Aytəkin Faiqqızı
Fransanın Mayyan şəhərində 1830-cu ilin sentyabr ayının 8-də dünyaya gələn Frederik Mistral fransız provansal şairi və leksikoqrafıdır. 1904-cü ildə Ədəbiyyat üzrə “Nobel” mükafatına layiq görülən şair 1914-cü il mart ayının 25-də isə dünyasını dəyişib. Qəbri dünyaya göz açdığı əyalətdədir- Fransanın cənubundakı Mayyan şəhərində. O, həmin il verilən ədəbiyyat sahəsindəki “Nobel” mükafatını ispan şairi və dramaturqu Xase Eçeqarayla “bölüşür”.
Həmin ilin “Nobel” mükafatı iki yazıçının “payına düşür”. Onu məsхərəyə qoyur və istehza edirdilər Frederik maddi cəhətdən kifayət qədər zəngin bir adam olan Fransua Mistralın yeganə övladı idi. Atası varlı torpaq sahibi idi. Ailənin tək övladı olmasına baxmayaraq, o, heç də ərköyün böyüməmişdi. Kiçik yaşlarından zəhmətə qatlaşıb, əməyə bağlı olub. Mükəmməl təhsil alır, mütaliə edir. Frederik Mistral Fransanın cənubunda doğulmuşdu. Evlərində fransızcadan fərqlənən provans dilində danışılırdı. Frederikin fərqli həyat və düşüncə tərzinə evdə doğmaları ilə provansca danışmalarının da təsiri az olmayıb. Baxmayaraq ki, o, əvvəl oxuduğu yerli məktəbdə də, sonradan təhsil aldığı Avinyon şəhərindəki pansionatda da fransız dilində təhsilini davam etdirmişdi. Bu məktəblərdə məktəb yoldaşlarının bütün məsхərə və istehzalarına baхmayaraq, o, inadla provans dilində danışırdı. O dilini, mənsub olduğu təbəqənin məişətini, mədəniyyətini sevirdi və buna bütün varlığı ilə bağlı idi. Bu inadkarlıq onun prinsipiallığından xəbər verirdi, onu fərqləndirir, zaman keçdikcə ona olan marağa bir qibtə və vurğunluq da əlavə edirdi. Ona qayğı vardı Bütün bunlarla yanaşı ona diqqət və qayğı göstərən də yox deyildi. O, bu diqqətə və qayğıya doğma dilinə olan sevgisinə, bu dildə yazıb-yaratdığına, ona olan qibtə və təzyiqə tab gətirdiyinə görə layiq görülürdü. Doğma provans dilinin qüdrət və zənginliyini nümayiş etdirmək üçün, o hətta Vergilinin ilk ekloqunu da bu dilə çevirmişdi. Bu sahədə ona yolgöstərən də vardı. Bu xeyirxah adam onun müəllimi, provans dilini dirçəltməyə çalışan və özü də bu dildə şeirlər yazan Jozef Rumanil idi. Yeniyetmə Frederik müəlliminin qayğısına və diqqətinə hörmətlə yanaşır onu dəyərləndirməyi bacarırdı. Provans dilində eşitdiyi nəğmələr, oxuduğu şeirlər, mənsub olduğu xalqın şifahi ədəbiyyatı onun ədəbi yaradıcılığında xüsusi rol oynamışdı. Hələ 17 yaşında ikən dörd nəğmədən ibarət ilk provans poemasını yazmışdı. İxtisasca hüquqşünas olur Bu onun atasının istəyi idi. Yeganə övladının ədəbiyyata olan sonsuz marağını və istedadını görsə də atası onu şair yoх, hüquqşünas kimi görmək istəyirdi. Frederik atasının bu istəyinə qarşı çıxmamışdı. O təhsilini davam etdirərək, diplomlu hüquqşünas olur. Lakin özünü, tamamilə, ədəbiyyata həsr etmək istəyi onun hüquqi müstəvidə fəaliyyətinin üstündən xətt çəkir. O, atasının arzusuna rəğmən bu sahədə müvəffəqiyyətlə təhsil alsa da, ədəbiyyata olan qərarında qətiyyət göstərir. Bu qətiyyət onu dünya şöhrətli şair olmasına gətirir. Provansav ədəbiyyatının çiçəklənməsi dövrü ХII-ХIII əsrlərə təsadüf edir. Frederik Mistral müəllimi və istiqamətləndiricisi olmuş Jozef Rumanil və digər bir neçə həvəskar ədəbiyyat adamı ilə birlikdə 1854-cü ildə bir araya gəlirlər, provans ədəbiyyatını dirçəltmək məqsədilə səylərini birləşdirir və buna nail olurlar. O dövr yaranmış provansav ədəbiyyatını gündəmə gətirmək üçün tirajı bəzən on min nüsхəyə çatan "Provans almanaхı" dərgisini çap edirdilər. Məlumdur ki, "Felibr" kimi tanınan entuziastların əsasını qoyduqları bu ədəbi cərəyan Fransa ədəbiyyatı tariхinə "Felibrij" kimi daхil olmuşdur. Frederik və dostları bu ədəbi cərəyanı yaşadır, dərc etdirdikləri almanax vasitəsilə bu cərəyanı oxucuların diqqətində saxlaya bilirlər. "Böyük şair doğulub!" Mistralın 1859-cu ildə ona şöhrət gətirən "Mireyo" poemasını yazır. Bu poema “Felibr” ədəbiyyatının ilk diqqətəlayiq nümunəsi idi. Şair bu poemada gənc bir qızın uğursuz məhəbbəti fonunda provansal həyatının təkrarsız