Страницы

31.01.2014

PKK-dan Azərbaycana böyük təhdid

Separatçı kürd şəbəkəsi Naxçıvana iddiada bulunacaq

Azərbaycanlı gömrük məmurunun Türkiyədə həbsindən sonra bölücü kürdlərin terror təşkilatı olan PKK-nın Azərbaycanda da dayaqlarının olması ilə bağlı məsələlər yenidən gündəmə daşınıb. Məsələn, iddia olunur ki, Türkiyədə həbsdə saxlanılan azərbaycanlı məmur artıq PKK-Azərbaycan əlaqələri ilə bağlı mühüm bilgiləri qardaş ölkənin xüsusi xidmət orqanlarına çatdırıb.
Bununla bağlı "Yeni Cumhuriyyət”ə daxil olan informasiyalar isə PKK-nın Bakıdakı dayaqları ilə bağlıdır. Redaksiyamızın elektron ünvanına göndərilən informasiyada əslində əksəriyyət üçün bəlli olan bir sıra faktlar açıqlansa da, yeni məlumatlar da yetərincədir. Daxil olan xəbərdə deyilir: «Bu gün Azərbaycanda PKK terror təşkilatı çox ciddi dayaqlara malikdir. Dövlətin üst qatında bu təşkilata dəstək verən simalar var. Bu dəstək həm pul formasındadır, həm də siyasi baxımdan verilir. Məsələn, son on ildə Azərbaycana 25 minə yaxın kürd əsilli şəxs köçürülüb və onların hamısına Azərbaycan vətəndaşlığı verilib. Onlar bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində məskunlaşdırılırlar. Onların əsas sıx yaşadıqları yerlər Lənkəran, Qazax, Samux, Xaçmaz və digər rayonlardır. Adları çəkilən rayonlarda isə onlar üçün ayrıca yaşayış massivləri salınıb. Məsələn, Lənkəranda artıq gəlmə kürdlərin iki kəndi var və onlar sürətlə Azərbaycan dilini öyrənirlər. Onların bu şəkildə Azərbaycana yerləşdirilməsində başlıca maraq himayədarlarının özlərinə güvənli məntəqələr formalaşdırma niyнətiylə əlaqədardır. Yəni ictimai-siyasi proseslərdə məhz həmin adamlar önə çəkilir. Artıq gəlmə kürd ailələrinin birinin yetirməsi bu gün çox ciddi biznesmen kimi tanınır. Bu haqda mətbuat az məlumatlıdır».
Mənbə iddia edir ki, gəlmə kürd ailələrinin adları və soyadları Azərbaycan ad və soyadlarına uyğun olaraq dəyişdirilir: «Bütün bu işlərin isə dövlətin nüfuzlu simalarının dəstəyi olmadan həyata keçirilməsi imkansızdır. Onlar dərhal işlə təmin olunurlar. Əsasən İrandan, İraqdan və Türkiyədən köçürülən bu ailələr türk dilini, Azərbaycan türkcəsini bildiklərindən onlara Şimali Azərbaycan türkcəsinin özəlliklərinə də yiyələnmək o qədər də çətin olmur. Ona görə də qısa müddət içində cəmiyyətimizə qaynayıb-qarışa bilirlər».
Mənbə bildirir ki, onların bu şəkildə yerləşdirilmələrinin bir səbəbi də Azərbaycanda ayrıca olaraq kürd toplumunun formalaşdırılmasıdır: «SSRİ-nini son statistik rəqəmlərinə görə, Azərbaycanda 18 minə yaxın kürd əsilli vətəndaş yaşayıb. Qərbi Azərbaycandan köç düşəndə isə daha 3 min kürd əsilli şəxs Azərbaycan vətəndaşlığını aldı. Yəni ermənilər onları da Azərbaycan türkləri ilə birgə Ermənistan adlanan ərazidən qovdu. Yəni sonuc olaraq Azərbaycanda SSRİ dağıldığı ərəfədə 21 min kürd əsilli vətəndaş var idi. Və ən yaxşı halda bu gün onların saylarının 30 min olmalı olduğu təqdirdə isə hazırda gəlmələrlə bir yerdə 60 minə yaxın kürd əsilli vətəndaş var. Bu isə ciddi rəqəmdir».
Mənbə iddia edir ki, bir qrupu böyük biznes imkanlarına malik olan kürd əsillilərin müəyyən bir qrupu da vəzifə başında, ayrı-ayrı güc strukturlarında yerləşiblər: «Onlardan müxtəlif dönəmlərdə istifadə olunur. Amma ən əsası odur ki, həmin imkanlar bu gün PKK-ya və Şimali İraqa dəstək üçün yönəldilir. Doğrudur, artıq Şimali İraqda ciddi şəkildə möhkəmlənən kürdlərin Azərbaycandan veriləcək hər hansı dəstəyə ehtiyacları yoxdur. Amma Azərbaycandakı gücləri bu gün birbaşa olaraq PKK-ya yönəldilir».
Xatırladaq ki, bu günlərdə kürdlərə məxsus telekanalların birində Azərbaycanın Naxçıvan ərazisi qondarma Kürdüstan dövlətinin torpağı kimi göstərilmişdi. Bunu xatırladan mənbə bildirir ki, Azərbaycanda yaxın gələcəkdə Naxçıvan ərazisində kürd topluluğunun ən sıx yaşayış mərkəzinin yaradılması da planlaşdırılır: «Bu dəhşətli plana məlumatı olan məmurlarımız - türk əsilli məmurlarımız göz yumur. Amma nahaq yerə. Çünki söhbət Azərbaycanın dövlət və milli maraqlarından gedir. Belə olan təqdirdə susmaq yox, müdaxilə etmək lazımdır».
Onu da bildirək ki, redaksiyamıza göndərilən materialda daha ciddi məqamlara toxunulub və bu gün bölücü kürdlərə dəstək verən məmurların kimlikləri, habelə onlara məxsus obyektlərlə bağlı da informasiyalar qeyd olunub. Həmin faktları da yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…
 
cumhuriyyet.az

Комментариев нет:

Отправить комментарий