Göz qəlbin aynasıdır-deyənə həmişə rəhmət oxuyuram. Mən insanın xasiyyətini, məqsəd və amalını gözündən oxumağa çalışıram. Odur ki, ilk dəfə gördüyüm adamın gözünə bir neçə dəqiqə diqqətlə baxmağa cəhd edirəm, o baxışlar məni üşütmürsə, onunla söhbətim alınır. Bu xanımın da dəniz gözlərində mülayım xasiyyəti, əzablı həyatı, dilinə gətirə bilmədiyi neçə-neçə arzusu dalğalanır.Müsahibəni oxusanız, fikirlərimlə razılaşacaqsınız. Onunla həmkarıq. “Qadın istəsə”nin bu dəfəki qonagı jurnalst Arzu Abdulladır.
- Jurnalist Arzu Abdulla. Adətən siz də özünüzü belə təqdim edirsiniz, amma bu dəfə bir qədər fərqli və geniş təqdimat edək. Kimdir oxucunun tanımadığı Arzu xanım?
-Özündən başqa hamını bağışlamağı bacaran insan.
- Aha… Niyə məhz jurnalistikanı seçdiniz, elə bundan başlayaq.
-Əslində müəllim olmaq istəyirdim. İxtisasca filoloqam, amma 14 günlük müəllimlik təcrübəm məni jurnalistikaya elə güclü təkanla itələdi ki, ayılıb uşaqlıq arzumdan könüllü vaz keçdiyimi gördüm və peşman olmadım.
- Həm köşələrinizdə, həm də reportajlarda həmışə insan taleyinə, xüsusilə qadın problemlərinə fərqli bir həssaslıq duyulur. Həyat yolunuz çoxmu daşlı-çınqıllı olub?
-Çox. Amma çəkdiyim acılar həmişə içimdə qalıb. Ətrafımdakıları ağrılarımla rahatsız etməyi sevmirəm. Bu acıların ,bəlkə də, bu qədər əzablı olduğunu bilməzdim. Bir dəfə anam yenə məni danlayırdı. Təbii, səbəblər bəllidir. Ailə qurmamaq, özünə baxmamaq və s. Onda əsəbləşib həyatımdakı xırda bir detalı danışdım anama. Anam elə zülüm-zülüm ağladı ki. Mən dəhşətə gəldim və əslində çox güclü olduğumu da anladım. Axı, mən həyatın verdiyi ağrı-acıları belə acizanə şəkildə, belə göz yaşları ilə qarşılamamışam. Ən çətin anlarımda da şükür etmişəm, irəlidə bir işıq olduğuna inanmışam.
- Özünü yandıran lənkəranlı qızla bağlı yazınızda belə bir cümlə var idi-“Bəs ürəyi, ürəyi salamatdırmı? Sevən, yanan tüstüsünü bütün məmləkət qoxuyan ürəyi sağdırmı? O ürəyi yandıran sevgi də yerindədirmi?” Bəs sizin ürəyinizdə necə, sızıltısını yalnız Arzunun hiss etdiyi dərin sevgi izi varmı?
- Hə var. 2013-cü il mənim üçün itkilər ili oldu. Məni bu dünyada hamıdan çox sevən anamı və bu dünyada hamıdan çox sevdiyim insanı itirdim. Anamın yasına bütün kənd, dostlar, el-oba toplaşdı. Hamı ilə birgə yaşadıq bu itkini. Amma onun itkisini tək yaşadım. Tez-tez aşiq olanları, gündə birini sevənləri anlaya bilmirəm. Sevgi möhtəşəm və təkrarolunmazdıк. Məncə belədir.
- Sevdikləriniz və yaxınlarınıza nədənsə, hədsiz fədakarlıq hiss edirəm . İfrat istənilən halda qəbuledilməzdir, bəs sizcə?
- Hə, bunu etiraf edəcəyəm. Gerçəkdən çox fədakaram. Bəzən ifrata vardığmı da duyuram, amma bu ifratdan da zövq alıram. Allaha şükürlər olsun, məni belə yaratdığı üçün.
- Tez -tez eşidirik ki, karyera quran qadınların ailə həyatı alınmır. Sizin bu fikrə münasibətiniz? Sizə peşəniz mane olmayıb ki?
