Страницы

19.02.2014

Rus miqrant qadının Norveç haqda tükürpədici müsahibəsi

İrina Berqset: “Norveçdə pedofiliya cinayət yox, adət sayılır”

İrina Berqset adlı rusiyalı qadın Norveçdə özünün və övladlarının başına gələn dəhşətli olaylar barədə Rusiyanın zavtra.ru internet qəzetinə geniş müsahibə verib. Həmin müsahibə hazırda çox diqqətlə izlənir.

-İrina, Norveçə necə getdiyiniz barədə danışın,  bu ölkə sizə necə təəssürat  bağışladı?
- 2005-ci ildə mən Moskvada Norveç vətəndaşıyla ailə qurdum. Onda mənim oğlumun 7 yaşı vardı. Biz Norveçə, Aurskoq-Hekland kommunasının Aurskoq kəndinə köçdük.
Onda hələ bilmirdim ki, cəmi yarım əsr öncə Norveç mədəniyyəti Mərkəzi Afrika ölkələri ilə səviyyəsində imiş. 1905-ci ildə Norveç artıq nə Danimarkadan, nə də İsveçdən asılı idi. Bu ölkə necə vardısa, eləcə də təhkimçilərin dövləti olaraq qalırdı, üstəlik əhali ölkənin ağasını heç vaxt görmürdü. Yalnız töycü verirdi. Mədəniyyət gəlişimi yox idi, sakinlər isə əsarətçilərin dilində- danimarka, isveç dilində danışırdılar. Sonradan bu dilləri qarışdırıb bukmol deyilən qondarma dil düzəltdilər. Halbuki indi də hər bir ailə öz dialektində danışır. Norveçdə indiyə qədər dövlətin dil standartı yoxdur. Demək olar ki, bu ölkə yalnız indi formalaşır. Norveç cəmiyyəti sürətlə mənəvi tənəzzülə uğrayır, Amerika qanun və qaydalarını sürətlə köçürür. 50 il əvvəl dənizdə neft tapılıb. Aydındır ki, elm və mədəniyyəti olmayan ölkədə neft hasilatı üçün texnologiyalar yox idi, xarici elmi-texnoloji avadanlıqların köməyindən yararlanırdı. Mən bunları sonra bildim. Rusiyanı tərk edəndə isə təkcə onu bilirdim ki, dünyanın ən yüksək həyat səviyyəsi Norveçdədi. Baxmayaraq ki, mən MDU-nun jurnalistika fakültəsini bitirmişəm və filologiya elmləri namizədiyəm- Norveç mənim təhsilimi tanımadı. Mənə bizim kommunanın qonşuluğundakı kənd məktəbində  guya Danimarkanın yeni, gəlişmiş tədrisi üzrə “Riddersand” (“Cəngavərlər məktəbi”) adlanan yerdə müəllim işləmək təklif olundu. Bizim Rusiya sistemi ilə müqayisədə Norveçin məktəb proqramı, əslində əqli cəhətdən zəiflər üçündür. 1-dən 7-ci sinfə kimi orada orta məktəb sayılır. Dövlət proqramına görə 13 yaşa qədər uşaqlar əlifbanı, mağazalardakı qiymətləri oxumaq üçün öyrənməlidirlər. Sinifdə ucadan oxumaq olmaz, bu, ayıb sayılır. Xüsusi müəllim uşağı dəhlizə çıxarır, yalnız orada, şagirdi  biabır etməmək üçün onun necə oxuduğunu dinləyir. Müəllimin uşaqlarla gündə riyaziyyatdan yalnız iki misal tapşırmaq hüququ var, əgər uşaqlar başa düşməsələr, onda üç gündən sonra onlara izah etməyə bir daha cəhd etməlidir. Həftəlik ev tapşırığı ingiliscə beş söz öyrənməkdi, uşağı artıq yükləmək olmaz. Norveç məktəbi təhsilin tam tənəzzülü deməkdir. Ədəbiyyat keçilmir, tarix, fizika, kimya yoxdur, təbiətşünaslıq yoxdu. Ümumi icmal adlanan fənn var. Uşaqlar ətraf aləmi ümumi şəkildə öyrənirlər. Bilirlər ki, İkinci dünya savaşı olub. Qalan bütün xırdalıqlar uşağın psixikasına zorakılıq sayılır. Dünyanın ən zəngin ölkəsi bağçada uşaqlara yemək vermir. Daha doğrusu, “tomat şorbası” adlı paket həftədə bir dəfə yemək adıyla verilir. Həm dövlət, həm də özəl uşaq bağçalarında yalnız həftədə bir dəfə yemək verilir!
Böyük oğlum Rusiyada adi məktəbdə oxuyub. Ona görə də o, Norveçdə vunderkind sayılırdı. 7-ci sinfə kimi heç nə öyrətmirlər, orada öyrətmək vacib hesab olunmur. Məktəblərdə elanlar asılıb: “Əgər valideynlər səni dərs oxumağa məcbur edirlərsə zəng vur. Biz bu cür valideyndən azad olmağın üçün sənə kömək edəcəyik”. Piano oğlumun zehnini qorumaq üçün yeganə vasitə idi. Ona  deyirdim: “Haradasa ananın tələbkar olduğu haqda cınqırını çıxarsan, bax işinə!”.
Norveçin səhiyyə sistemi də dəhşətdi! Biz Saşanın xalını kəsdirmək istəyirdik, sonucda xalı 5 santimetrlik çapıq əvəz elədi. Cərrah Oslodan idi, 20 illik stajı olan biri, biz onun yanına düşmək üçün yeddi ay növbə gözlədik. Həmin cərrahsa kənd baytarı kimi davrandı. Norveçdə həkim yoxdur. Həkimlik üçün uzun illər universitetdə oxumaq lazımdır. Ona görə də birtəhər Qərbi Avropadan doktorlar gətirirlər. Bəxtimiz gətirdi ki, əməliyyatı Byorklanqendəki sahə həkimi etmədi. Şərqi Almaniyadan olan bu qadın bizə dedi: "Bilirsiniz, mən heç vaxt bunu etməmişəm. Mən Almaniyada sığorta şirkətində işləyirdim. Orada belə idi: Əgər kimsə ayağını sındırıbsa, onda mən gəlirdim və deyirdim: Bəli, bu, ayaq sınıb. Vəssalam". Sonra isə o, birdən əlavə elədi: "Narahat olmayın, mən hər şey edəcəm". Sonra tibb kitabçasını açıb oxudu: “Belə, burada yazılıb: pambıq götürüb spirtə batırın və həmin yerə sürtün”. Mən dəhşətə gəldim və uşağı götürüb ordan uzaqlaşdım.

