Страницы

19.01.2014

Mais Qurbanov kimdir?

Azərbaycan öz qəhrəmanlarını tanımalıdır

Mais Qurbanov Rusiyada və Azərbaycanda Musa Qurbanov kimi tanınır. Moskva şəhərində yaşayır. Rusiya KİV-də axır zamanlar tez-tez çıxış edən vaxtı sənəddə adı Mais olduğu üçün onu Mais Qurbanov kimi təqdim edirlər...
Musa Qurbanov 12 may 1968-ci ildə Lənkəran rayonun Mamusta kəndində ziyalı ailəsində  anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirəndən sonra 1984-cü ildə Ukraynanın Lvov Politexnik univerestitetinə daxil olmuşdur. Universtiteti bitirdikdən sonra Moskva şəhərinə köçüb. Sovet İttifaqı dağılandan sonra Azərbaycanlılar kütləvi şəkildə Rusiyaya qazanc üçün axmağa başladılar.
Rusiyada Qərbin böyük təsiri olduğu üçun ora Qərb mədəniyyəti və mason-iudey sivilizasiyasının yaratdığı müxtəlif dini cərəyanlar axmağa başladı. Bu vaxt Musa Qurbanov Moskvada həm oxuyur, həm də işləyirdi. O, cəmiyyətdə baş verən prosesləri böyük maraqla muşahidə edirdi. Musa Qurbanov millətin get-gedə xarici sektantların yaydığı yalançı dini cərəyanlara uyduğunu böyük təəssüflə müşahidə edirdi. Vəhhabilik, nurçuluq və İeqova şahidlləri adlı dini sektalar milləti haqqdan azdırırdılar.
Musa Qurbanov bir ziyalı kimi milləti bu bəladan xilas etmək üçün çox fikirləşir və nəhayət  xilas uçün qəti fikrə düşür. Həmin vaxt vəziyyət acıncaqlı olaraq qalırdı. Birinci Rus-Çeçen muharibəsindən sonra vəhhabilər Moskvanın bütün məscidlərini kontrolda saxlayırdılar. Musa Qurbanovun dediyinə görə mərkəzi məsciddə bir-iki Azərbaycanlıdan başqa hamı vəhhabi va nurçu idi. Şiələr kasıb və işsiz, amma vəhhabi və nurçular varlı və iş adamları idilər. Bütün bu çətinliyə baxmayaraq Musa Qurbanov Rusiyada tarixində ilk dəfə olaraq 1996-cı ildə Moskvada ”ƏHLİBEYT” islam cəmiyyətini təşkil etdi və milləti həqiqi dinə dəvət etməyə başladı. O vaxt Rusiyanin ruhani idarəsi Azərbaycanlılara məscidda məclis kecirməyə icazə vermirdi. Cünkü Rusiyanın müsəlman Ruhani idarəsinin ruhani müəllimləri vəhhabi və nurçular idilər. Amma Musa Qurbanov öz ətrafında olan Əhlibeyt aşiqləri ilə çox çətinliklə bu məscidin qapısını açmağa nail oldu. Sonra isə bu məscidlərdə bütün “Əhlibeyt” əleyhimussalamların mövlud və şəhadətlərini kecirməyə başladılar. Rusiyanin əksər şəhərlərində “Əhlibeyt”  cəmiyyətinin filiallarını açdılar. Millət vətəndən uzaq bir məmləkətdə öz məhəbbətini həqiqi islama bağladı. Qadınlar üçün “Az-Zahra” cəmiyyəti və onlarla dini saytlar yaradıldı. Musa Qurbanov Allah-Təalanın köməyi ilə Rusiyada yaşayan bir çox Azərbaycanlıları bu böyük fitnədən xilas edə bildi.
