Страницы

26.02.2014

Omid Nəccari - Gəlsən yuxuma əyər

Kimsəni sevə bilmirəm quşlarsız
Buraxın
Buraxın məni
Qanadlar qollarımı uçurdun
Sona çatacaqdır göylərimin
Bu göynəyən gözlərimiz
Yaşla dolacaqdır sənsiz quşlar
Uçun, uzun uzun
Uca uca
Daraşlıqdır qoca dünya
Açılan butun qanadlara
Dərin ürək gərəkdir quşlar
Kimsəni sevə bilmirəm quşlarsız
Bəlkə məni yer danıbdır
Qalıbdır gözlərim göylərə
Taxılıb zəncirlərim yerə
Sevgilim!
Gəlsən yuxuma əyər
Nə olar
Nə olar, Məni bir quş kimi sev!


***
Denə
Xıyavanlardan, Tozlu xatirələri yusun yağış
Süpürgəçi süpürsün
Qoca izləri , Xəzəl xəzəl
Denə
Saymasın boş sıqar paketlərin
Qalası deyil
Gedəsiyə əyri əyri baxmasın
Denə
Işıqların duasına
Qaranlığın otağında, divarlara
Uşaqlığın şəkillərin vurmasın
Qovmasın, saatlərin nömrələri
Gec qalanı
Gecələr danlamasın, vicdanları
Denə
Son baharın güllərinə
Gülə gülə getsinlər
Duraqda gözləməsin
Utubuslar yocuları
Toxunmasın buludlara
Hay salmasın bir daha
Denə o uçan uçaqlara
Denə o qoca qarğaya
Qızıl sevən gəncliyinə
Ağlamasın yuvasına
Yazıxlarki
Qatar qatar, payıza gedən quşlar
Dönməyəcək baharlara
Axşamlara baş sağlığı
Olsun
Ulduzların sağolsun
Denə Ana
Qəriblərə sən denə

Комментариев нет:

Отправить комментарий