-Bütün “yerli koloritlər” müəyyən problemlər yarada bilər, amma hansısa məqamda sizin Norveçdəki həyatınız sadəcə dözülməz oldu. Niyə?
-Norveçdə olduğum altı ildən sonra mənə bədbəxtlik üz verdi. Onların “Barnevarn” sistemi haqqında heç nə bilmirdim. Öz qayğılarımla yaşayırdım: iş, ev, ailə. Köçdüyüm ölkənin dövlət quruluşu haqda elə də düşünmürdüm. Eşidirdim ki, kiminsə uşağını əlindən alıblar, ancaq mən normal ana idim axı. İkinci oğlum doğulandan üç il sonra həyat yoldaşımdan ayrıldım. Bu, mədəniyyətlərin ayrıntısı idi. İndi mənə deyirlər: “Orada hər bir kənd evində unitaz, duş kabinəsi var”. Hə, var, ancaq buna baxmayaraq norveçlilər təbii ehtiyaclarını ödəmək üçün həmişə evin arxasına gedirlər.
Üç il uşaqlarımla yaşadım. Bankdan kredit götürüb mənzil aldım, normal həyat qurdum, sosial durumumu yoluna qoydum. İşləyirdim, uşaqlarıma kifayət qədər vaxt ayırırdım. Uşaqlar yalnız mənimlə idi. Birinci nikahdan olan oğlumu incitdiyi üçün mən atasının onunla görüşməsinə icazə vermirdim. Amma qanuna görə o balaca ilə görüşə bilərdi. Görüşsələr də, uşağı atasının yanında gecələməyə qoymurdum. Çünki uşağın döyülmə təhlükəsi vardı. Amma uşaq bağçası, digər dövlət qurumları təzyiq edirdilər ki, mən uşağı ona verim. Ona görə də şənbə və ya bazar günləri kiçik oğlum iki saat onda qalırdı. Amma sonuncu dəfə təxminən bir həftə  qaldı. O, oğlumu aparanda uşaq qızdırma içindəydi. 30 dərəcə şaxtada olan Tryunheym şəhərinə qohumlarının yanına aparmışdı. 
2011-ci ildə, martın 7-də mən polisə gedib uşağın mənə dediklərini danışdım. Uşaq deyirdi ki, orda xalalar və dayılar onun ağzını və popusunu incidən şeylər edirdilər. Uşaq elə sözlər danışırdı ki, əvvəlcə inana bilmədim. Norveçdə bir xalq ənənəsi var, balaca qızlar və oğlanlarla intim hərəkətlər etmək ənənəsi. Bunu yaxın qohumlar edir, sonra isə uşağı qonşulara ötürür. Əvvəlcə bu sayıqlamaya və cəhənnəmə inana bilmirdim. Polisə ərizə yazdım. Martın 8-də Barnevarn adlı kimsəsiz uşaqlara xidmət qurumuna dəvət olunduq. Dindirilmə 6 saat davam etdi. Təkcə mən və iki uşağım idik.
Onların görüntü üçün yaradılan uşaqları müdafiə edən, insestlə mübarizə sistemi var. Sonra başa düşdüm ki, hər kənddə olan Barnevarn xidməti şikayət edən ata-anadan uşağı almaq üçün yaradılıb.
Qəzetlərdən oxudum ki, yeddi, ya da səkkiz yaşlı qıza məhkəmə onu zorlayan adamın həbsdə saxlanılması üçün kompensasiya ödənilməsi hökmü çıxarıb. Norveçdə hər şey baş-ayaqdır. Əslində, pedofiliya orda cinayət deyil. Onların belə milli adətləri var. 
Mənim iki uşağım ilk dəfə 2011-ci il martın səkkizində aparıldı. Bu, belə baş verir: Uşaq məktəbdən və ya bağçadan qaytarılmır, demək olar oğurlanır, yoxa çıxır və gizli ünvanda saxlanılır. 
