Saqi, insaf elə, ver badəni batdım getdim,
Tərpədə ta məni cingiltisi, yatdım getdim.
Məni aludə edibdir bu xəta girdabı,
Saf gəlib aləmə, səd heyf ki, batdım getdim.
Demə meyxanəyə getmə, gedəcək imanım,
Mən gedəndə ora imanımı atdım getdim.
Qaşların vəsfinə ey xosrovi-xuban, sözdən
Taqi-Kəsra kimi bir möcüzə çatdım getdim.
Gəlməz idim bu fəna mülkünə, gəldim zahid,
Kimisə bəlkə cəhalətdən oyatdım getdim.
Keçmişəm çox belə aləmləri, bir gün bunu da,
Bir də gördüz ki, dəyər-dəyməzə satdım getdim.
Mahir, ölsəm də qəmim yox, dolanıb boş-boşuna.
Sürmədim ömrü hədər, nəysə yaratdım getdim.

Комментариев нет:
Отправить комментарий