Страницы

01.02.2014

Aleksey Puşkov: "Cəmiyyətin əsasını dini əxlaq təşkil edir"

Aleksey Puşkov: "Rusiya Qərb "dəyərlər"i ilə deyil, özləri lazım bildiyi tərzdə yaşamaq istəyən bütün ölkələrin və cəmiyyətlərin hüquqlarını müdafiə edir" 

Avropa Birliyi parlament assambleyasında Brüssel tərəfindən Fransanın xüsusi nəzarətə alınması məsələsi müzakirə olunur. Buna səbəb Fransa polisinin eynicinslilərin nigahına və qeyri-ənənəvi cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsinə etiraz edən nümayişçilərə qarşı zorakılığın göstərilməsidir. Bu hadisələr onu göstərir ki, Qərbdə də özünü "liberal dəyərlər" kimi adlandıran hərəkatlardan narazı olanlar çoxdur.
XeberLent.az informasiya agentliyinin verdiyi məlumata görə, hal-hazırda Rusiyanın bu tendensiyanın qarşısına nə qoya biləcəyi haqda RF-nin Dövlət Dumasının xarici işlər üzrə komitəsinin nümayəndəsi Aleksey Puşkov “İzvestiya”ya müsahibə verib.


-Qərbdə qeyri-ənənəvi orientasiyası olan insanları müdafiə edənlər getdikcə fəallaşırlar. Bunun səbəbi nədir?
-2013-cü il Avropa və ABŞ-da  əxlaq sahəsində baş verən liberal inqilabın radikal və dağıdıcı fazasının digər ölkələrə keçməsi ilə yadda qaldı. Əgər bir zaman Qərb müəyyən olunmuş normalara və ənənəvi dəyərlərə şübhə ilə yanaşırdısa, indi isə digər ölkələrə və ictimaiyyətə açıq-aşkar yeni davranış növlərini sırıyırlar. Bizi sakitləşdirərək bunun yalnız tövsiyə xarakter daşıdığını bildirirlər. Bu gün tövsiyə, sabah icbari olacaq. Məsələn, Brüssel bütün nümayəndəliklərinə diplomatların gey paradlarda iştirak etməsi üçün memorandum şəklində təkidli tövsiyəsini göndərib.

- Amma bu bir epizoddur....
- Bu epizod deyil, rəsmi siyasətdir. Buna nümunələr çoxdur. Hal-hazırda Avropa parlamentində portuqaliyalı feminist-deputat Edit Estrelloy tərəfindən məktəbəqədər uşaqların seksual tərbiyə alması haqqında təklif etdiyi qətnaməyə baxılıb. Sənəd altı yaşlı uşaqlara seksual tərbiyənin verilməsini təklif etdiyi üçün böyük narahatçılığa səbəb olub. Bu "tərbiyə" uşaqlara necə onanizmlə məşqul olmağı, qoruyuculardan necə istifadə etmək, həmçinin, cütlüklər ənənəvi olduğu kimi qeyri-ənənəvi də ola bilər. Almaniyada seksual dərslərin əsasları haqqında orta məktəbdə dərslərin tədris olunması mübahisəli məsələ olsa da qanun qəbul edilib. Və bir ailə qızını bu cür dərslərə buraxmayaraq, bu təhsildən imtina edib. Valideynlərin bu addımına cavab olaraq cərimə ödəməyi təklif ediblər. Atanın bu cəriməni ödəməkdən imtina etdiyi üçün bir günlük  həbs də ediblər. Bu simvolik cəzadır, amma bu açıq-aydın göstərir ki, "seks-tərbiyənin" radikal formalarının qəbul edilməməsi həbs ilə nəticələnir. Eyni cinslilərin nigahı və övladlığa götürə bilmələri fransızlara polis tədbirləri ilə tətbiq olunurdu.

