni elm və ictimai xadimlərini bir araya gətirmək, onları vətənlərində daha yaxından tanıtmaq, Azərbaycan və xaricdəki diaspora cəmiyyətləri ilə əlaqələri yaxşılaşdırmaqdır.
Rəsmi status daşıyacaq portalın ideya müəllifi və baş redaktoru, AYB-nin şöbə müdiri Sayman Aruzdur. Elektron dərgi formatında olacaq dialit.az bir sıra mövzular istiqamətində ayrı-ayrı bölmələrə ayrılacaq.   

Комментариев нет:

Отправить комментарий