Страницы

29.11.2013

Qüdrət Həsənquliyevin anti-Rusiya tezislərinin iflası

Qüdrət Həsənquliyevin anti-Rusiya tezislərinin iflası«Təzadlar» Moskvada yaşayan oxucumuz Rasim Həsənlinin məktubunu təqdim edir:

…Rusiya prezidenti Vladimir Putinin avqustun 13-də Azərbaycana bir günlük səfəri hələ də siyasi kluarlarda müzakirə olunmaqdadır. 7 illik uzun fasilədən sonra V.Putinin böyük nümayəndə heyətinin müşayiəti ilə baş tutan bu səfəri təbii ki, Bakıda birmənalı qarşılanmadı.
Rusiya dövlətinin və rəhbərliyinin yaxın qonşumuz və ATƏT-in Minsk Qrupunun üzvü kimi Azərbaycanla bağlı siyasəti və daha çox Qarabağ münaqişəsinin həllindəki tutduğu mövqe zaman-zaman bir sıra siyasi təşkilatlar və siyasətçilər tərəfindən sərt tənqidlərlə müşayiət olunub. Bu başadüşüləndir və onları bu mövqelərinə görə bəlkə alqışlamaq da olardı, amma ortada bəzi utandırıcı faktlar olmasaydı…
Bəri başdan qeyd edim ki, Rusiyaya qarşı savaş açanların arasında BAXCP sədri, millət vəkili  Qüdrət Həsənquliyev xüsusilə seçilir. O, sanki əlinə düşən hər fürsətdən yararlanırmış kimi,  gözüyumulu müxtəlif tribunalardan anti-Rusiya çıxışları yaparaq digərlərindən daim fərqlənməyə çalışıb. Məsələn, müsahibələrinin birində Q.Həsənquliyev Putin haqqında belə deyir: “Putin SSRİ-nin dağılmasını XX əsrin ən böyük faciəsi kimi qiymətləndirir. Baxmayaraq ki, XX əsrdə milyonlarla insanın ölümünə və dəhşətli dağıntılara səbəb olan iki dünya müharibəsi baş verib. Bununla yanaşı, Putin SSRİ-nin rus dövləti olduğunu bildirən və SSRİ-nin dağılmasını məhz rus dövlətinin parçalanması kimi dəyərləndirən yeganə Rusiya rəsmisidir. Məhz buna görə də mən NATO Parlament Assambleyasının son toplantısında çıxışım zamanı Vladimir Putinin Avrasiya İttifaqı təşəbbüsünü SSRİ-nin bərpasına cəhd kimi qiymətləndirmişdim... Əgər Rusiya ilə aparılan danışıqlar fayda verməzsə, Azərbaycan MDB-dən çıxmaq haqqında düşünməlidir”.
Yaxud, Q.Həsənquliyev Milli Şuranın namizədi Rüstəm İbrahimbəyovu Rusiyanın ortaya atdığı layihə, Azərbaycana təzyiq üçün hazırlanmış bir plan kimi dəyərləndirir: “Rusiyanın özündə hansı rejimin mövcud olduğu hər kəsə bəllidir. “Əzrayıldan bala istəyənlər” özlərini Rusiyanın istifadəsinə verdilər ki, Rusiya da Azərbaycana təzyiq üçün onlardan istifadə edə bilsin”. 
Q.Həsənquliyevin bu mövzudakı çıxışları olduqca çoxdur, mən deyərdim ki, lap əttökəndir! Bunların  hamısını sadalamaq istəməzdim… Ancaq mənim üçün maraqlı görünən Rusiyaya qarşı “amansız mübarizə aparan” cənab Həsənquliyevin Putinin Azərbaycana səfəri günlərində susması oldu. Halbuki hamı gözləyirdi ki, BAXCP sədri,  deputat Həsənquliyev Putinin səfərinə etraz aksiyaları – piket və mitinqlər təşkil edəcək. Təbii ki, Qüdrət bəyin rəhbərliyi ilə. Amma bu baş vermədi. Qüdrət bəy susdu, əvəzindəsə, müavini Elçin Mirzəbəyli danışdı. Putinə tərifnamə yağdıran BAXCP-çi sədr müavini partiyasının mövqeyini mətbuata açıqlayaraq bildirdi ki, Rusiya prezidentinin bu səfəri ölkələrimiz arasındakı münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək. Ümid edirəm ki, səfərin yekununda imzalanacaq sənədlər ölkələrimiz arasılndakı gələcək əməkdaşlığın yüksələn xətlə inkişafına öz töfhfəsinin verəcəkdir və s. 
İndi siz deyin: kimə və nəyə inanaq? Başqa sözlə, özünə müxalifət partiyası deyən bir partiya sədrinin ilin dörd fəslində dörd dəfə siyasi mövqeyini-baxşlarını dəyişməsinə nə ad vermək olar? Bəlkə biz danışıb düşünməyək, düşünüb danışaq…
Əgər bir səfərlə BAXCP və onun sədri öz mövqeyini 180 dərəcə dəyişəcəkdisə, Rusiyanı gecə-gündüz “yıxıb-sürüməyin” mənası nə idi?

Rasim Həsənli          Moskva           tezadlar.az

Комментариев нет:

Отправить комментарий