Страницы

24.02.2014

Qafar Şövqi - Kişilər sevəndə yaman sevərmiş

Qaçırtmaq istərəm səni aradan.
Haçan əsəbləşib həddi aşıram.
Rəsmini çəkməyə səni Yaradan,
Nazını çəkməyə mən yaraşıram.

Qəlbinin küncünə qısılmağımçun
O gün maniyələr imkan verəcək.
Mənim ölməyimçün, asılmağımçun,
"Aşiqlər soveti" fərman verəcək.

Bir cümlə eşitdim, gör nə gözəldi.
Səbirlə sevənlər kamına ərmiş.
Xoşuma gəlməyən, başıma gəldi.
Kişilər sevəndə yaman sevərmiş.

Комментариев нет:

Отправить комментарий