Страницы

06.09.2013

Elşad Can Şamil - BURDA

Özümü axtardım hey axşam-səhər 
Sonradan anladım yoxmuşam burda... 

Azala-azala tək-tənha qaldım 
Ancaq vaxt var idi çoxmuşam burda... 

Getmişəm gözlərim yol çəkən yerə. 
Özümü unudub, qoymuşam burda... 

Könlüm ilahi eşq axtarışında 
Şəhvətli sevgiyə doymuşam burda... 

Korlanıb gözlərim gördüklərindən 
Görməsin deyənə oymuşam burda...


Həyatda qayğısız görünsəm ancaq, 
Dərdi qabıq kimi soymuşam burda...

Комментариев нет:

Отправить комментарий