Страницы

06.09.2013

Günay Məmmədovanın xatirəsinə

Günel Eyvazlı

Uzun müddətdir internetdən xəbərləri izləmirdim. Bu gün saytı açıb və belə bir xəbəri aldığıma pərişan oldum. Çox üzüldüm, Günay. Ölümün və bu cür ölümün məni sarsıtdı. Kim tərəfindən qətlə yetirildiyinin acısı məni çox üzdü. Güvəndiyin, sevdiyin, ailə həyatı quracağın bir insan tərəfindən amansızcasına qətlə yetirilmən ürəyimi alovlandırdı, gözlərimi yaşartdı. 
Nə acımasız həyat, elə deyilmi? Nə düşünürdün, nə baş verdi...
Günay - Gülərüz, həyat eşqi ilə dolu bir insan. 
Sənin ölümün mənim insanlara güvənc hissimi bir daha azatdı. Çox azaltdı. 
Günahın nə idi ? Sənin əzrayılın niyə belə tez çıxdı qarşına? 

Birinci sənin özünün, öz ölümünə fərman verdiyini oxudum. Səni çox qınadım. Bir şərəfsizə, vicdansıza görə həyatına niyə qıydığını sənə bağışlamadım. Səhəri gün internet səhifələrindən həmin əclafın səni öldürdüyünü oxudum. Alçaq, indi siçovul kimi qaçıb gizlənmisən. Bəs vicdan sızıltından hara qaçacaqsan? Əgər o səndə varsa. Yoxdur. Vicdanı olan belə etməzdi.
Bizim cəmiyyətimiz qüsurlu insanları sevmir, Günay.
 Biz bir az balacaboy, əyri duruşlu, əlil arabasına məhkum olunmuş, fiziki qüsurlu, taleyindən edam olunmuş  insanlara yanakı baxırıq. Gözucu baxırıq. Biz belə insanları bağlı qapılar arasında gizlədirik. 
Biz, xəstə övlad dünyaya gətirdiyi üçün yoldaşını boşayan, boşanmış qadını almağı özünə yaraşdırmayan kişilərin cəmiyyətində yaşayırıq. 
Biz qüsurluları sevmirik, Günay. Biz onları belə cəzalandırırıq. Ölümlə!!!
Amma, hər kəs bir şeyi bilməlidir. Etdiyin əməlin əvəzi mütləq, gec və ya tez səni yaxalayacaq. Ölüm sənin qatilinin olmalı idi. Bu cür qəddarlığı etdiyinə görə gicgahından güllələnməli idi. Çox güman bir neçə il həbs cəzası aldıqdan sonra azadlığa buraxılacaq. Güman yox, belə olacaq. Hələ arsız-arsız evlənəcəkdə. Olsun, Günay. Qoy belə olsun. Sənin narahat ruhun göylərdən, onun necə dəhşətli həyat keçirməsinin şahidi olacaq. Gec-tez yatmış vicdanı oyanacaq. Vicdansızın, vicdanının oyanması bilirsən necə dəhşətli olur? 
Ruhun şad olsun, Günay. Allah valideynlərinə, səni sevənlərə səbr versin.
Allah, bu cür cəmiyyətdə yaşamağa məhkum olunduğumuz üçün bizə səbr versin. Başımız sağ olsun...

Комментариев нет:

Отправить комментарий