Страницы

21.01.2014

Mirşamil Mürsəlov oğluna saxta şəhidlik statusu alıb

Cəlilabadda üzəduran kimi ad çıxarmış Mürsəlov Mirşamil Miradil oğlu saxta yolla öz oğluna şəhidlik statusu düzəldib

Vaxtilə silahlı dəstənin tərkibində dövlətə qarşı çıxış edən bu adam saxta yollara əl atıb

Cəlilabad rayonu Üçtəpə kənd sakini, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Ramiz Yarıyev rayonda baş verənlərlə əlaqədar prezident İlham Əliyevə müraciət edib. Şikayətçinin sözlərinə görə, üç insanın qəbrinin abidəsi və onlarla yanaşı dəfn edilən anasının qəbrinin abidəsi olan yer qanunsuz olaraq satılıb. Şikayətçi haqqının tapdalandığını, ona qarşı təzyiqlər olduğunu bildirib. 
YAP üzvü Ramiz Yarıyev ölkə prezidenti İlham Əliyevə ünvanladığı məktubda bir çox maraqlı məsəılələrə toxunub. Həmin məsələlərdən biri də rayonda şəhidlik adı ilə əsl alverin getməsidir.
Şikayətçi bildirir ki, Cəlilabad rayon Hərbi Komissarlığının verdiyi arayışa və N saylı hərbi hissəsinin 537 nömrəli məktubuna əsasən Mürsəlov Mirəjdər Mirşamil oğlunun elektrik cərəyanının vurması səbəbindən öldüyü deyilir. Ancaq elektrik vurması səbəbindən vəfat edən şəxsə saxta şəhidlik statusu verilib. Rayonda yalançı şahid (üzəduran) kimi ad çıxarmış Mürsəlov Mirşamil Miradil oğlu saxta yolla öz oğluna şəhidlik statusu düzəldib. Mürsəlov Mirşamil Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinə qarşı olub, silahlı dəstənin tərkibinə daxil olaraq dövlətə qarşı çıxış edib. Əlində silah dövlətə qarşı vuruşan bu adam oğluna saxta şəhidlik statusu almağa nail olub.
Cəlilabadda baş verən qanunsuzluqlar haqda mövzunu davam edən YAP üzvü yazır: "Mən bu günə qədər qeyd etdiyim hadisələrlə bağlı yuxarı hakimiyyət dairələrinə müvafiq şikayət etmişəm. Şikayətimin araşdırılması üçün ərizəm yenidən Cəlilabad rayon icra hakimiyyətinə göndərilir".
Sonda müəllif yazır: "Hörmətli prezident, biz sizi dəstəkləyirik. Son seçkidə də ailəliklə sizə səs vermişik. Həyat yoldaşım məntəqə seçki komissiyasının katibi olub, özüm və oğlum sizin təbliğatınızı aparıb. Odur ki, sizdən xahiş edirəm ki, sizə ünvanlanan şikayətimi nəzarətə götürəsiniz. Mən əminəm ki, siz Azərbaycan xalqının prezidenti və bizim hüquqlarımızın, təhlükəsizliyimizin təminatçısı olaraq bu məsələləri diqqətə alacaqsınız".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

qaynar.info

Комментариев нет:

Отправить комментарий