- Lakin, Rusiya bu prosesdən kənardadır .....
- Bu əvvəl idi , indi bizə də bunu yeritmək istəyirlər. Baxın mavilərin "sıxışdırılması" ətrafında necə isterika yaranıb. Bu mövzu Soçidə keçiriləcək Olimpiadaya da toxunub. Bunun gedən işlərin real vəziyyətinə heç bir aidiyyatı yoxdur. Bu bir siyasətdir. Ya da baxın Moldovaya. Kişinyova AB-nın assosiativ sazişini imzalamaq üçün gey-paradların müntəzəm keçirilməsi tapşırılıb. Əgər Kiyev də razılaşsaydı bu sazişlə, eyni təkliflə üzləşəcəydi. Bunlara baxmayaraq, , ABŞ və AB ilə yaxşı münasibətləri və müttəfiq olan bir çox ölkələr var ki, bizə nisbətdə qanunvericiliyi geylərə qarşı daha sərtdir. Qətər və Səudiyyə Ərəbistanda homoseksual münasibətlərin cəzası edamdır. Hindistanın Ali məhkəməsi isə yaxın günlərdə homoseksuallığı cinayət hesab edən qanunu bərpa edib. Ancaq bu hallara görə Qərbi KİV-də heç bir təşviqat aparılmır.

-Aİ-nin bütün diplomatları gey-paradlarda iştirak etməlidirlər. Qeyri-ənənəvi münasibətləri münbitləşdirməkdə səbəb nədir ?
- Seksual azlıqların yüksək aktivliyi onların varlı sponsorlarının olmasıdır. LGBT-nin (lesbian, gey, biseksual və transgenderlər birliyi) fəalları ictimai rəyi əsasən də, mətbuatı öz tərəflərinə keçirə biliblər. Siyasətçilər isə seçicilərin simpatiyasının əksinə gedə bilmirlər. Bundan əlavə, qərbdə seksual azadlığın sərhədsiz olmağı səhv təqdim olunduğu kimi inkişafının təsəvvürü də aldadıcı şəkildə öz təsdiqini tapır. Əslində, söhbət insan sivilizasiyasının əsaslarını dəyişmək cəhdindən gedir.

-Yəni söhbəт sui-qəsddən gedir?
-Xeyr, yeni ideologiyanın yaranmasından. Bizim tanıdığımız cəmiyyətin əsasını xristian əxlaqı təşkil edir. Lakin indi Qərbdə vahid, sərhədsiz qlobal dünya və cinslər arasında sərhədsizlik şüarı altında  dexristianlaşdırma (xristianlaşmanın aradan qaldırılması) sürətlə gedir. Hədəf - dövlətlərin, sərhədlərin, sivilizasiya əsaslarının və mənəvi normaların olmadığı bir cəmiyyətin qurulmasıdır. Guya, həyası olmayan manipulyasiyanın obyektləri sayılan, hansısa hüquqi normalarla müdafiə olunan, torpağına, tarixinə, ailəsinə bu sözün sivil anlamında, azad milliyyətsiz individlərin mövcud olduğu müəyyən bir iqtisadi mühit əmələ gəlməlidir. İnsanlığın böyük hissəsinin bu növ inqlabdan imtina etməsinə baxmayaraq, onu təəcüb doğuran əzmlə buna doğru sövq edirlər.

- Rusiya buna müqavimət göstərmək üçün nə təklif edə bilər ?
- Biz artıq AŞPA səviyyəsində buna qarşı çıxırıq. Rusiya Qərbə onun modeli ilə yaşamağı təklif etmir, amma aqressiv şəkildə ixrac edilən radikal liberal inqilabın "dəyərlər"i ilə deyil, özləri lazım bildiyi tərzdə yaşamaq istəyən bütün ölkələrin və cəmiyyətlərin hüquqlarını müdafiə edir. Bizim bu sahədə dünya və həmçinin Qərbi Avropa ölkələrində də çoxlu müttəfiqlərimiz var.

Hazırladı: Bəhruz Salmanov          xeberlent.az

Комментариев нет:

Отправить комментарий