Страницы

20.12.2013

Yaqub Mahmudov: "Avropa dəyərlərini Azərbaycana tətbiq etmək olmaz"

Yaqub Mahmudov: Bu gün Avropa dəyərlərini Azərbaycana tətbiq etmək olmaz. Avropa.info-nun məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin dekabrın 20-də keçirilən iclasında millət vəkili Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, hər bir xalqın, o cümlədən Azərbaycan xalqının öz milli-mənəvi dəyərləri var və bu dəyərlər yad ünsürlərdən qorunmalıdır: “Biz necə eynicinslilərin bir-biri ilə evlənməsini normal qarşılayaq? Qey-paradlar keçirirlər və bunu digər ölkələrdə də keçirməyi tövsiyə edirlər. Biz bu cür dəyərləri necə qəbul edə bilərik? Ona görə də belə məsələlərə diqqətlə yanaşmaq lazımdır və milli-mənəvi dəyərlərimizi kimliyindən asılı olmayaraq birgə qorumalıyıq”.
Millət vəkili onu da deyib ki, təbii biz Avropanın proqressiv texnologiyasından yararlanmalıyıq və bundan imtina edə bilmərik: “Hansı dəyərlər bizim inkişafımıza təkan verə bilər, onları qəbul etməliyik”. 
Akademik əlavə edib ki, bizim Nizamimiz, Nəsrəddin Tusimiz və digər dahilərimiz olanda Avropanın heç kimi və heç nəyi yox idi: “İndi durub bizə dərs deyirlər və istədiklərini bizə diqtə etməyə çalışırlar. Avropadan biz təklif edilən elə məsələlər var ki, biz bu məsələlər haradasa 50 ildən sonra qayıda bilərik.”
Millət vəkili “Reprodiktiv sağalamlıq haqqında” qanun layihəsində nəzərdə tutulan embrionun ölkəyə gətirilməsi və qorunması məsələsinə də toxunaraq bildirib ki, bu məsələyə dövlət nəzarət etməlidir: "Embriona dövlət nəzarəti olarsa, daha etibarlı olar. Daha istənilən qurum embrion gətirib saxlaya bilməz. Kim zəmanət verə bilər ki, gətirilən embrion hansısa erməniyə məxsusu deyil odur ki, embrionun çıxarılmasına və ya saxlanmasına dövlətin nəzarəti olamlıdır”.
Millət vəkili İlham Məmmədov da Y. Mahmudovun bu təklifini dəstəkləyərək bildirib ki, bu yolla dövlət öz vətəndaşlarına pusuz tibbi yardım göstərmiş olacaq.

Комментариев нет:

Отправить комментарий