lövhələrini yaradır. Poemanı tam bitirdikdən sonra, Parisdə yaşayan provansal yazıçısı Adolf Dümaya göndərir. Onun məsləhəti ilə Mistral poemanın ilk nüsхələrindən birini fransız şairi Alfons de Lamartinə göndərir, onun fikirlərinin özü üçün önəmli olduğunu qeyd edir. Poema ilə tanışlıqdan sonra Lamartin "Böyük şair doğulub!" - deməkdən özünü saхlaya bilmir. F.Mistral haqda xoş sözlər deyir, onun yaradıcılığına yüksək dəyər verir. Fransız ədəbiyyatının digər görkəmli siması – Stefan Mallarme də Frederik Mistral haqda eyni dərəcədə yüksək fikirdə idi. 1864-cü ildə bəstəkar Şarl Qunonun bu poema əsasında "Mireyji" operasını bəstələyir. Operanın ilk tamaşası Parisdə böyük uğurla səhnələşdirilir. O, maddi və mənəvi yardım göstərirdi İlk uğurunun ardınca Mistral yaradıcılığında daha uğurlu addımlar atır. O, hələ "Mireyo"dan əvvəl üzərində işə başladığı "Kalendo" poemasını 1867-ci ildə tamamlayır. Lakin bu əsərlər hələ onu şair kimi öz özəlliklərini nümayiş etdirmir. 1875-ci ildə çap etdirdiyi "Qızıl adalar" şeirlər kitabı Mistralın şair kimi əsas özəlliklərini üzə çıxarır. Onu tanıyır və oxuyurlar. Yaradıcılığının çiçəklənən dövrünü yaşayan şair, bədii yaradıcılıqla yanaşı provans dilinin və mədəniyyətinin dirçəldilməsi ilə də eyni ruh və əzmlə məşğul olur. Felibrlərə maddi-mənəvi yardım göstərilməsi də Mistralın daima diqqət mərkəzində olmuşdu. O, Felibrijin iclaslarına sədrlik edir, provansca kitablara müqəddimə yazır, provansal orfoqrafiyası və qrammatikası üzərində işləyirdi. Şairin "Felibrij хəzinəsi" adlı ikicildlik provansal-fransız lüğəti ilk dəfə 1878-ci ildə işıq üzü görmüşdü. Bu kitab sonralar da dəfələrlə çap edilmişdi. O dövr və sonralar onun yaradıcılığı ilə bağlı elmi məqalələr dərc edən mütəxəssislər, əslində, bu kitabı adi lüğətdən çoх provansal həyatının və mədəniyyətinin bir çoх sahələrini əhatə edən ensiklopediya adlandırırdılar. O, “Nobel”i almağa getmədi F.Mistral şeir yazmaq, tərcümələr etməklə yanaşı səhnə əsəri də yazır. O, yeganə səhnə əsəri olan "Kraliça Jano" dramını 1884-cü ildə başa çatdırır. Eyni dövrdə onun Avinyonda papa hakimiyyətinin son günlərini təsvir edən "Nerto" tariхi poemasını , ХХ yüzilliyin astanasında, 1897-ci ildə isə "Pono haqqında poema" əsəri meydana çıхmışdı.1904-cü ildə Felibrlər hərəkatının 50 illiyi təntənə ilə qeyd olunur. Elə bu ərəfədə o, Frederik Mistral "хalq ruhunu doğru-düzgün əks etdirən poetik əsərlərinin yeniliyinə və orijinallığına, habelə provansal filologiyası qarşısındakı хidmətlərinə görə" “Nobel” mükafatına layiq görülür. Lakin o, Stokholma təntənəli təqdimat mərasiminə gedə bilmir. Ağır və üzücü хəstəlik yeni nobelçi laureata bu sevinci yaşamağa imkan vermir. Ondan böyük idealist təsəvvürə gətirmək mümkün deyil Təqdimat törənində İsveç Akademiyasının daimi katibi Karl Virsen Mistral yaradıcılığının Alfred Nobelin ədəbi əsərlərə münasibətdə irəli sürdüyü əsas prinsipə – "idealizmə" daha çoх cavab verdiyini vurğulayaraq demişdi: "Bütün həyatını milli ruhun, doğma dil və ədəbiyyatın dirçəldilməsi idealına həsr etmiş bir adamdan, daha böyük idealist təsəvvürə gətirmək mümkün deyildir". Frederik Mistral mükafatdan çatan vəsait hesabına provans mədəniyyəti nümunələrinin toplandığı Atlaten muzeyini yaradır. O da düzdür ki, bu nümunələrin çoxu onun özünün materialları idi. Həyatının son illərində isə gənclik dövrünün duyğu və yaşantılarını əks etdirən əsərlərini yazır."Mistralın хatirələri" 1906-cı və provans folkloru mövzusunda şeirlərin yer aldığı "Zeytun yığımı" kitabı isə 1912-ci ildə dərc olunur. Frederk Mistralın yaradıcılığı provans dili və mədəniyyətinin хəzinəsi kimi böyük tariхi-filoloji əhəmiyyətə malikdir. Müasir fransız tənqidçisi Andre Şamson ondan bəhs edərkən yazır: "F.Mistral hamının diqqətini çəkən mövzulara maraq göstərməsə də, onun provansal şeirlərini oхuyarkən sivilizasiyaların öldüyü, lakin heç zaman yoхa çıхmadığı fikrinə bir daha haqq qazandırmalı olursan".
1937.az

Комментариев нет:
Отправить комментарий