Həmin gün mənə dedilər: “Başa düşürsünüz, siz danışırsız ki, uşaq üzərində zorakılıq olub, bizə lazımdı sizi həkim yoxlayıb sağlam olduğunuzu desin”. Mən imtina etmədim. Poliklinikaya maşınla on dəqiqəlik yol idi. Barevnin əməkdaşı məni maşına qoyub dedi: “Biz sizə kömək edərik, sizin uşaqlarla oynayarıq”. Övladlarım uşaqların müdafiəsi xidmətinə aparılmışdı. İndi başa düşürəm ki, bu, hüquq pozuntusu idi. Mən poliklinikaya çatana qədər Saşa zəng vurub dedi ki, ana, bizi təzə ailəyə verirlər.
Uşaqlarımı bilinməyən yerə apardıqlarında mən on kilometr aralı idim. Yerli qanuna görə, uşaqları hər hansısa bir sənəd təqdim etmədən əlindən ala bilərlər. Bacardıqca ağlamamağa çalışırdım. Norveçdə ağlamaq qadağandı, bu xəstəlik kimi dəyərləndirilir və Barnevarn səni psixiatriya xəstəxanasına salır. 
Sən demə, Norveçdə, uşaqların valideynlərindən alınması üçün kvota dövlət planı var. Hətta onun yerinə yetirilməsi üzrə dövlət qurumları arasında yarış da gedir. Bütün Norveç orqanları uşaqları ata-anadan almaq üçün savaşır. Hər cür diaqramlar, qrafiklər tərtib olunur,- harda nə qədər uşaq ailədən alınıb.
Bu yaxınlarda əlimə isveçlilərin sənədi  düşdü. İsveçdə və qonşu Skandinaviya ölkələrində uşaqları əllərindən alınan ailələr haqqında məruzə-hesabat idi. Çox dəhşətli bir sənəd idi. Həmin məruzədə bildirilir ki, İsveçdə 300 min uşaq valideynlərindən alınıb. Yəni söhbət birbaşa valideynlərdən oğurlanmış nəsildən gedir. Alimlər, hüquqşünaslar, vəkillər, İsveçdə ailə ənənəsini hələ də xatırlayan insanlar çaşqınlıq içindədi. Nə baş verir? Dövlət Barnevarn təşkilatına ailəni dağıtmaq üçün külli məbləğdə vəsait verir. Mütəxəssislər dediyinə görə, gündə 10 min kron (bu, təxminən 50 000 rubl) vəsait uşağı himayə edən yeni ailəyə verilir. Bütün Skandinaviya ölkələrində belədir. Özü də uşaqları bazardan alınan mal kimi seçə bilərlər. Məsələn, sizin hansısa göygöz rus qızı xoşunuza gəlsə, Barnevarna zəng edirsiniz: “Mən hazıram, uşaq üçün kiçik bir otağım var”- deyirsiz, vəssalam. Onu dərhal sizə çatdıracaqlar. Yəni əvvəlcə “himayəçi” ailə tapılır, sonra uşaq həmin ailəyə yerləşdirilir.
Norveç hüquq müdafiəçiləri Barnevarn sistemi ilə mübarizə aparmağa çalışırlar. Onlar hesab edirlər ki, bu, uşaq alveri üzrə ciddi korrupsiya sistemidi. Mayın 3-də Barnevarnda uşaqları zorla alınan ailələr Norveçdə etiraz aksiyası keçirdi. Uşaqların oğurluğu üzrə Norveç dünyada birinci yeri tutur. Qəzetdə belə bir başlıq vardı: “Norveçdə artıq hər beş uşaqdan biri valideynlərindən xilas olunub”. Yeri gəlmişkən, təxminən bir milyon iki yüz min uşaq anaları ilə yox, sığınacaqlarda yaşayır. Norveçdə ildə təxminən iki milyon rubl uşaq sığınacaqlarına ayrılır. Əgər siz uşağı əlil etsəniz, daha çox dotasiya və vəsait ala bilərsiniz. Statistikaya görə, doğulan hər on uşaqdan səkkizi norveçli deyil, miqrantların uşağıdı. Miqrantlar Norveçə daha sağlam uşaqlar verir, çünki onlarda qohum nikahlarına təsadüf olunmur.
Ümumilikdə, Norveçdə daha çox rusların uşaqları Barnevarna götürülür. Valideynlərindən biri rus olan uşaqlar bu işdə birinci namizədlərdi.

