Страницы

25.02.2014

Şah İsmayıl Xətaini başa düşmək

Elşən Cəfərov

Şah İsmayıl Xətaini başa düşmək üçün şahımızın mənsub olduğu sufilik ordeninin ideyalarının dərinlikləri başa düşmək lazımdır. Sufilik hələ islamdan əvvəl mövcud olmuş saf elmin üç qolundan biridir. Sufilik, hurufilik və əxilik. Əxilik cərayanını indi vəhhabilərin özlərinə əxi deyərək müraciət etmələri ilə qarışdırmaq lazım deyil. Bu cərəyanın sirləri hələ də gizlin qalmaqdadır. Bu cərəyanı bəzən tampilyer ordeninə bənzədirlər.
Bu cərəyanının əsasını sənətkarlar təşkil etmişlər. Əsas məqsədləri cəhalətə və cəhalətə dəstək verən hakimiyyətlərə qarşı silahlı mübarizə idi. Şeyx Nizamı Gəncəvi əxilik cərəyanına mənsub olmuşdu. Suleyman peyğəmbərin əshabələri əxi adlanırdılar. Hurufilik dünyada ən müdrikliyi rəqəmdə görür. Allah-rəqəmlərin rəqəmidir deyirlər. Rəqəmdən heçnə əmələ gəlmədiyini deyir,lakin yarananların rəqəm ardıcıllığı ilə düzüldüyünü qəbul edirdilər. 7 rəqəminin kainatın harmoniyası sayırdılar. Hurufiliyə görə bütün varlıq səsdən yaranmışdı. Səs də hərf və sözlərdən ibarətdi. Bu da ancaq  insana  məxsus  bir xüsusiyyətdi. Sözdə hərflər uzərində qurulur. Kainatin yaranmasi hərflərlə  bağlıdır. Tanri “OL” əmri ilə varlığı  yaratmışdı. Bu da əmr, sözdən və  hərflərdən ibarətdi. Hərflərin daxili  rəmz və mənalarını öyrənmək ilahi aləmin sirlərini  öyrənmək deməkdi. İnsan  üzündə Allah sözu yazılıb. Ona görə də  insana səcdə edilməlidir.

 “Səni kimdir Adəm oğlu deyən, Allah Allah.
  bu sifətdə kim görübdür bəşəri cahan icində.”

Nəiminin  Qurani-Kərimi  hurufulik  elminə əsasin  təsfir  edən  əsəri olan Cavidnamə (çox  təəssuf  bu  əsər  Roma  papasının kitabxanasında, əsas  nüxsəsi isə Rusiya dövlət  təhlükəzlik  komitəsinin  gizli  arxivlərində saxlanılır) aşkarda olsaydı, bir çox qaranlıq  məqamlara  aydınlıq  gətirmişdi.

