Страницы

22.02.2014

Ağamız qaldıran ol qarə ələm...

Rövşən Məmmədli

Ağamız qaldıran ol qarə ələm yatmayacaq
Çün Hüseyn aşiqi öz məktəbini atmayacaq

Hər gələn getməlidi,qayda budu, aqil olan
Əbədi mülkü, fəna mənzilinə satmayacaq

Min bəzəklə boyayır, tazə gəlin tək özünü
Kim əgər dərk edə,dünya onu aldatmayacaq

Pak olar niyyəti hər kimdəki var eşqi-Huseyn 
Bu səbəbdəndi ki, o, altuna mis qatmayacaq


Etsə kim təslim özün, əmrinə gər Muntəqimin
Gəlsə də hər nə bəla, ol kəsi ağlatmayacaq

Duyular həşrə kimi, məzlum Hüseynin hərayı
Çün,Hüseynin səsi, Haqqın səsidir batmayacaq

Bir zaman yetməlidir Rövşən, ələm sahibinə,
Bu qəra pərçəmə küffarın əli çatmayacaq

Комментариев нет:

Отправить комментарий