-Bəs uşağı alınan valideynlər nə edə bilərlər?
-Norveçdə az qala hər ay bir rus qadını intihar edir. Çünki sizdən gəlib övladınızı zorla alırlar və heç nə edə bilmirsiniz. Siz sistemlə təkbətək döyüşə bilmirsiniz. Müxtəlif bəhanələri olur, sizə deyirlər: “Qayğanağı norveçsayağı bişirmirsən. Uşağı əllərini yumağa məcbur edirsən. Axsayırsan, onunla oynaya bilmirsən. Deməli, pis anasan, uşağı alırıq!”. Norveçdə uşaq müdafiə sistemi valideynləri günahkar çıxarır. Sizi şərləyib üstünüzə o qədər yalan yükləyirlər ki, daim özünüzü təmizə çıxarmaq zorunda qalırsınız. Sizə deyirlər: “Rusiyaya qaçmaq istəyirsiniz”. Bunu inkar edə bilmirsiz, çünki Rusiyada qohumlarınız var. Və ya: "Uşağınızı öldürmək istəyirsiniz". Burada savaşmaq mümkün deyil. Siz qəyyumluq, hakimlər, psixoloqlar, himayəçi valideynlər, psixiatrlar, ekspertlərlə möhkəmlənən Norveç maşınıyla cəngi uda bilməzsiniz. Hər  göygöz körpəyə görə onlar mükafat alırlar. Oğlunuzu xilas etmək şansınız sıfırdıq. Mən Norveç məhkəmələrinin bütün instansiyalarından keçmişəm. Hər yerdə korrupsiya baş alıb gedir. Uşaqlar əmtəədir, maldır. Onları qaytarmırlar.
Uşaqlarımla bağlı rus mətbuatında çıxan bütün materialları ittiham kimi məhkəmədə Barnevarnın vəkili çevirib təqdim edib. Deyirlər “bu qadın dəlidi, uşağını mətbuatda qoruyur!” Qərbdə uşaqlarla bağlı mətbuat azadlığı yoxdu. Cəmiyyətə apelyasiya etmək mümkün deyil. Məxfilik haqqında qanun fəaliyyət göstərir.