-Yox, mənə peşəm mane olmadı. Mənə intusiyam mane oldu. Adamları çox tez tanıyıram. Eyni zamanda özümü ailə qurmağa məhkum hesab edən azərbaycanlı qızlarından deyiləm. Bizimkilər ailəni daha çox dünyaya övlad gətirmək və tək qalmamaq üçün qururlar. Şükür Allaha, mənim Abdullam var və qətiyyən tək deyiləm. Amma həyatımı paylaşa biləcəyim biri olarsa, ailə quraram. Dedim ha, bunu təkcə qonşumuz Sənubərin "ürəyini partlatmaq üçün" etməyəcəyəm, həyatımı paylaşa biləcəyim biri ilə ömrümü, duyğularımı, yastığımı paylaşacağam. Mən onu sevməliyəm, o, ürəyimə yatmalıdır. Mütləq deyil, bu sevgi çox güclü olsun, amma istək olmalıdır. Onu da deyim ki, heç vaxt qarşımdakı bu KİŞİNİ dəyişməyi düşünmərəm. İnsanları olduğu kimi qəbul etmək gərəkdir. Bizim cəmiyyətdə cütlüklərin ayrılmasına daha çox bu səbəb olur. Yəni olduğu kimi qəbul etməmək. Həm kişilərimiz, həm qadınlarımız qarşısındakı adamı öz düşüncəsinin, fantaziyasının məhsuluna çevirməyə çalışır. Bu isə anormallıqdır. İnsan ,sadəcə, dünyasını dəyişir, bu çox asandır, amma xarakterini dəyişmir, bu mümkün deyil.
- Qadının xoşbəxt olması üçün həyatında mütləq kimsə olmalıdır?
- Baxır qadına. Bəzi qadınlar var ki, özünü ancaq 8 mart günü qadın hesab edir və həyatındakı kişidən diqqət umur. Yəqin elə ona görədir ki, bizdə 8 mart günü gözəllik salonlarında tıxac yaranır. Mən isə standartları sevmədiyim üçün heç 8 martı qadınlar bayramı kimi qəbul etmirəm. Mənim üçün bir bayram var, o da Mətbuat günüdür. O günü bayram edirəm. Amma bəzən kişiyə o qədər ehtiyac duyuram ki. Bu evimin işıqları sönəndə baş verir. Çünki divarlar çox hündürdür, məndə də akrofobiya olduğu üçün nərdivana dırmaşıb lampanı dəyişə bilmirəm. O zaman fikirləşirəm ki, hə, bu evdə bir ucaboylu kişi olsa idi, indi qaranlığda qalmazdım. İndi nərdivana çıxıb lampanı dəyişərdi. Və ya bəzən xəstələnib yatağa düşəndə düşünürəm ki, evdə bir kişi olsaydı gedib yaxınlıqdakı dükandan mənə limon alardı. Vəssalam. Kişilər başqa nəyə yarayır ki? Nə isə, ağlıma başqa ideya gəlmədi. Keçmiş olsun! Mənim xoşbəxt olmağım çox asandır. Məsələn, Abdulla “5” alanda çox xoşbəxt oluram. Qoyun bu mənzərəni təsvir edim, siz də xoşbəxt olun. Deməli, məktəbin qarşısında gözləyirəm, Abdulla uzaqdan mənə baxıb qımışır. Gəlib mənə çatanda soruşur: "Ən bilsən nolub? Beş almışam". Elə bilirəm uçacağam bu saat göyə. Bu necə böyük səadətdir. Təki bütün qadınlara qismət olsun. Bir söz də deyim, insan o zaman depressiyaya düşür ki, özünü tək və gərəksiz hesab edir. Heç kəs tək deyil. Bizi yaradan və yaşadan Allahımız var. O, bizim hamımızı sevir. Xoşbəxt olmaq üçün bu SEVGİ yetər. İnsan nə qədər ali olsa da bu SEVGİNİN tozuna çatacaq qədər sevgiyə sahib deyil. Şükür Allaha. Bəzən bizim qadınlar, elə kişilər də düşünür ki, həyatda özünə yer tapması üçün mütləq kimsəyə möhtacdır. Bu kimsə həm pul dağarcığı, həm sevgi boxçası, həm diqqət qulu olmalıdır ki, bunu xoşbəxt etməyi bacarsın. Bəlkə elə buna görədir ki, qızlarımız varlı oğlan, oğlanlarımız vəzifəli atası, dayısı, xalası olan qız axtarırlar. Əslində bu "kimsə" anlayışı cəmiyyətdə "möhtaclıq sindromu" yaradır. Sadəcə, yaxşı insanlar var həyatda. Onlar isə kiməsə xüsusi olaraq məxsus deyillər. “Əl tutmaq Əlidən qalıb” deyib, hər zaman kömək etməyə can atırlar. Təhsil almağımda və karyera qurmağımda mənə qardaşlarım, anam və çox sevdiyim iki rəfiqəm- Hicran və Nigar, əmimoğlu Rövşən kömək olublar. Yəni bir çətinliyim olanda onları özümdən qabaqda görmüşəm. Bunu elə etməyə çalışıblar ki, heç ruhum duymasın. Eyni zamanda hər bir insanın həyatda ağıllı dosta ehtiyacı var. Şükür Allaha belə bir dostum var. Onunla saatlarla söhbət edirəm, məsləhətlər alıram və onu çox istəyirəm.
