Страницы

28.02.2014

İlqar Türkoğlu - Gəl könlünü alım, gözəl

Mirvari tək düzülübdü,
Yanağında xalın gözəl.
Dilin şəkər, süzülübdü,
Dodağında balın gözəl.

Ağzı badam, dodaq püstə,
Nə çıxmısan yolum üstə?
Tök zülfünü qolum üstə,
Al qoynuna qalım, gözəl.

Əzəl gündən vurulmuşam,
Gözlərində durulmuşam,
Elə bilmə, yorulmuşam.
Gəl könlünü alım, gözəl.


Alma-heyva, nar incimə,
Küsüb məndən, yar incimə,
Sevinc qatıb sevincimə,
Nə xoş keçir halın gözəl!

Комментариев нет:

Отправить комментарий