-Siz bildirmisiniz ki, Şimali Avropada ailənin məhv edilməsi üçün uşaqlara qarşı cinsi zorakılıq genişləndirilir. Bu mexanizm necə işləyir?
-Norveçdə uşaq məsələləri nazirliyi az qala cinsi bərabərlik üzrə fəaliyyət göstərir. Norveçdə seksual azlıqlar artıq azlıq deyil- seksual çoxluqdu. Əksinə, naturallar artıq azlıqdı. Sosioloqların sərbəst araşdırmalar göstərir ki, 2050-ci ildə Norveç 90 faiz homo-ölkə olacaq. Təsəvvür etmək çətindir bu “homo” sözü altında nə başa düşülür. Bizə deyirlər ki, sizin “lesbilər”, “geylər” haqda təsəvvürünüz ötən əsrdəki kimi qalıb. Qərbdə ən azı otuz cür qeyri-ənənəvi nikah növü var. Bu baxımdan ən “qabaqcıl” ölkə Norveçdir, orada “kişi” və “qadın”- artıq köhnə anlayışdı. Norveçdə ailənin doğulmuş uşağını müdafiə etmək imkanlarının olmaması səbəbsiz deyil. Əvvəl fikirləşirsən ki, özləri bilər, bunun sənə və ailənə nə dəxli? Mən də əvvəl belə düşünürdüm, çünki xəbərsiz idim ki, bütün Avropada spesifik seksual standartlar tətbiq edilib. Müvafiq konvensiyanı imzalamış bütün ölkələr üçün bu məcburidir. İndi Rusiyada həmin konvensiya lobbiləşdirilir. Orada deyilir ki, valideynlər və uşaq bağçalarının işçiləri balaca uşaqlara “müxtəlif növ sevgiləri” öyrətməyə borcludular. Avropa seksstandartının xüsusi bölümündə 4 yaşından gec olmayaraq valideynin və bağça işçisinin uşağa onanizm və mastrubasiya öyrətməsinin vacibliyi haqda məlumat yazılıb. Həmin sənəddə göstərilir ki, yeni doğulmuş uşaq “gender mənsubiyyətini” bilməlidi, yəni gey, biseksual, transvestit, yoxsa transseksual olduğunu dərk etməlidi. “Kişi” və “qadın”dan söhbət gedə bilməz, bu halda “kişi” və “qadın” bərabərliyi gender bərabərliyi siyahısına daxil edilmir. Əgər sizin uşağını bu genderi seçməsə, ona Norveçin, Finlandiyanın, Almaniyanın Barnevarn kimi təşkilatları "kömək" edəcək.
Norveç dünyada ilk ölkədi ki, Oslo universitetində 7 yaşa qədər uşaqların intiharını tədqiq edən elmi tədqiqat institutu yaradıb. Qəribə deyilmi? Bu yaşda nə intihar ola bilər? Barnevarnı düşünəndə isə bu, təbiidir. Orgiyalardan sonra uşaq tələf olursa bunu rahatlıqla intihar adına yazmaq olar.

