Страницы

10.02.2014

Kamran Təhməzov - Mırta

Keyfiylə çıxart hər günü, hər bir anı mırta,
Beş günlük həyatdır, yaşa bu dövranı mırta.

Eldən gələn hər dərdi-bəla toydu, düyündü,
Yəqin ki, deyiblər belə bir dastanı mırta.

Rüşvət bizə düşman, ona düşman deyilik biz,
Biz dosta bərabər sayarıq düşmanı mırta.

Artıq deputat seçkisi vaxtı, deputatlar
Tez millətə vercək quru vəd, fərmanı mırta.

Yaltaqlıq edən saldı bu yaltaqlığı dəbdən,
Yüksəklik üçün hətta tökürlər qanı mırta.


Aslan edə bilmir meşəni artıq idarə,
Çün tülkü də bir yolla tutub aslanı mırta.

İstərsən əgər çox belə var-dövlətin olsun,
Əvvəlcə gedib eylə abort vicdanı mırta.

İnsan yaradır saxta fason pul, işə bax ki,
Çox pul yaradır saxta fason insanı mırta.

Bir vəqti ki, kuyində gəzən dostların indi
Artıq unudubdur səni, Kamran, tanımır ta.

Комментариев нет:

Отправить комментарий