Страницы

28.02.2014

Biz qorxaqlar nəsliyikmi, yoxsa cəsur ürəkli?

Qadir Cəfəri

"Eye be siz kişi deyilsiniz" - Xocalı deyincə ağlıma gələn itən kişiliyimizdi Çingiz Mustafayevin qışqırtılarında. Biz öncədən necə? Kişimiydik görən?! Axı Çingiz, tutalım biz kişi deyildik, körpələrə, qadınlara, qoca, qarılara qıyanlar necə? Onlar kişidilərmi? Kişilik dediyimiz nədir? Əli boş silahsız düşmən önündə ölmək kişilikdirmi, yoxsa axmaqlıq? Geri dönüb düşmənə arxa çevirmək ağılı olmaqdırmı, yoxsa qorxaqlıq? Hər şey iç-içədir e bu həyatda. Biz qorxaqlar nəsliyikmi, yoxsa cəsur ürəkli? Düzünə qalsa bəzilərinin fikrinə görə həyatı yaşayıb davam etmək elə cəsarətli olmaqdı. Uzaqdan izləyib amacsızca həyatı yaşayarsaq, heç nəyin, heç bir olayın fərqində olmasaq belə yaxşıdı.
Deyilmi? Nə qədər yaşayacayıq ki? Nə qədər yaşayacaqlar ki başqaları? Nə qədər yaşadı Xocalıdakı körpələr? Ehhhhh bax belədir e, bizim cəsarətli olmağımız gərək hər türlü isbatlansın. Qurani-Kərimin bilmirəm hansı ayəsindəsə "hansı suç səbəbindən ölmüşlər?!" deyə bir söz keçər. Hə, Çingiz, biz kişi olmadıqsa, niyə onlar kişi kimi davranmadılar? Demirəm a kişimiz yox, maşallah bığı burma kişilərimiz var. Heç gör kişisiz ev olar axı, onda qalmışdı kişisiz yurda?! Ama nə etməli, Hz Əli cihad xütbəsində demişkən, buğu burma kişilərimiz "qışda savaş üçün çağırıramsa, soyuqdu deyirsiniz, yayda çağırıramsa istidi". Hələ Qarabağ sağlığına bir tost vuraq prezident alacaq də. uffffff nə baş alıb gedirəm axı, özümdə elə bu millətin biriyəm. Şair elə şeirin yazar, yazıçı da romanın. Savaş əsgərlərin işidi, Çingiz. Bəs onda niyə savaşmayanlarımzı Xocalıda öldürdülər görən?!

Комментариев нет:

Отправить комментарий