-İrina, gəlin qayıdaq sizin şəxsi tarixçənizə.
-Mənim uşaqlarımı ikinci dəfə 2011-ci il mayın 30-da apardılar. Barnevarnın iki polis əməkdaşı qapımızın zəngini çaldı. Qapının zəncirini bağlı saxlayaraq açdım. Əllərində tapança dayanmışdılar. “Uşaqlarınızı aparmağa gəlmişik”. Vəkilə zəng vurdum, o dedi: “Norveç qanunlarına görə uşaqları verməlisiniz, təpki göstərsəniz belə yenə də aparacaqlar, amma siz daha onları görə bilməyəcəksiz”. Heç bir kağız, heç bir qərar təqdim etmədən övladlarımı əlimdən alıb elə gecə geyimində apardılar. İndi mən sübut etməli idim ki, yaxşı anayam.
Norveç qəzetlərində belə bir yazı vardı: Bir uşaq anasından alınır və göndərildiyi bütün evlərdə zorlanır. 18 yaşına çatandan sonra silah alıb ögey valideynlərini güllələyir.
Başqa bir oğlan uşağını aparanda o, ağlayıb anasını istəyirdi. Norveç həkimlər dedilər ki, bu, paranoyadı. Ona o qədər dərman verdilər ki, uşağı bitkiyə döndərdilər. Mətbuat bu olayı bir müddət işıqlandırdı. Sonunda övladını anaya əlil arabasında qaytardılar. O, artıq danışa bilmirdi, 13-15 kq arıqlamışdı. Uşaq sağalmaz xəstəlik tutmuşdu.
Böyük oğlum bildirdi ki, rus konsulluğuna məktub yazıb: “Ölsəm də burdan qaçacam. Bu həbs düşərgəsində yaşamaq istəmirəm”. Və o özü öz qaçışını təşkil edə bildi. Bundan öncə bir qızın həyatını xilas edən polşalı Kşiştof Rutkovskiylə internet vasitəsilə əlaqə saxladı və polşalı onu uşaq sığınacağından qaçıra bildi.  
Polyak mənə son anda zəng edib bildirdi ki, hər şey hazırdı: “Əgər mən uşağı tək aparsam bu, uşaq oğurluğu kimi qiymətləndiriləcək, sizinlə aparsam sadəcə ailəyə kömək etmiş sayılacam”. Dəhşət içindəydim. Seçim etmək çətin idi: Norveçdə bir uşağımı qoyub getməliydim. Çox düşündüm, ya üçümüz də orda məhv olmalıydıq, ya da mən ikimizi qurtara bilərdim. Allah heç kimi bu cür seçim qarşısında qoymasın! Qaçdıq. Üç ay Polşada qaldıq. Norveçdə oğluma təyin edilən himayəçi ananın guya axtarışa verməsi ilə bağlı bizi dindirdilər. Məlum oldu ki, həmin “ana” belə bir ərizə yazıb. “Bir xala (yəni mən) oğlumu qaçırıb”. Bu halda Polşada Avropa qanunlarına görə oğluma “yeni ana” təyin etdilər. Ordan Rusiyaya getmək üçün mən öz anamı, yəni uşağın nənəsini növbəti himayəçi kimi göstərdim. Beləliklə, oğlumun Norveçdə, Polşada və Rusiyada üç anası oldu. Avropa qanunlarına görə doğma ana ana hesab olunmur.