 Faş eylədim cahanda ənəlhəqq rumuzini.
 Doğru xəbərdi, anın ücün darə duşmuşəm.-

Yəni ənəlhəqqin gizli rəmzlərini  dunyaya  yaydim-insanlari qəflət  yuxusundan oyatmaq istədim , lakin  cahalət  tərəfindən  darə  salındım. Həqiqətən  tarixdə  kim insanları  qəflət  yuxusundan  oyatmaq  istəyibsə , daima  cahalət tərəfindən təzyiqlərə  məruz  qalib, çunki  hökmdarlara  saf insan deyil, ancaq  qəflət yuxusunda  olan  kölə lazimdir. Bu cür insanlara kafir damğasi vurularaq edam etdiriblər,zəhərləyib öldürüblər. İmamlarimiz,dörd sünni məhzəbinin banilərini (hənbəlini hənəfini malikini şafeini) Nəimi, Nəsimi, Babək və s. saf insanların şəhid edilməsi buna sübutdu. Saf elmi  daima  təqiblərə məruz qalmiş və bu elmə iftiralar yaxmişlar. İslamdan qabaq bu hurufilik cərayanın ən məhşur simalarından Zərdüştü özlərinə müəllim saymış Pifaqor və 7 adilən biri olan Epixarm olmuşdu.
Təsəvvüf (ərəbcədir)-müsəlman mistikliyinə sufizmə deyilir. Bu söz sufi (sufizm) terminləri ilə bağlıdır. Həmin termin yəqin ki, suf (yun) sözündən yaranmışdır. Zahidlərin və dərvişlərin paltarları yundan  və ya qıldan toxunurdu. Sufilərin xələfləri-zahidlər islamın yayıldığı 1 əsrdə meydana gəlmiş tərkidünyalar olmuşdular.Sufiərin müəllimləri kimi şöhrət tapmış ilk mistiklər öz möminlikləri ilə məhşur idilər. Onlardan Həsən-əl-Bəsrini (642-728), Rəbiə ibn Heysəmi və b. göstərmək olar. Sufilərə əsasən dünya ilahi vücüdü əks etdirən bir güzgüdür. Dünya ancaq zahiri cəhətdir. Deməli həqiqətə çatmaq üçün bu zahiri cəhətdən üz döndərmək lazımdır.Xəlq edilmiş hər bi şeyin varlığı Xaliqin varlığından başqa bir şey deyildir.Hər bir şey ilahi vücüddan xəlq olur ki ,bu ilahi vücüda qayıtsın. Sufilərə görə insan Allaha xidmət edəndə Allahdan heçnə gözləməməlidir. Yəni bu gün mən Allaha dua edirəm, namaz qılıram ki, sonradan Allah mənə cənnət qismət etsin. Deməli belə düşünürsənsə sən alver edirsən, sənin bu işdə xeyir güdürsən. Sufilər üçün insan əsas silahı hiss və duyğu götürülürdü. Onlar üçün həyatın başlıca mənası Allaha yaxınlaşmaq və Allahı dərk etməkdir. Onlar Allahın ruhunun bir zərrəsinin insana əmanətə verildiyini bildirir.İnsanın ruhunun  cismi  özünə tabe elətdirməklə irfana çatmağın və Allahla qovuşmağı mümkün sanırdılar. Yəni sufilərin və hurufilərin Həqq mənəm-ənəlhəqq söylərəm sözləri cəhalət davamçılarının dedikləri kimi Mənəm Allah kəlməsi deyildir. Bu sufilərin və hurufilərin artıq öz ruhlarının cisimləri özlərinə tabe elətdirib ali məqama çatdıqlarına bir işarədir. Artıq bu məqama çatmış insanlar üçün arada pərdə mövcud olmur.Onlar artıq özlərinin bütün kainatın ayrılmaz bir zərrəsi olduqlarını hiss edirlər.Yəni insan Allahin onda olan zərrəsi ilə qovuşur və mələklərdən daha üstün mərtəbəyə bir sözlə yarım allah səviyyəsinə çatır.

Yer yox ikən, göy yox ikən ,ta əzəldən var idim
Gövhərin yekdanəsindən irəli pərgar idim
Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər
Yeri-göyü ərşi kürsü yaradan Səttar idim
Gah Hüseynən belə pustumu soydu qazilər
Gah o Mənsur donuna girdim-ənəlhəqq idim
Girdim adəm cisminə, kimsənə bilməz sirrimi
Mən bu beytullah içində ta əzəldən var idim.
On səkkiz min aləmə mən gərdiş ilə gəlmişəm
Ol səbəbdən haqq ilə sirdar idim, sərdar idim
Dünyasından mən onun sirrini bilirdim, ol mənim
Dəryanın altındakı sac qızdıran ,əngar idim
Mən Xətayiyəm haqqı haqq tanımışam biguman
Onun üçün ol yaratdı, mən ona dərgar idim.

