Страницы

26.10.2013

"Alman mətbuatı ABŞ-ın maraqlarını təbliğ edir"

Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin telefonların dinlənməsi, elektron poçtların və sosial şəbəkələrin izlənməsi haqda bəyanatı neçə aydır ki, skandala səbəb olub. Snouden bəyanatlarına münasibət birmənalı deyildi. Amma zaman keçdikcə daha çox hökumət başçıları bu bəyanatlara fərqli yanaşmağa başladılar və Amerika Milli Təhlükəsizlik Agentinin 35 dünya liderinin telefon danışıqlarını dinləməsi haqda informasiya yayıldıqdan sonra ABŞ və Avropa dövlətləri arasındakı münasibətlər gərginləşdi. Snoudenin bəyanatı sübut etdi ki, kapitalizm sistemi daxilində “demokratiya”, “müstəqillik” kimi anlayışlar işləmir. Aşağıda məşhur alman publisisti Yurqen Elzesserin bu məsələ barəsində maraqlı çıxışını təqdim edirik. Almaniya konsleri Merkeli “amerikaçı prezident” adlandıran Elzesser bir çox məsələlərə aydınlıq gətirib. (qeyd: çıxış ixtisarla verilib).

“Snoudenlə əlaqədar yaranmış skandala baxmayaraq, A.Merkel hələ də populyardır. Və burada sual yaranır: bunun səbəbi nədədir? Səbəb isə bundadır ki, Almaniyada fəaliyyət göstərən Amerika mətbuatı “Amerikalı prezidenti” aktiv şəkildə dəstəkləyir. Bizim mətbuatın böyük hissəsi xarici maraqları təbliğ edir. 
Bu təbliğatlarla qidalandırılan 4-5-6 milyon insan siyahıda “Amerika konslerinin” adının qarşısına xaç işarəsi qoyanlardır... Merkelin Snoudenə və Milli Təhlükəsizlik Agentliyinə (MTA) qarşı munasibətinə diqqət yetirməklə onun xarici maraqları təbliğ etdiyini, xarici direktivlərə əsasən fəaliyyət göstərdiyini aydın görə bilərsiz. Snoudenlə olan skandala və konslerin buna reaksiyasına baxsaq, iyun, iyul və avqust aylarına təsadüf edən 3 faza görə bilərik. İyun fazasında oturub gözləyirdilər. Snouden ilk sənədini 9 iyunda nəşr etmişdi. Alman hökumətinin ilk reaksiyası Almaniyayla əlaqənin olub-olmamasını yoxlamaq idi. Sonra, 19 iyunda Obama Almaniyaya səfər edir və konsler yenə özünü elə göstərir ki, guya hər şey yaxşıdır... Yəni, iyun oturub-gözləmək fazası idi, amma bu faza Merkel üçün tez bitdi, çünki, Qardendə Snoudenin yeni nəşrləri çıxmağa davam edirdi ki, orada da göstərilirdi ki, MTA-nin şpionajı məqsədyönlü şəkildə Almaniyaya qarşı yönəlib. Təkcə bir tarixi göstərim, 13 yanvar 2013-cü il – cəmi bir gün ərzində Almaniyanın 70 milyon komunikasion məlumatları MTA və onun Britaniyalı partnyorları tərəfindən ələ keçirilmişdi. Elə həmin gün Fransadan - 2 milyon. Bu haqda məlumatlar iyundan iyulun əvvəlinə kimi gəlməyə davam edirdi ki, Merkel də buna cavab verməli olur. Və o mətbuat katibinin sözləri ilə cavab verdi: “Dostların gizlincə dinlənilməsi yol verilməzdir. Belə olmaz. Soyuq müharibə çoxdan geridə qalıb.” Daha sonralar demişdi: “Alman torpağında alman qanunları işləyir. Biz onları (ABŞ-ı) cavab verməyə çağırırıq.” ... Böz sözlər alman kütləsinin çoxu üçün kifayət idi  -“o bizim üçün mübarizə aparır”- , amma ardınca heç bir iş görülmədi. Avqustda Merkelin taktikası növbəti dəfə dəyişdi, xüsusilə 3 avqustda. 