Əfrahim Hüseynli
BEŞ ARŞIN BEZDƏN QAÇIRAM?
Gözü yaşsa yerin-göyün,
Demədik dərdə baş əyin.
Təkcə gülüb-sevinməyi
Bacaran üzdən qaçıram.
Dünyanın göz yaşı yoxsa,
Yer üzünün qışı çoxsa...
Gücün çatan daşı yoxsa,
Bir quru sözdən qaçıram.
Nəyim var üsdən oxunur,-
Ay anam-bacım, uzaq dur!
Baxma, qəlbimə toxunur,-
Dərd duyan gözdən qaçıram.
Hanı yamyaşıl biçənək?-
Göz yaşları ləçək-ləçək.
Dedilər, qış da ötəcək...
"Səbr elə", "döz"dən qaşıram.
Nə çoxmuş "cəhrə xala"sı,-
Dünyanın uçdu qalası?..
Az danış, zalım balası!
Yol verin, sizdən qaçıram.
...Vaxt da yoxdu gəlmə, ölüm,
Bəxtə-günə gülmə ölüm!
Məni elə bilmə, ölüm,-
Beş arşın bezdən qaçıram?!
AĞLIMA GƏLMƏZDİ
Sarı yarpaqlartək xatirələr də
Düşür yaddaşımdan...itir birbəbir.
Günəşli gündüzlər uzaqdan uzaq,-
Payızdan o yana yol hara gedir?
Ağlıma gəlməzdi, keçdiyim yollar
Bir göz qırpımında qarlı qış ola.
Gecələr uzana bu yollar kimi,
Günlər saat-saat qəlbidaş ola.
Sən ömrü itirdin biganəlikdə,
Mənsə səhvləri bağışlamaqda.
İndi nə desən də, yerinə düşməz!-
Nə xeyri, soz açma daha bu haqda.
Aylarla, illərlə qalan sirrləri
Dağlara, daşlara pıçıldamışam.
Daha bu yollarda özünü yorma...
İndi mən deyimmi ürəyidaşam?
Nə bildin, kövrəyəm əvvəlki kimi,
Sözümün üstündə dura bilmirəm.-
Qalan ömür-gün də qıfılbənd ola,
Yenə bir ürəyi qıra bilmirəm.
Ömrünə ağ yollar yazılan adam,
İndi dağ aşmağı öyrətdim sənə.
Aylarla, illərlə uzaq olduğun
Dərdi daşımağı öyrətdim sənə?!
SU DURULMIR, İÇİB GEDƏM
Hamı mələk duvağında,
Üzü qaradı ağın da.
Beşi çulun sorağında,
Beşi çulunu qoruyur.
Ha çək dərdini, ahını,-
Torpaq çəkmir tamahını.
Dünya yüz-yüz padşahını,
Yoxsa qulunu qoruyur?
Su durulmur, içib gedəm,-
Duman getmir, keçib gedəm.
Qoymur məni köçüb gedəm,-
Ölüm yolumu qoruyur.
BEŞ ARŞIN BEZDƏN QAÇIRAM?
Gözü yaşsa yerin-göyün,
Demədik dərdə baş əyin.
Təkcə gülüb-sevinməyi
Bacaran üzdən qaçıram.
Dünyanın göz yaşı yoxsa,
Yer üzünün qışı çoxsa...
Gücün çatan daşı yoxsa,
Bir quru sözdən qaçıram.
Nəyim var üsdən oxunur,-
Ay anam-bacım, uzaq dur!
Baxma, qəlbimə toxunur,-
Dərd duyan gözdən qaçıram.
Hanı yamyaşıl biçənək?-
Göz yaşları ləçək-ləçək.
Dedilər, qış da ötəcək...
"Səbr elə", "döz"dən qaşıram.
Nə çoxmuş "cəhrə xala"sı,-
Dünyanın uçdu qalası?..
Az danış, zalım balası!
Yol verin, sizdən qaçıram.
...Vaxt da yoxdu gəlmə, ölüm,
Bəxtə-günə gülmə ölüm!
Məni elə bilmə, ölüm,-
Beş arşın bezdən qaçıram?!
AĞLIMA GƏLMƏZDİ
Sarı yarpaqlartək xatirələr də
Düşür yaddaşımdan...itir birbəbir.
Günəşli gündüzlər uzaqdan uzaq,-
Payızdan o yana yol hara gedir?
Ağlıma gəlməzdi, keçdiyim yollar
Bir göz qırpımında qarlı qış ola.
Gecələr uzana bu yollar kimi,
Günlər saat-saat qəlbidaş ola.
Sən ömrü itirdin biganəlikdə,
Mənsə səhvləri bağışlamaqda.
İndi nə desən də, yerinə düşməz!-
Nə xeyri, soz açma daha bu haqda.
Aylarla, illərlə qalan sirrləri
Dağlara, daşlara pıçıldamışam.
Daha bu yollarda özünü yorma...
İndi mən deyimmi ürəyidaşam?
Nə bildin, kövrəyəm əvvəlki kimi,
Sözümün üstündə dura bilmirəm.-
Qalan ömür-gün də qıfılbənd ola,
Yenə bir ürəyi qıra bilmirəm.
Ömrünə ağ yollar yazılan adam,
İndi dağ aşmağı öyrətdim sənə.
Aylarla, illərlə uzaq olduğun
Dərdi daşımağı öyrətdim sənə?!
SU DURULMIR, İÇİB GEDƏM
Hamı mələk duvağında,
Üzü qaradı ağın da.
Beşi çulun sorağında,
Beşi çulunu qoruyur.
Ha çək dərdini, ahını,-
Torpaq çəkmir tamahını.
Dünya yüz-yüz padşahını,
Yoxsa qulunu qoruyur?
Su durulmur, içib gedəm,-
Duman getmir, keçib gedəm.
Qoymur məni köçüb gedəm,-
Ölüm yolumu qoruyur.
Комментариев нет:
Отправить комментарий