Страницы

15.09.2013

Tapaq gətirək

Aytən Nəsibbəyli

Damarlarından axan qan 
daş dolu yolumuzda
sel olsun, qoy.
Bir az gözlərimizə sürtək onu,
bir də
rəngi qaçmış vicdanımıza.
Qorxdu, hara qaçdı, gizləndi, bilinməz o.
Tapaq, gətirək, əlbət.
Daha xoş danışaq,
həm də sərt onunla.

Bir də qaçmasın deyə,
yenə kəsilməsin damarlar deyə.
Kəsilən lent qırmızısıdır
bu qan.
Lakin göz açmaq üçündür,
göz boyamaz
o, heç vaxt.
Bir həyata son qoydu,
min həyatı xilas edəcək 
o mütləq

Комментариев нет:

Отправить комментарий