Страницы

15.09.2013

İntiqam Yaşar - Qoca

“Arada nəfəs al, qoy sual verim:/ Nə qədər təqaüd alırsan qoca,/ De ki, doxsan manat.../ De ki, utanım,/ Bu gün gözəllərlə gəzib dolanib/ verdiyim hesabdan utanım qoca.." Zamiq Zərdablı

Baxıram halına qan ağlayıram, 
Dilim topuq  çalır,əllərim əsir.
Sən öz vətənində, bataqlıqdasan,
Məndən bircə addım uzaqlıqdasan,
Neçə işıq ili məsafəmiz var,
Əlimi uzatsam sənə çatsa da.
Dilim topuq  çalır,əllərim əsir
Qonşun təmtəraqdan bezmiş, usanmış,
Yeni dəb, yeni zövq, fərqlilik gəzir.
Sənsə  ünvanında möhnətə əsir.
Hansı gələcəyə inanım qoca?!


Ürəyim yanında qalsa da belə,
Məcburam, mən burdan uzaqlaşmağa.
Kirayə mənzildə məni gözləyən,
Dərdimlə, qəmimlə qucaqlaşmağa.
Məni hansı qüvvə çəkir, bilmirəm.
İndi tərk eləyib, gedirəm də səni,
Sabaha kim bilir nə baş verəcək?!
Gözümüz  nələri daha görəcək?!
Bəlkə də təzədən dönüb buraya,
Ruhundan bəlkə də izn istəyəcəm-
“izn ver yanında uzanım qoca.”

Görürəm gözündən yuxu tökülür.
Göydən daş da, yağsa burda yatarsan.
Hərənin bir yeri olduğu ki,
Bura sənin “doğma” yatacaq yerin.
Bir səhər o başdan, heç gün doğmamış,
Təmizlik aparan kəs tapacağı,
Bura son mənzilə çatacaq yerin.
Kirayə daxmaya, çox uzun yol var.
Piyada getməyə taqətimsə yox.
Cəmi 20 qəpik cibimdə pul var,
O da metro pulu, o da yol pulu.
Haydı, sağollaşaq, haydı, ayrılaq,
Bir azdan metro da bağlı olacaq.
Qorxuram qatara yubanım qoca.

Комментариев нет:

Отправить комментарий