Страницы

29.09.2013

Bəlkə ayılaq?

"Komitet-300"ün "Qızıl milyard" planı

1985-ci ilin fevralında «dünya kölgə hökuməti» özünün növbəti yığıncağına toplandı. İclasda SSRİ-nin dağıtmaq, onu 52 müstəqil cırtdan dövlətlərə bölmək və bu ölkələri aralarında münaqişə, müharibə etməsinə şərait yaratmaq barədə qərar verildi.
Nəyə görə? Mütəxəssislərin fikrincə, 2015-ci ilə kimi planetimizin bütün vəsaitləri tamamilə bitəcək. Ancaq bir anbar – Yer kürəsinin 1/6-ni təşkil edən Rusiya qalacaq.
SSRİ-nin dağılması üçün yüz milyardlarla dollar xərcləndi.
Bu proqram «Harvard layihəsi» adını aldı. Əldə edilən vəsaitlə bütün ali hökumət nümayəndələri, KİV-lər satın alındı, 1991-ci ildə isə plan həyata keçirildi.
Hazırda «Hyuston layihəsi» adı altında bu proqramın ikinci aktı həyata keçirilir.  Yaxın on illiklərdə «dünya kölgə hökuməti» qorxmadan və həyasızcasına öz planlarını yeniləyib: 2020-ci ilə kimi sabiq SSRİ-nin sakinlərinin sayını iki dəfə azaltmaq barədə qərar qəbul olunub. Yaşlı nəsil kasıbçılıq, gənclər isə əxlaqsızlıq, mənəvi pozğunluq, alkoqol, tütün və narkotiklərlə məhv edilməlidir. Bütün bunlar üçün Qərb indi də milyardlar xərcləyir (Vladimir Qeorqiyeviç Jdanov «Rusiyaya qarşı alkoqollu və narkotik terror»).
15 il öncə ABŞ-ın  Rusiya ilə əlaqədar  siyasəti barədə danışan Marqaret Tetçer  müəmmalı bir ifadə işlətmişdi. O belə demişdi: «Dünya cəmiyyətinin hesablamasına görə, Rusiya ərazisində 15 milyon insanın yaşaması məqsədə uyğundur». O zaman tərcüməçi səhv eşitdiyini düşünərək bu rəqəmi 50 milyon kimi tərcümə etsə də, lakin Tetçer yenidən onun sözünə düzəliş verərək 15 milyon deyir. Qalan 135 milyon isə bu elan olunmamış alkoqol müharibəsində  məhv edilməli idi.
Bu hadisədən 4 il sonra Madlen Olbrayt eyni sözü daha yumşaq formada dedi: «Rusiya ərazisində 15 milyon insanın yaşaması iqtisadi cəhətdən əlverişlidir».
Onlardan 2 milyonu Avropaya ən qısa yol sayılan Transsibir dəmiryolu magistralında xidmət üçün saxlanılır. Digərləri isə ən çirkin  kimyəvi və metallurgiya istehsalında, nüvə qəbiristanlıqlarında işləyəcəklər. Putin dövründə Dövlət Duması Rusiyanın dünyanın nüvə qəbiristanlığına çevrilməsinə dair qanun qəbul edib.  Artıq bütün Sibirdə dünya nüvə tullantılarının basdırılması proqramı əsasında birinci dərəcəli yollar inşa edilir.
Bir müddət öncə Con Kolemanın  «Komitet -300» adlı  kitabı  dərc olunub. İngilis kəşfiyyatının polkovniki olan C.Koleman 30 il xidməti müddətində daxildən qlobal dünya proseslərinin gizli idarəsi mexanizmini öyrənib və belə qərara gəlib ki, qlobal dünya hadisələrini dünyanın 300 zəngin ailə klanı  - «Komitet-300» idarə edir. Bu ailələr bir-birləri ilə amansız mason əlaqələri bağlıdır və dünya siyasətini müəyyənləşdirirlər. Dünya hökuməti olan Böyük Yeddilik ölkələri isə onların iradəsini marionetlər kimi həyata keçirir.
Təqribən ötən əsrin 70-ci illərində «Komitet-300» çox vacib elmi-araşdırma işini sifariş edir. Nəticədə, məlum olur ki, Yerdə təbii sərvətlər məhduddur və 3-cü minillikdə komfort həyat tərzi üçün hamıya deyil, cəmi bir milyard insan üçün mümkündür. Bununla əlaqədar olaraq qurum «Qızıl milyard» teoremini irəli sürür. Qərara əsasən 1970-2070-ci illər arasında Yer üzündə bir milyarddan artıq qalmamalıdır, digər insanlar isə sözsüz  və elliklə məhv edilməlidir.
«Qızıl milyard»a ABŞ, Kanada, Qərbi Avropa (Şərqi daxil deyil), İsrail və Yaponiya daxildir. Yəqin bu siyahıda bizim kimlərin tərəfində qaldığımız aydın oldu.
«Komitet-300» bu məqsədlə Yerdə sakinləri qlobal məhvi proqramını işə saldı. 70-ci illərdə Afrikaya QİÇS virusu ötürüldü – bu qitənin sakinləri ölümcül xəstəlik və aclıqla məhv edilməli idi. Rusiya və Qafqaz ölkələri əxlaqsızlıq, mənəvi aşınma, alkoqol, tütün və narkotiklərlə yox edilir. İçki, mənəviyyatsızlıq girdabına düşməyən müsəlman dünyasının isə fiziki şəkildə – müharibə ilə məhv edilməsi qərarı alındı…

faktxeber.com

Комментариев нет:

Отправить комментарий