2000-ci ildə Müsəlmanların Vəliyyi Fəqihi Ayatullah Seyyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi olan Seyyid Əli Əkbər Ocaq Nəjad Moskva ”ƏHLİBEYT” cəmiyətinə məhərrəmlik ayında təşrif buyurdu. Cəmiyyətin nəzdində qəzet, jurnal və islam kitabları Azarbaycan və Rus dilində tərcümə edilərək nəşr edildi. Azərbaycanda İslam və hicaba görə həbs edilənlərə dəstək verildi. Musa Qurbanovun bu haqda minlərlə insanın iştirak etdiyi məclislərdə etdiyi alovlu çıxışları onun saytlarında ğörə bilərsiz. Rusyada dəfələrlə ABŞ, Fransa və İsrail səfirlikləri qarşısında etiraz aksiyaları təşkil etmişdir. Suryada gedən müharibəyə görə dəfələrlə ABŞ səfirliyi qarşısında etiraz mitinqləri təşkil etmişdir. Musa Qurbanov dörd dəfə Həcc ziyarətində və Əhlibeyt İmamları əleyhimussəlamlarının hamısının (Səudiyyə Ərəbistanı, İran, İraq, Suriya) ziyarətində olmuşdur.
2013-ci ildə Rusiya miqrantları federasiyasının vitse-prezidenti seçilmişdir. Rusiya dövlət televiziya kanallarında birbaşa çıxış edərək miqrantları, əsasən azərbaycanlıları müdafiyə etmişdir. Bu həmin ərəfədə olmuşdur ki, Moskva şəhərində Orxan Zeynalov rus vətəndaşını qətlə yetirdiyi üçün azərbaycanlılara qarşı yerli əhalinin etiraz aksiyaları qalxmışdı. Çox qorxulu bir vəziyyət yaranmışdı. Bundan əlavə ənənəvi olan, hər il noyabrın dördündə  Rusiyada “Həmrəylik günü” kimi qeyd olunan marş və bundan istifadə edən millətçilərin marşı da yaşanan hadisələrlə üst-üstə düşürdü. Hadisələrin axarının nə ilə nəticələnəyini bilmək olmurdu. Çünkü millətçilərin çoxlu insanları qətə yetirdiyini hamı bilirdi. 
Musa Qurbanov burda da vaxtında miqrantların, əsasən Azərbaycanlıların köməyinə çatdı. Rusiya televiziya kanallarından olan “LİVE NEWS” kanalında birbaşa çıxış edərək həmin gün miqrantların da marş keçirəcəyini bəyan etdi. Bu böyük səs-küyə səbəb oldu. Bu səbəbdən Rusiya höküməti millətçilərin marşını nəzarətə aldı və bu il əvvəlki illərə nisbətən heç bir hadisə baş vermədi. 
Həmin hadisədən bir həftə  sonra Musa Qurbanov gecə öz evinə dönən zaman binanın girəcəyində domofon nomrələrini yığarkən bir gənc qadın tərəfindən arxadan, düz urəyinin üstündən odlu silah ilə vuruldu. Səhəri gün bir çox Rusiya va dünya KİV-ləri bu hadisəni, yəni Musa Qurbanovun vurulmasını nümayiş etdirdilər... Rusyada və dünyanın çox ölkələrində insanlar Musa Qurbanova görə narahat oldular və reaksiya verdilər. Allaha çox şükür ki, Musa Qurbanov aldığı güllə yarasında nicat tapdı və tez bir zamanda sağaldı. Cinayəti törədən qadın isə həbs edildi.  
Hal-hazirda Musa Qurbanov Rusiyada öz fəaliyətini daha böyük əzmlə davam etdirir. O, həm Rusiya “Əhlibeyt ” cəmiyyətinin prezidenti, həm də Rusiya miqrantları federasiyasının vitse-prezidentidir. Ona uğurlar diləyək!

Məhəmməd Əli Talışi

https://www.youtube.com/watch?v=8j9QR2PGALc&list=UUXx62hdgXQajOLb20L4wyNg

Комментариев нет:

Отправить комментарий