3 avqustda mətbuatda belə bir informasiya yayıldı ki, Federal prokurorluq Almaniya Federativ Respublikası üçün zərərli olan sirlərin bəyan olunması haqda işlərin araşdırılmasına başlayır... Bu ən pis haldır: "Almaniyanın ali hüquq müdafiə instansiyası amerika şpionlarının və onun alman köməkçilərinin xəyanətə, Vətənə xəyanətə görə axtarışını aparır, amerikalıların xeyrinə. Bu vəziyyətdə, Amerika bir qədər tənqid edildikdən sonra mülayimləşdirmə taktikası işləmir, onu dəyişdirirlər. Faktiki olaraq bir gecənin içərisində mətbuatda ritorika dəyişir... Bu ritorikanın dəyişməsinə təkan verən səbəb Almaniya Federal Kəşfiyyat Xidmətinin (FKX) 5 avqust tarixində verdiyi bəyanat oldu. Bu bəyanatda indiyə kimi Snoudendən aldığımız məlumatlar baş-ayaq çevrilmiş olur, insanları çaşdırır. FDX bu bəyanatda bildirir ki, MTA ilə müştərək işlər artıq 50 ildir ki, aparılır... belə ki, terrorla mübarizə məqsədilə FDX 50 ildir ki, MTA –ya məlumatlar ötürür, amma alman vətəndaşlarına aid olmayan məlumatları, radiodan, internet trafiklərdə və s. ələ keçirilən məlumatları. Guya alman vətəndaşlarını məlumatları bu məlumatların içərisindən seçilib, filtrləşdirilib saxlanmışdır. Bu FKX-nın versiyasıdır. Hətta indiyə kimi baş verənləri düzgün işıqlandıran mətbuatlardan biri bu haqda yazır: “Narahatlıq üçün səbəb yoxdur. Çünki, haqqında söhbət gedən məlumatların alman telefonlarına və ya kompüterlərinə dəxli yoxdur. Onlar Şimali Afrikadan, Yaxın Şərqdən və Əfqanıstan əldə edilmişdir. Bu məlumatları MTA deyil, FKX qaldırmışdır.” ...Onlar bizim ağılsız olduğumuzu düşünürlər? Onlar həqiqətən düşünürlər ki, Snoudendə olan məlumatların, bütün bunların FKX –nin deyil MTA-nin işi olduğunu göstərən məlumatlar, onun öz iş verənindən əldə etdiyi məlumatlar... Trans-Atllantik kabeldə dəliyin açılması, çünki, amerikalılar alman vətəndaşlarının danışıqlarını dinləmək, məlumatların əldə edilməsi məqsədilə yeraltı internet kabeli kəsmək üçün öz sualtı gəmilərini qoşublar . Onlar demək istəyirlər ki, bütün bunların hamısı yalandır? Sadəcə FKX-nın göndərdiyi faksa görə? Snoudenin bu sənədlərini götürüb yoxlamaq və ya Snoudenin ifadə verməsi üçün onu Almaniyaya dəvət etməli deyildilərmi? İndi isə özlərini elə göstərirlər ki, guya səhv ediblər, başdan Snoudenin sözlərinə aldanıblar... MTA-nın bu işdə dövlət suverenliyini pozduğunu söyləmək üçün Snoudenin sənədlərini araşdırmaq vacib deyil. Çünki, çox güman ki, skandaldan bir neçə həftə əvvəl Federal Hökumət özü də bu haqda bilirdi. İstehlakçı Hüquqlarını müdafiəsi nazirinin sözlərindən sitat gətirəcəm: “Bəzi məsələlər var ki, onlara ABŞ tərəfindən cavab gözləyirik.” .. Xarici İşlər Nazirinin sözlərindən sitat gətirirəm: “Hans Peter Fridrix də dinləmə faktının olmasını ehtimal edir, çünki, 4 mobil telefonu olduğu halda o onları gizli söhbətlər üçün istifadə etmir, o ki qala olduqca gizli söhbətlər. Əgər onların serveri ABŞ-da yerləşirsə?!”... 
Merkel televiziyalardan birinə müsahibə verir, ondan soruşurlar: “Necə düşünürsüz, MTA mütəxəssisləri sizi də izləyirlər?”. 
O isə cavabında: “Məni harda izləməkləri haqda mənə heç nə məlum deyil. Çox güman ki, bu Almaniyada olmayıb”. (Bu sözlər tarix dərslikləri üçün yazılmalıdır. Əgər ona bu barədə heç nə məlum deyildisə, o cavab verməli idi: “Məni izləmələri haqda mənə heç nə məlum deyil”. O isə, onu konkret harada izləmələri haqda məlumatı olmadığını dedi.)
Sonra o davam edir: “Məlumatlar Almaniya və ya Avropa xaricinə çıxarıldıqdan sonra onlarla nə edirlər?”
- Onları tamamilə başqa hüquq normalarına tabe olan serverlərə çəkirlər.”.... Bu o deməkdir ki, hətta kansler belə baş verənlərlə mübarizə aparmaq qabiliyyətində deyil. Hər şey yuxarıdan razılaşdırılmışdır. Markelin bu manerası, başdan patriotik ritorikadan istifadə etmək ki, “Alman torpağında alman qanunları işləyir..”, “Dostların gizlincə dinlənilməsi yol verilməzdir”, “Biz onları (ABŞ-ı) cavab verməyə çağırırıq.”, amma əslində o defakto böyük qardaşa əlindən gələn köməyi edir.

birlik.az

Комментариев нет:

Отправить комментарий