Страницы

21.02.2014

Astarada aksiya keçirən dindarlar həbs olundulat

Astara rayonunda bir neçə gün öncə aksiya keçirən şəxslərdən bəziləri saxlanılıb.

Fevralın 17-də Astarada “Odnoklassniki” sosial şəbəkəsində təhqir olunduqlarını iddia edərək, aksiya keçirən Ərçivan kənd sakinlərindən bəziləri polisə çağırılaraq, saxlanılıb.
Hal-hazırda həbsdə olanlar bunlardır: İslam Partiyası Astara rayon komitəsinin sədri Şükürov Famil Fəttah oğlu, komitənin üzvü Həşimov Teymur İbrahim oğlu, komitənin digər üzvü Səmədov Elmir, Səmədov Elvin,  bir də Taleh adlı biri.  
Həbs edilənlərdən yalnız İlqar adlı şəxs bu gün azad edilib.
Tutulanların hamısı dindardı. Adını dəqiqləşdirə bilmədiyimiz 2 nəfər də yoxa çıxıb. 
Onu da qeyd edək ki, İslam Partiyasının Astara komitəsinin bundan öncəki sədri Ruhullah Axundzadə 2011-ci ilin yanvar ayında şərlənərək 11 il 6 ay azadlıqdan məhrum edilib. Komitənin yeni sədri və üzvlərinin həbs edilməsi onu göstərir ki, hakimiyyət AİP-in Astaradakı fəaliyyətindən çox narahatdır.

Комментариев нет:

Отправить комментарий