Страницы

19.09.2013

Çirkin xanımlar, gözəl sözlər

Tural Sahab

Yalnız, qadın olsun. Gözəl vəya çirkin olmasının heç bir fərqi yoxdu. Bircə, qadın olsun ki, bunların heyvani təlabatlarını ödəsin. Sevgi, gözəllik yerini bu çirkinliklərə verib, Qaf dağının arxasına qayıtdı. İndi sevgisi üçün dağlar yaran Fərhad bunların nəzərində sadəcə bir axmaqdır. Hökmdar oğlu olasan, ətrafında o qədər qadın ola və sən sevgi üçün başına külüng vurasan. Bax, bunu anlaya bilməz qadın deyəndə ağlına sadəcə “yatmaq”gələn zavallı məxluqlar.
Qadından dost olmaz, qadın və kişi ancaq sevgili ola bilər yada ki, qadın ancaq kişilərə xidmət eləmək üçün yaradılıb
, - bu kimi yalanlarla sevgiyə və gözəlliyə qənim kəsildilər.
Bilirsizmi,qadından əla dost olur. Mənim qadın dostlarım çox kişidən daha qeyrətlidir. Verdikləri sözləri mütləq tutmağa çalışırlar.Qadın sevgi, şəfqət və gözəllik qatır həyatımıza, sadəcə bir şərtlə- onlara insan kimi davaranarsaq.
Facebook həyatımıza rəng qatdı. Burada demək olar ki, çox insanı tanıdıq. Şeirlərini sevdiyim bir şairin içgi, Allahsızlıq qoxan statuslarını da oxudum ürək ağrısı ilə, qəlbi sırf milləti üçün döydüyündən, milli dəyərlərinə sahib çıxdığından , bəzi yazarların, bu dəyərlərə üz çevirən, lakin saytlara rəhbərlik edən insanlar tərəfindən “çeynəndiyini” gördüm burada.
Milli dəyərlərimiz üç ana fikir əsasında formalaşıb:
- Türkləşmək
- Müasirləşmək
- İslamlaşmaq.
Ədəbiyyatımızda da həmçinin, bu dəyərlər öz əksini tapıb. Zaman- zaman bu dəyərlərdən biri önə keçsə də digərləri əsla aşağlanmamış, xor görülməmişdir.
“Kitabi Dədə Qorqud” dasdanında  türklük ön planda verilirdisə də, Nizaminin əsərlərində bu yeri islam tuturdu. Yəni bizi millət olaraq ayaqda tutan  bu dəyərlər yox olarsa bizdə yox olarıq. Bəs, indi bu dəyərlərə qarşı çıxanlar, görəsən kimə xidmət etdiklərinin fərqinə varırmı?
 Həyatı yalnız sevişməkdən və içgidən ibarət gördükləri kimi, bunu ədəbiyyata da gətirmək istəyirlər. Lakin ədəbiyyat tariximizə nəzər saldıqda görəcəyik ki, bu tip insanlardan hər zaman olmuşdur, ancaq bir Hüsey Cavid onların qurduqları əxlaqsızlıq səltənətini başlarına yıxmışdır. Cavidin ruhu ilə bəsələnən gənclər isə az da olsa var.
Deməli bir o qədər də gözəl olmayan, baxımına fikir verməyən xanım şəkil paylaşır facebookda. O dəqiqə onlarla oğlan : “ .....xanım necə də gözəlsiniz” kimi rəylərlə ürək bulandırır. Qayıdıb yazacaqsan ki, ay qardaş bu qadının harası gözəldir. Bu ki, meymuna oxaşayır, ancaq o xanımı düşünüb yazmırsan. Bəxtiyar Vahabzadə sonuncu böyük qələm sahibimizdi məncə, milli şuurun fərqinə varan, millətin səsi olmağı bacaran. O da ki, öldü –Allah rəhmət eləsin. Bəxtiyar, Üzeyir Hacıbəyovu dinləyirdi və Bəxtiyar oldu. İndi Üzeyir Mehdizadə dinləyən bir nəsildən, bir gənclikdən hansı milli ruhu, hansı böyük ədəbi əsərlər gözləyə bilərik.
 Əsasən Bakı ləhcəsi ilə dedikləri meyxanalarla dilimizi yaralayan, ədəbi dildən xəbəri olmayan və gənclərə də bunu aşılayan insanlardan biz Vahid olmağı gözləyə bilərikmi??- əlbəətdə ki, yox.
Bu günə kimi Novruz Əli kişinin nəvələrindən çox danışıldı. Mən bir azca Qurban Əli bəyin nəvələrindən danışmaq istəyirəm. Yadınıza gəlir mi, bilmirəm Qurban Əli kişi piristavın arvadının əlini öpərək nə deyirdi? –“ xanım, məm ölənə qədər sizin qulunuzam” , bir başqa yerdə içgini necə içdiyindən ağız dolusu danışırdı. Və sonda verdiyi sözü unudan, qaçıb atın axurunda gizlənən bir Qurban Əli kişi.
İndi, ancaq həyatın mənasını qadında və içgidə görən cənablar kimin nəvəsi olur, görəsən. Və bunu ədəbiyyat deyə millətə sırımaq istəyənlər Mirzə Cəlilin bu qəhramanının gününə düşmürlərmi?
Sonda xanımlardan üzr istəyirəm, belə bir başlıq üçün. Sadəcə bir qədər özlərinə qulluq eləsələr, çirkin xanım yoxdur. Və bu zaman biz kişilər də Anyalara, Sonyalara baxmarıq elə halal Tükəzbanlarımızla evlənər, mutlu-məsud yaşayarıq. Yəni, əziz xanımlar sizdə günahsız deyilsiniz.

Комментариев нет:

Отправить комментарий