-Rusiyaya qayıdandan sonra oxşar hadisələr eşitdiniz. Bu barədə danışardınız. 
-Vəziyyət belədi: İngiltərədə İrina S. adlı biri 18 il yaşayıb. Orada onun oğlan dostu vardı. Qızı anadan oldu. Bir dəfə təsadüfən öyrəndi ki, onun əri sadomazoxist klubun üzvüdü. Qızıyla televizora baxanda uşaq yerli yarışçını göstərib deyir: "Ana, bu dayı mənimlə həkim-həkim oynamağa gəlmişdi. Bu xala isə mənimlə vannada oynayırdı". Ərinin dostları uşağı zorlayırmışlar. Təsəvvür edirsiniz, uşaq anaya belə şeylər deyəndə o, nə hala qalır?
İrina ingilis uşaq psixoloquna gedir, o isə deyir ki, siz keçmişdə qalmısız, bu, zorlama deyil, kreativ elita oyunudu. İrina sakitcə ordan çıxır, əşyalarını toplayıb Rusiyaya qayıdır. Müdrik addım atıb.
Norveçdə əvvəlcə bircinsli nikahlar leqallaşdırıldı. Sonra eynicinsli nikahlara övladlığa uşaq götürmək icazəsi verildi və leqallaşdırıldı. Orada keşişlər qeyri-ənənəvi oriyentasiyaya malik olduqlarını açıq şəkildə bildirirlər. İndi isə orada bircinsli qoçaqlar uşaqlarla evlənmək hüququ əldə etmək üçün mübarizə aparırlar. Uşaqla nikaha girmək məsələsi gündəmə gətirilir.
Əgər biz normal valideynlər qoyun kimi oturub gözləsək, heç nə etməsək başqa genderlər uşaqlarımızı əlimizdən alacaqlar. Bu günün eksperiment zonaları- ABŞ , Şimali Avropa, Almaniya və keçmiş Britaniya koloniyalarıdı: Kanada, Avstraliya, Yeni Zelandiya. Bu, "SOS" siqnalları olan “qaynar nöqtələrdir, oralarda yaşayan rus analar haray çalırlar. Müqəddəs rus ailə ənənəsi uğrunda savaşın qığılcımları görünür. Yaxşı ki, mən Norveçdə mübarizə apararkən ağlımı itirmədim. Hər bir rus valideyni dərk etməlidir ki, son 30 ildə uşaq alverində maraqlı olanlar, uşağın ananın əlindən alınmasını qanuniləşdiriblər. İndi uşaqlar hansısa abstrakt cəmiyyətə və ya dövlətə məxsusdur. Üstəlik, uşaqların oğurlanması barədə 1980-ci il Haaqa konvensiyasına görə uşaqlar son üç ayda yaşadıqları ölkəyə məxsusdurlar. Həmin qeyri-insani fəlsəfəni Norveçdə işlək olan layihə büsbütün açır. Bu yaxınlarda Norveç mətbuatında belə bir yazı oxudum. Uşaq işləri üzrə nazir Lisbakken deyir: “Mən homoseksualam və istəyirəm bütün uşaqlar belə olsun”. O, dövlət proqramını internetdə eksperiment etməyə çağırır. Əvvəllər uşaq bağçalarında “Qrimm Qardaşlarının nağılları,  “Zoluşka” tipli ədəbiyyat tədris edilirdi. Amma indi uşaqlar "Şyön literature” tipində “Kral və kral”, “Uşaqlar və geylər”, "Kraliçaya evlənmək arzusunda olan şahzadə qız" kimi nağıllar oxumalıdı. 
İki ildir kiçik oğlumla görüş almaq üçün savaşıram. 80 nəfəri güllələyən Breyvikin hər gün öz qohumlarına zəng etmək hüququ var. Bütün dünyada edam cəzasına məhkum edilmiş adamların yazışma hüququ var, ancaq ana öz oğlunu görə bilməz, onunla danışa bilməz. Breyvik Norveçi “Аrbayt parti”dən qurtarmaq istəyirdi. Əvəzində isə onu müsəlmanların düşməni kimi təqdim etdilər. Əslində belə olub. Breyvik 4 yaşında yalançı anası tərəfindən zorlanıb. Sonra Barnevarn onu dövriyyəyə buraxıb. Hər bir ailə onun “dadına” baxıb, seksual təcavüz edib. Böyüyəndən sonra o öz intiqamını hazırlayır və bu proseslə mübarizəyə qalxır. Düşünürəm ki, həbs olunandan sonra ona deyiblər ki, əsas səbəb barədə sus, nə desən edəcəyik.

Çevirdi: Aysel Əlizadə           musavat.com

Комментариев нет:

Отправить комментарий