Страницы

19.12.2013

Öylə yarım var idi zülfü siyah...


Öylə yarım var idi zülfü siyah, qaşi-kəman,
Baxaraq yarə gəlirdi dəxi bu canimə can...

Təki yarım mənim olsaydı inan vallahi,
Razı idim mənə düşman ola ol kulli cahan.

Yenə əğyar məni qəm-qüssəyə düçar etdi,
Sevgimə qalmadı yarimdə inan zərrə iman.

Bəlkə ol Huri mələk yar dönəcək bir vəxti,
Hər zaman ki, belə qalmaz, dəyişir gündə zəman.


Dedi ol yari ki, heç sevmirəm axır bunu bil,
Axdı göz yaşi, ürək titrədi, don vurdu zəban.

Elə ki, söylədi sözlərini getdi o gün,
Qalmadı sevgiyə həm, yarə dəxi zərrə güman...

Sadiq, hər vəxti gözəl yarini vəsf eyləmə ki, 
Artar ol yarə min aşiq qocası həm də cəvan.

Комментариев нет:

Отправить комментарий