- Bir dəfə demışdiniz ki, atam məni oxumağa qoymurdu, mən də acığımdan elçiləri qaytarırdım, sonra peşman olmadınız ki?
- Yox. Həyatda peşman olduğum iki məqam olub. Bunu özümə heç vaxt bağışlamayacağam. Amma o elçiləri əliboş yola salmağıma heç vaxt peşman olmadım. Əgər o elçilərə "hə" desəydim, indi Arzu Abdulla da yox idi. Hə, dədəm məni oxutmadı. O, ümumiyyətlə, təhsil almağımı istəmirdi. İlk dərs günümü də onun mühafizəkarlığı bərbad etdi. Anam sarı, yumşaq saçlarımı iki hörük eləmişdi, hörüylərimə bant bağlamışdı. Dədəm də başıma məcburi yaylıq bağlatdırmışdı. İndi təsəvvür edin, 1981-ci il idi, sovet ideologiyası hara, birinci sinifə başıbağlı gələn qız hara? Dədəmin bu tip zülümləri davam edirdi. Orta məktəbdə şahmat üzrə birinci yerə çıxdım, rayondakı müsabiqəyə qatılmağa qoymadı. Sonra ifadəli şeir üzrə birinci yerə çıxdım, yenə də rayona qoymadı. Yadımdadır, o zaman bir həftəlik “aclıq aksiyası” ilə dədəmə tutarlı cavab verə bildim. Elə mən doğulandan ANS-çilər demiş, döyüş, mübarizə alnıma yazılıb, evdə də, çöldə də, hətta özüm özümlə də döyüşdəyəm. Bu döyüş son nəfəsimdən sonra da davam edəcək. Təbii, məndən qalacaq yazılarımla. Orta məktəbi bitirəndən düz on il sonra kənddən Bakıya gəldim. Bu paytaxta ilk gəlişim idi. Əslində mən həkimə gəlmişdim, müayinəyə. Amma geri qayıtmadım, qaldım burada. Evdəkilərdən icazəsiz hazırlıq kursuna girdim və iki ildən sonra ali məktəbə qəbul oldum. Evdəkilər özbaşınalığmın qarşısını almağa çalışanda onları intihar edəcəyimlə hədələdim. İndi görün, adicə bir təhsil almaq üçün nə boyda əzablar çəkdim, nələrə dözdüm. Amma istəyimə nail oldum. Ona görə də gənclərə üzümü tutub deyirəm, ürəyinizin səsini dinləyin, imkan verməyin sizi həmişə kimsə yönəltsin. İstəyin və istəyiniz uğrunda mübarizə aparın. Vallah, bu mübarizənin bir yaxşı sonu olacaq. Mənim həyatımdakı kimi. Onu da deyim ki,mənim təhsil almağım anamın ən böyük arzusu idi . Çünki anam 3 yaşında atasını, 6 yaşında anasını itirmişdi, onu qardaşı böyütmüşdü. Orta məktəbə getməmişdi və hərf tanımırdı. Mən oxudum, işləməyə başlayanda, anam rahat nəfəs aldı ki, ölsəm də Arzıdan (anam mənə Arzı deyirdi həmişə) nigaran getməyəcəyəm, əlində bir tikə çörəyi var, qələmi var, Allaha şükür, heç vaxt, heç kimə möhtac olmayacaq.
