Страницы

31.12.2013

Vətəndaşlar kosmosdan güdüləcək

 Ayağına ayaqqabı, əyninə tuman tikə bilməyən, ayıb yerlərini əcnəbi ölkələrdən gətirilən çitlə, parcayla örtən bir məmləkətin kosmosa peyk buraxmaq planları elə əvvəlcədən şübhəli təsir bağışlayırdı. Axı harada görünüb ki ali təhsilli mühəndisinə mühafizə postunda şlaqbaum acıb bağlamağı rəva gördüyü halda, ədəbiyyat müəllimini mədən müdürü vəzifəsinə təyin edən, ayağına geyməyə qaloşu belə xaricdən alan bir ölkə kosmosa peyk buraxsın?! İndi məlum olur ki, təqribən yarım milyard dollar pul qarşılığında fransızlar bizə iki ədəd süni peyk düzəldib kosmosda yerləşdirəcəklər. Hakimiyət iddia edir ki bu peykləri buraxmaqda məqsəd guya televerilişlərin, internetin keyfiyyətini daha da yaxşılaşdırmaq və erməniləri güdməkdir. Lakin bu o qədərdə səmimi yanaşma deyil.
Çünki acından qarnını asfalta sürtən bir məmləkətin insanlarının acı taleyi hakimiyyəti narahat etmirsə, hec inandırıcı deyil ki çulu cırıq İbişin televizorunun necə göstərib-göstərməməsi bu hakimiyəti narahat etsin.O ki qaldı ermənilərə, hakimiyət iddia edir ki biz Ermənistan barədə hər şeyi bilirik, belə olan təqdirdə gizli nə var ki, onu öyrənməyə calışasan? Deməli məqsəddə mətləbdə başqadır.
1.Avtomobillərin izlənməsi. İndi məlum olur ki, maşınların nömrələrinə xüsusi elektron mikrosixemlər yerləşdiriləcək və burada avtomobil və onun sahibi haqqında bütün məlumatlar olacaq. Nömrələrdəki bayraq simvoluyla pərdələnən bu informasiya ötrücüsü imkan verəcək ki hakimiyət yaratmış olduğu mərkəzdən istənilən şəxsi və onun avtomobilini izləsin, hara gedir, hardan gəlir, indi haradadır və.s. Bu məlumatlar məhz indi kosmosa qaldırılacaq peyklər vasitəsiylə mərkəzə ötürüləcək.
2.Biometrik pasportlar. Bu pasportlardada xüsusi elektron mikrosxema olacaq və bu pasportlardanda casus peyklərə məlumat ötürüləcək və istənilən şəxsin hərəkət maşrutu, olduğu yer bu vasitəylə təyin ediləcək.
3.Cib telefonlarına nəzarət. Bundan sonra cib telefonu avtomobil kimi, mənzil kimi konkret adamın adına olacaq və onun alqı-satqısı yalnız operator şirkətlərin vasitəciliyiylə həyata kecirilə biləcəkdir. Deməli hansı telefonun, hansı nömrənin kimin adına olması və onun bu anda hansı kordinatda olması casus peyklər tərəfindən mərkəzə anbaan ötürüləcək.
 Bir sözlə hakimiyyətin xalqın puluyla kosmosa göndərdiyi casus peyklər vətəndaşları total nəzarətdə saxlamağa, istənilən an istənilən müxalifət KİV-lərini sıradan cıxarmağa və bu qəbildən bir cox prosesləri kontrolda tutmağa imkan verəcək. Bununlada hec kim və hec kimin şəxsi həyatı hakimiyyət ücün əlcatmaz olmayacaq. Bütün ölkə indi onların ovcunun icində olacaq.
P.S. Bu da liberalların əldə bayraq etdikləri “azadlıq”, “şəxsi həyatın toxunulmazlığı”, “demokratiya” və bu qəbildən ideyaların sonu! Hər addımbaşı kamera cibində, maşınında ötrücülər, başımızın üzərindədə casus peyklər və rejimin yumruğu… Yaşa millət, yaşa!

kommunist.biz

Комментариев нет:

Отправить комментарий