"Dələduzluq edən məcburi köçkünlər məsuliyyətə cəlb olunmalıdırlar. Məcburi köçkün o demək deyil ki, istədiyi hərəkəti edə bilsin." Bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Komitə sədri dələduzluq faktı ilə bağlı bildirib ki, o, mətbuat vasitəsilə məcburi köçkünlərə xəbərdarlıq edib: "Bu günlərdə Gəncədə bir məcburi köçkün mənzil əldə etmək üçün binanın damına çıxıb intihara cəhd etmək istəyib. Mənzil əldə etmək üçün özünü yandırmaq kimi istifadə meyilləri ortaya çıxıb. Mən bir daha xəbərdarlıq etdim ki, bu yolla mənzil almaq mümkün deyil. Qeyri-qanuni yolla insanları yataxnalara yerləşdirirlər ki, bunlar mənzil alsın. Ancaq biz bu cür ədalətsizlikə yol verə bilmərik. Bizdə siyahılar var. Biz bilirik ki orda 20 il yaşayanlar kimdir.
Məsələn, kəlbəcərli köçkün işğaldan bir neçə il əvvəl Azərbaycanın digər bölgəsindən gəlib yaşayır. Bir il bundan qabaq Kəlbəcər rayon İcra Hakimiyyətinin bəzi işçiləri qanunsuz yolla bunu qeydiyyata salırlar ki bu şəxs ev alsın. Biz bu qanunsuzluğa yol verə bilmərik."
Ə.Həsənov qeyd edib ki, köçkünlərlə görüşündə qəbuluna gələn bir qadın bildirib ki, 44 nəfər məcburi köçkündən dələduzlar 370 min manat pul alıblar:
"Bunların hamısıda Ağdamdan olan məcburi köçkünlərdir. Bəlli olanda ki, bu iş dələduzluqdur, həmin şəxs pulun 170 min manatı qaytarıb. Qalan pulu ödəyə bilmədiyindən Türkiyəyə qaçıb". /azvision.az/

Комментариев нет:
Отправить комментарий