Страницы

28.02.2014

Keçmişə dəyər verməyə dəyər!

Qasımbala Səfərov

"Mən bu şeirlə isbat edirəm ki, mən məhəbbətli bir insanam. Lakin bu şeir sadəcə sevgidəndir" 

Bir dəfə Facebook sosial şəbəkəsində bir cızma-qara paylaşdım. Şeir demək olmasa da şeir kimi idi. Öncələrdə paylaşdığım şeirləri bəyənən və şərhlərində ağızdolusu təriflər yağdıran əziz şair dostum şərhdə yazdı ki, bəs bu nə şeirdir, inanmıram bu şeiri sən yazmısan. Ya da ki, zarafatyana yazmısan.
Mən isə o şeiri bilərəkdən yazmışdım. Şair dostu bu cızma-qaranı bəyənməməyə isə bu cızma-qaranın vəznsiz, bəhrsiz olması, heç hecalarının belə uyğun gəlməməsi olmuşdu.

Mən isə cavab olaraq yazdım ki, bu gün bir şair güclü şairə çevrilibsə, bu cür şeirləri bəyənməməzlik etməməlidir. Çünki o, bu cür şeirlər yaza-yaza püxtələşib və şeiriyyatda təcrübə toplayıb. Amma, deyəsən o şair bu dediyimlə razılaşdı.
Bunu niyə xatırladım? Çünki elə indicə (təxminən 00:20) radələrində demək olar ki, 9 ildir şeirlərimi qutusunda daşıyan kompyuterimin üstündən ağ örtüyü götürüb onu işə saldım. Gözüm kitab rəfindəki köhnə bir dəftərçəyə sataşdı. O dəftərçənin altında da bir neçə dəftər var idi. Toplu halında onları götürəndə birinin elə ilk səhifəsində altına tarix və saat atdığım (adətən yazıb altında tarix və saat qoyuram, indi isə imza da atıram) 13.11.04 tarixində və gecə 01:30-da yazdığım bir şeirə rastladım. Şeirin əvvəlində yazmışam: "Mən bu şeirlə isbat edirəm ki, mən məhəbbətli bir insanam. Lakin bu şeir sadəcə sevgidəndir." 
Düzünü desəm 10 il bundan öncə qələmə alınan şeirin pis olacağını güman edirdim. (Düzünü desəm indi də düz-əməlli bir şey yaza bilmirəm) Amma gördüm yox, nəsə varmış sən demə qabımda. İndi o şeiri olduğu kimi, nöqtə-vergülünü də dəyişmədən, əl gəzdirmədən yazıram. Ustad şairlərin gözünə sataşsa fikir bildirərlər. 

Gözəllərin vəfası yox deyirlər,
Mən bu sözə inanmışam neyniyim.

Nə diyirəmsə hər sözümdən inciyir.
Ama, bilirəm o da məni istiyir
Nə hə deyir mənə, nə də yox diyir
Gözləməkdən usanmışam neyniyim
Gözəllərin vəfası yox deyirlər,
Mən bu sözə inanmışam neyniyim.

Məndən tez inciyib küsməsin deyə
Onun üçün razıyam hər bir şeyə
Hər səhər gedirəm onu görməyə
Məhlələrnə dadanmışam neyniyim
Gözəllərin vəfası yox deyirlər,
Mən bu sözə inanmışam neyniyim.

Onun dərdindən dəli-divanəyəm
Mən ki, bu məhəbbətə biganəyəm
O, şəmdi mən də dəli-divanəyəm
Onun eşqində yanmışam neyniyim
Gözəllərin vəfası yox deyirlər,
Mən bu sözə inanmışam neyniyim.

Hər bir sözüm onun xətrinə dəyir
Hər an mənə, məni sevmirsən deyir
Sən demə, heç özü məni sevməyir
Mənsə indi oyanmışam neyniyim
Gözəllərin vəfası yox deyirlər,
Mən bu sözə inanmışam neyniyim.

Zəng eləyib, 4-də görüşə gəl dedi
Gəlib məni bir xeyli vaxt gözlədi
Sonra yenə zəng eləyib pislədi
Nə var görüşə yubanmışam neyniyim
Gözəllərin vəfası yox deyirlər,
Mən bu sözə inanmışam neyniyim.

Avara eyliyib məni sadəcə
Bu barədə fikirləşirəm hər gecə
Amma onun xəbəri yoxdu ki, necə
Onun başna dolanmışam neyniyim
Gözəllərin vəfası yox deyirlər,
Mən bu sözə inanmışam neyniyim.

Onun üçün ömrümü çürütmüşəm
Artıq onu nə vaxtdır unutmuşam
Gör bir mən qədər pis iş tutmuşam
Sora bu işdən utanmışam neyniyim
Gözəllərin vəfası yox deyirlər,
Mən bu sözə inanmışam neyniyim.

Gözəllərin vəfası yox deyirlər,
Mən bu sözə inanmışam neyniyim.

Bəli, bu gün kimlərsə bu kimi cızma-qaraları bəyənməyib güüb keçə bilərlər. Amma, unutmamalıyıq ki, bu cür şeirlər yazmaqla bu gün insanlar püxtələşir və sənətdə yetişirlər. Yəni necə deyərlər keçmişə dəyər verməyə dəyər!

Комментариев нет:

Отправить комментарий