Страницы

08.12.2013

Access Bank 36 faiz sələm verməkdə davam edir

Redaksiyamızın poçtundan

“Mən ona görə 3 il tank sürmüşəm ki, hansısa yəhudi Hofman gəlib mənim ölkəmdə ağalıq eləsin?”

Hörmətli redaksiya!
Access Bank sələmçi təşkilatının başımıza min bir oyun gətirməsi ilə bağlı dövlət orqanlarına yazdığımız şikayət məktublarının heç birinə tutarlı cavab verilməyib, tədbir görülməyib. Odur ki, üzümü sizə tuturam ki, məktubumu işıqlandırasınız, qoy ictimaiyyət bankların xalqın başına nə oyun açdığının bir daha şahidi olsun. Mən bir vətəndaş kimi bu etinasızlığın səbəbini öyrənmək istəyirəm. Hətta məktublarımdan sonra Access Bank məni məhkəməyə vermişdir, indi də məhkəmə yolu ilə qərar çıxartdırıb məndən həmin pulu almaq istəyir.
Bildirirəm ki, Access Bankın Cəlilabad filialına 15 min dollar kredit götürmək üçün müraciət etmişdim, onlar mənə 15 min dollara imza atdırdılar, lakin pulu verəndə gördüm ki cəmi 5070 manat veriblər. Bu da təlimatın tam pozulmasıdır. Səbəbini soruşduqda dedilər ki, sənin o biri borcunu burdan silirik, halbuki belə danışmamışdıq, o biri pulu requlyar olaraq aybaay gecikdirmədən ödəyirdik. Evdə baxdım gördüm ki, həm faizləri yüksək yazıblar, nə az nə çox 36 faizdən mənə kredit veriblər, həm də danışdığımız məbləğdən 800 manat artıq mənə pul yazıblar. Həmin gün bank bağlı olduğundan səhəri gün pulu gətirib bankda etirazımı bildirdim, onlara qaytarıb evə gəldim. Lakin axşamcağı bankın işçiləri 90-CT-355 cip maşını ilə evimə doluşalaraq hay-küy saldılar, üstümə qışqırdılar, uşaqlarım qorxuya düşdü, ailəm stress keçirdi. Pulu həyətimin qapısının ağzına tullayıb getdilər ki, götür, qol çəkmisən, onsuz da bir aydan sonra sənə hansı yolla olur-olsun ödətdirəcəyik. Həmin maşının və bankın işçilərinin şəkillərini çəkib dövlət orqanlarına göndərmişəm, tədbir görülməsini gözləyirəm. Həmin şəkilləri məhkəməyə də təqdim etmişəm və tələb edirəm ki, məhkəməyə hüquqşünas yox, qapıma basqın edən, pulu küçəyə tullayıb gedən bankın işçiləri gəlsinlər, ifadə versinlər. Access Bankın Cəlilabad rəhbərliyi həmin işçilərdən birinə təzyiq edərək işdən çıxarıb, digərinin isə maaşından mənim borcumu çıxıb. İndi həmin pulu yenidən məndən tələb edirlər. Gətirib həyətimin qapısının ağzına pulu töküb gediblər, külək vurub aparıb, indi hansı əsasla məndən pul tələb edirlər, bilmirəm. Qanunla mən həmin pulu səhəri gün tam qaytarsaydım da götürməliydilər. Amma nədənsə götürmədilər, çünki mənə 800 manat atmışdılar. Niyə bankın prosedur qaydalarına düzgün riayyət etmirlər? Mən əliləm, Qarabağ veteranıyam, Access Bankın baş meneceri Maykl Hofman kimdir ki, gəlib Azərbaycanda bizə qanunlar qoya? Amerikadan, İsraildən, Almanıyadan bunlar Azərbaycana doluşub xalqı əzirlər, istismar edirlər, sələmə otuzdururlar. Açıq-aşkar reketlik edirlər. Niyə dövlət bunlara reaksiya vermir? Niyə bizi bu qrup xarici işğalçının əlində əsir ediblər? Axı biz azərbaycanlıyıq, şanlı keçmişiz var, bir gün əlimizə silah alıb bu yadelli işğalçılardan ölkəni təmizləyəcəyik! Bir deyin görək, dünyanın hansı ölkəsində 36 faiz kredit var? Bunu Elman Reütəmovdan soruşun, Milli Məclisdə dil-dil ötürdü. Ondan soruşun bu bankların şapka ötürdüyü iriçaplı məmurlar kimdir? Arxayındırlar ki, yuxarının haqq-hesabını ötürüblər, dəyib-toxunan olmayacaq, ona görə 36 faiz bank sələmi davam edir. Niyə bizim ölkə bu günə qoldı? O Hofman cənabdan soruşmaq lazımdır ki, gedib Rusiyada ya başqa ölkədə də bu cinayətləri edə bilərdimi? Ermənistanda da 36 faiz kredit verir Access Bank? Ya Gürcüstan olsun. Azərbaycan başlı-başına qalıb, hayımıza səs verən, dərdimizə çarə qılan yoxdur.
Qarabağ Veteranıyam, əliləm, həm də əsəb xəstəsiyəm. Mən ona görə 3 il tank sürmüşəm ki, hansısa yəhudi Hofman gəlib mənim ölkəmdə ağalıq eləsin? Xahiş edirəm ki, məktubumu saytınızda işıqlandırın və bir azərbaycanlı kimi səsimə səs verin!

Dövlətöv Ziyad
Cəlilabad rayon sakini

Комментариев нет:

Отправить комментарий