- Uşaqlıqdan “Kərəm kimi sevgidən yanmaq” məsəlini eşidirdik, indi nakam sevgilər qızlarımızı yandırır. Qadın kimi fikriniz maraqlıdır, nədir problem?
-Problem bizim adamların özlərindən baş açmamasındadır. Yəni bizim qızlar, oğlanlar əslində nə istədiklərini və nə üçün istədiklərini anlamırlar. Əgər bu sevgidirsə, heç vaxt nifrətə çevrilməyəcək. Sevdiyin səndən ayrılsa, səni atsa belə xoş xatirələr bəsimdir deyəcəksən. Zerrin Özerin bir mahnısı var, deyir "ayrılsaq da mutluluk dilerim sana, katlanmak zorundayam göz yaşlarıma". Qardaşım hər dəfə bu mahnıya qulaq asanda deyir, indi bizimkilər olsa deyərdi məni atdın ,get, Allah belini qırsın. Yox, əgər qızın və ya oğlanın yaxınlaşması, sevgi deyil, sırf məqsəddirsə, məqsədinə nail ola bilməyən adam bütün üsullara əl atacaq və sonda da intihara üz tutacaq. İntiharların daha iki səbəbi də var. Əslində bu da cəmiyyətimizin dəhşətli bəlalarındandır. Bu savadsızlıq və "qonşum nə deyər" prinsipidir. Elə götürək 24 yaşlı lənkəranlı xanımı. Cavan, yaraşıqlı, sağlam, bütün həyatı hələ qabaqda olan bu xanım onu atan sevgilisini heç narahat da etməzdi və öz həyatını yaşayardı. Oxuyardı, təhsil alardı, karyera qurardı və həyatının bütün axarını dəyişərdi. Onu təkbaşına böyüdən anasına da bu qədər dəhşətli zərbə vurmazdı. Bundan başqa uşaqlara lap kiçik yaşlarından təkcə ata-anasını və bacı-qardaşını deyil, insanları, ağacları, heyvanları da sevməyi öyrətmək gərəkdir ki, böyüyəndə sevgi qıtlığı çəkməsin. Sevməyi bacarasan ki, seviləsən.
- Jurnalist sozü cəmiyyətdə bir qədər gur səslənir. Peşəniz indiyədək hər hansı probleminizin həllində işə yarayıbmı?
- Əlbəttə yarayıb. Əvvəla, mən hüquqlarımı bilirəm. Başqalarına da kömək etmişəm və o qədər sevinmişəm ki.
- Bizim sahə qəliz olduğu kimi buradakı münasibətlər də qəlizdir. Niyə kimsə kimsənin yazısını oxumur, ya da təkcə adını oxuduğu yazıya qərəz dolu şərh yazır?
-Şükür, belələri azdır. Üstəlik, bu adamlar qələm əhli deyil, təsadüfən bu sahəyə gəlib düşənlərdir. Yerlərini tapa bilmirlər, yaradıcılıq başdan-başa plagiat və bu zaman içlərində bir xainlik baş qaldırır. Allah belələrini hidayət etsin! Ziyalı işıqlı deməkdir. İşıqlı adamın içində ancaq işıq olur, his-pas olmur.
- Rəqabət olan yerdə dostluq olur?
- Əlbəttə, sağlam rəqabət olan yerdə niyə də olmasın.
- Jurnalistlər arasında dostlarınız çoxdur?
-Tanıdığım jurnalistlərin çoxu ilə yaxşı münasibətim var. İnşallah yaxşılığa doğru gedər.
- Bilmirəm bu sual necə səslənəcək, amma soruşacağam, Arzu Abdulla bu an nəyi və kimi arzulayır?
- Bayaq dedim axı. Anam mənə Arzu yox, Arzı deyirdi. Elə qəribə səsi vardı ki. O səsi elə eşitmək istəyirəm ki...
Söhbətləşdi: Elnura Cavadzadə interpress.az

Комментариев нет:
Отправить комментарий