Страницы

20.02.2014

Ələddin Əzimov - Bir gün itəcəksən

Sirli kainat

Başımın üstündə 
Işigi sönən 
Ulduz kimisən. 
Deyirlər hələ neçə illər
Nurun gələcək.
Yanıb-sönəcəksən
Sən çiçək-çiçək.
Gah bulud tutacaq
Parlaq üzünü.
Gah sənin istini 
Mən duyacağam.

Qəribə olsa da,
Yolunun üstündə
Bitən ağacam.
Sənin hənirini
Ruhuma hopduran
Odam, ocağam.
Bir gün itəcəksən
Gözüm önündən.
Mən səni
Arıyıb-axtaracağam.
Kim bilir, bəlkə də
Ömrüm bitəcək.
Sən mənim əllərimdən tutub
Qaranlıq səmaya,
Sonsuz göylərə,
Aparacaqsan...
Bu sirri fəhm etmək,
Anlamaq çətin.
Çünki sən də, mən də
Zərrəsiyik əbədiyyətin.
Açılmaz sirriyik bu kainatın.

Yalvarış

Kaş o vaxtki kimi
20-25 yaşım olaydı.
Nə gözəl deyilib
Elm əsərində:
Bir əlim, bir başım olaydi.
Moskvaya uçmaq üçün
Cibimdə biletim,
Yanımda bir həyanım,
Bir yoldaşım oleydi.
...Gənclik illərini yada salaydim.
Moskva çayının sahillərində
Xəyala dalaydim.
Doyana qədər.
Bizim “Tarqovunu” mənə andıran
“Starıy Arbatda” yorulunca qəzeydim...
İndi altmışı
Haxlıyıb yaşım.
Xatirələr içindəyəm,
Yaralı ürəkdi
Yalnız yoldaşım.
Bilirəm
O illər
Bir daha geriyə dönməz.
Ancaq 
Kiçik bir ümidim var..
İlahi, 
Gəl eşit bəndəni,
Yetiş dadıma.
Ötüb keçəni
Tez-tez salma yadıma.
Yalvarıram,
İncitmə məni.

Комментариев нет:

Отправить комментарий