Страницы

20.08.2013

Yuvasının küncünə qısılantək

Vaqif Bayatlı Odər

Dünyanın ən güclü adamı 
ola da bilərəm,
Olmaq da istəmirəm.
İstəmirəm bir kimsə 
mənimlə qorxuda uşağını.

Dünyanın ən varlı adamı 
ola da bilərəm
Olmaq da istəmirəm,
rahat yatmaq istəyirəm gecələr.

Mən səni, mən səni 
dünyada hamıdan çox 
sevə də bilərəm,
sevmək də istəmirəm,

çünki
bütün yalandan sevənlər 
hamıdan çox sevirlər.

Mən səni sakitcə, yavaşca
sevmək istəyirəm.
Tanrıdan yazılantək,
bir balaca quş
öz balaca yuvasının küncünə qısılantək.

Комментариев нет:

Отправить комментарий