Страницы

17.09.2013

Gülnarə İsrafilqızı - Ey insan

Sübh çağı hər yan şəfəq,
Ağac əyir başını,
Yaradanın qulu tək.
Hətda ilham alıbdır,
Bu dünyanın daşı da,
Mələklər endirərkən,
Göylərdən yağışı da.

Buludlar aram-aram
Səmadan çəkiləndə
Damla-damla nur yağır,
Dan yeri söküləndə.
Demə hər gün yenidən,
Doğulurmuş kainat.
Oyan ey qafil insan!

Sən yalanlar icində,
Qara üzlü günahın
Yuxusuna qalmısan,
Neçə haqqı çalmısan.
Nə eşqdən xəbərin var,
Nədə ki, oyanışdan.
Hər gəlişdə bir sevgi,
Hər gedişdə bir həyat.
Ey insan!
Elə sənin özünsən,
Nurdan doğmuş kainat.

Комментариев нет:

Отправить комментарий