Страницы

12.09.2013

Qovuşa bilmir


Aybəniz Əliyar

Gülən  gözlərində həsrətim qonaq,
Adımı çağırmır şirin dodaqlar.
Sənin mənzilində sönüb od-ocaq,
Mənim mənzilimdə soyuq otaqlar.

Yenə  zülüm edir tərsliyin sənə,
Yenə də qürurum aşağı düşmür.
Sənin mənzilinin pəncərəsinə 
Mənim mənzilimin işığı düşmür.

Eşqi  zəhərləyib ömrə qatırsan,
Belə yavaş-yavaş mən can verirəm.
Nə sən mənzilində ocaq çatırsan,
Nə mən mənzilimi isindirirəm.


Gecəköynəyini yenə soyunur,
Ay bu gözəllikdən ilhama gəlmir.
Mənzillər həsrətdən tutuşub yanır,
Didərgin ürəklər qovuşa bilmir.

Комментариев нет:

Отправить комментарий