Страницы

25.02.2014

Qasımbala Səfərov - Xocalı

Bu söz artıq bağça uşaqlarına da tanışdır. Xocalının işğalı universitet bitirmiş və özünə iş axtaran bir insandan da yaşca böyükdür. 22 il az müddət deyil. Necə deyərlər bir igidin ömrüdür. Mən həmişə bu məsəli çəkəndə Şah İsmayı Xətaini misal çəkirəm. Çünki o, 15 yaşında ikən taxta çıxıb. Əlbəttə, ondan da tez taxta çıxanlar tarix boyu olub. Amma Xocalı haqqında danışdıqda və bu məsəli çəkdikdə elə misal gətiriləcək ən etibarlı insan Şah İsmayıl Xətaidir. Amma təəssüf ki, Azərbaycanda hal-hazırda belə bir insan yoxdur və Şah İsmayıl kimi bir şəxsə ehtiyacımız var. Soruşula bilər Xocalının Şah İsmayıla nə dəxli? 

Doğrudur, hamı gözəl bilir ki, rus qoşunlarının himayədarlığı ilə Azərbaycan iyirmi faiz torpaqlarını itirib və iyirmi Yanvar hadisəsi də məhz rusların ucbatından olub. Ermənilərə qalsa, onlar bizə bata bilməzlər və bu gün də arada rus olmasa biz torpaqlarımızı almağa qadirik. Amma mənəviyyəti bilərəkdən öldürməmək şərtiylə.
Bu gün bir ençə dəqiqəlik həmsöhət olduğum yaşlı bir qadın televizorda Xocalıya aid hazırlanmış sujetlərə baxdıqdan sonra dedi ki, bizim nəinki kişilərimiz, hətta qadınlarımız da bacarıb ermənidən torpaqları ala bilər. Doğru deyirdi, heç Şah İsmayıla ehtiyac yoxdur. 
Əlbəttə, o yaşlı qadın bunu deməklə onu çatdırma isəyirdi ki, biz ermənilərdən qat-aqt güclüyük.
Lakin, təəssüflər olsun ki, xaricilər belə görmür və ümumiyyətlə güc, güclü olmaq meydanda bilinir. Bu gücü göstərmək lazımdır.
Biz isə var qüvvəmizi  potensial gücün mənbəyi olan mənəviyyəti - yaltaqlıqla, şou-bizneslə, rüşvətlə, çılpaqlıqla, hicaba qadağa qoymaqla öldürürük.
Bütün il boyu efirdə çal-oynasındır. Fərz edin ki, il boyu 525599 dəqiqə vur-çatlasın, çal oynasındır, Xocalı soyqırımını ört-basdır edəcək verilişlərdir, bir dəqiqə isə Xocalı qurbanları sükutla anırıq.
Düzdür, Xocalı soyqırımı yaxınlaşdıqca, hətta xarici ölkələrdəki diasporalar, səfirliklər, təşkilatlar da sərgilər, videolar, məclislər təşkil edir. Amma siyasət dünyasında heç kim Xocalını ermənidən alıb bizə verəsi deyil. Gərək özümüz çalışıb-vuruşaq.
Bunun üçün xalqa şəhadət məkəbi  təbliğ edilməli və aşılanmalıdır. ŞƏhadət məktəbi düzgün dərk edilsə, geninə-boluna danışdıqları gücl ordu, güclü texnikamız olmasa belə, şəhid verməklə torpaqları qaytara, intiqam ala bilərik. Bizlər isə şəhadət məktəbi əvəzinə şou biznes məktəbi təbliğ edirik.
Bu gün ATV kanalında (günortadan sonra) ATVxəbər proqramında (xəbərlər informasiya) əvvəlinci xəbər Xocalı soyqırımı ilə bağlı oldu, sonuncu xəbər isə ikinci (su) çərşənbəsi ilə bağlı. Efirə yallı oynamaları, nağara çalıntısının sujetləri musiqisin getdi. Xəbərlər proqramından sonra dərhal sonra isə bir müğənninin klipi haqda bir veriliş efirə getdi və klipi canlı göstərdilər. Əlbəttə ki, kanalı dəyişdim, özü də ikrah və nifrət hissi ilə.
Bəs gülüb-oynamaq bu xalqın harasına yaraşır?
Xocalı günü efirə (bəlkə bir gündə əlli dəfə) "Fəryad" filmini verirlər. Doğrudur, çox gözəl sənət əsəridir bu film. Mən özüm həmin günü o kanalda qurtarır, bu biri kanalda çevirib bu kinoya baxıram. Amma, hər dəfə bu filmə baxdıqca sanki ermənilərin indi də güclü olması insanlarımıza, gənc nəsilə aşılanır. Hansı ki, onlar o zaman da güclü olmayıb, indi də.
O filmi çəkənlər bilməzdilər ki, bu işğal bu qədər uzanar. İndi isə torpaqları azad edib, Xocalını soyqırım kimi dünyada tanıtdırıb, qisas almaq zamanıdır. Və bundan sonra buna dair filmlər çəkib dünyaya göstərmək lazımdır. Bizsə şou-biznes yolunu tutmuşuq. Belə getsə Xocalı işğalının hələ çox doğum gününü qeyd edəcəyik. Qəm-qüssə doğduğu günü.

Комментариев нет:

Отправить комментарий