Şah Xətai bu misralarda bütün sufilik nəzəriyyəsinin əsas ideyasını əks etdirmişdi. Sufilər Hz.Məhəmmədin müsəlmanlar birdilər, sözlərini belə izah edirdilər. Ruhən ali məqama çatmış insanlar ruhən bir-biriləri ilə birləşirlər.
Onlar öz aralarında özlərini bağ da adlandırırdılar. Yəni bu sözün mənası-insanı insana bütün kainata və Ulu Tanrıya bağlamaq deməkdir. Sufilər Allahın nə üçün bütün mələklərin yaranmış insan qarşısında diz çökməsini tələb etməsinin bununla izah edirdilər. Hz.Əlidən bir hədis var. Özünü tanıyan Allahı tanıyır. Mən görmədiyim Allaha ibadər etmərəm.bu isə sufiliyə görə insanlığın  ən yüksək mərtəbəsinə çatmış insana mənsub olan sözlərdi.Sufilər azadlığın ən ali məqamını Tanrı və insan sevgisində görürdülər. Qorxunu köləlik sayır və Allahdan qormağı yox sevməyi üstün tuturdular. Onların fikirlərinə görə əgər insan öz bədəninin köləsidirsə ,deməli onun Allaha olan sevgisidə iddialıdır. Allahın yaratdığı hər bir şeyə qorxu ilə yanaşırıq və çəkinirik. Oda əl vurmaqdan qorxur, sudan qorxur ,yırtıcı heyvanlardan çəkinirik. Lakin nə qədər ulu Tanrıdan çəkiniriksə daima ona can atmağa çalışırıq. Bu qorxunun əsasında  İnsan Tanrı sevgisi durduğunu onlar qəbul edirdilər. 10 əsrdə sufilik özü bir neçə qola ayrılır. Onlardan biri mistik sərxoşluq(sukr)digəri isə mötədil sufilik adlandırılırdı. Mistik sərxoşluq cərəyanın ən önəmli numayəndəsi Hüseyn əl Həllac 922-ci ildə Bağdad da edam edilmişdi.Məhşur ənəlhəqq kəlməsinin banisi Həllac sayılır. Həllac Mənsur  ənəlhəqq  deyərək  nəfsi öldurub, ruhən öz  idealına qovuşmağı  böyük İNSAN  adını  təsdiqi  kimi  başa  düşür. “Mən puç  deyiləm , haqqam deməklə  özünü  Tanrısı  ilə  vəhdətə  alırdı  . Buna  görədə  bu ifadəni “mənəm Allah”  mənasında  başa  düşmək  doğru  deyildi. Aşağida yazılan sözlərin mənası insanla-Tanrının vəhdətini bir daha təsdiq edir.

 Məşuq  sorağında  yanar  qəlbdə  aşiq  mənəm.
 Dost  yolunda  canını  fəda edən can mənəm. 
 Gör mənəm, eşit mənəm, daniş mənəm.
  Həqq  sorağında,  ənəlhəqq  deyən  həqq mənəm.

Bu cərəyanın nümayəndələri dini ayinləri yerinə yetirməyi vacib saymırdılar.Ona görə də o dövdə onlar islamın düşməni adlandırılır və daima təqib edilirdilər. Mötədil sufiizm isə islamın dininin bütün ayinlərini yerinə yetirir və bu cərəyanının məhşur nümayəndələri sırasında Əbülqasım əl-Cuneydi və dörd sünni məhzəbinin biri olan Şafei məktəbinin davamçısı əşəri ilahiyyatçısı Əbu əl-Qəzalini (1059-1111) göstərmək olar.Qəzzalı insanın iradə azadlığı və alın yazısı məsələsini nəzərdən keçirərkən mənimsəmə(kəsb)konsepsiyasını inkişaf etdirir.Həmin konsepsiyaya görə insan bir növ Allahın ona təklif etdiyi yaxşı və pis hərəkətləri seçməkdə azaddır və buna görə də bütün hərəkətlərinə görə məsuliyyət daşıyır. Əl-Qəzzali müsəlman təfəkkürünün inkişafında habelə orta əsr Avropa fəlsəfəsinə böyük təsir göstərmişdir. Qəzzalinin ən məhşur kəlamlarından biri:-Sufizm fikir yürürtməkdən deyil hissiyatdan ibarətdir.Onu adətən hüccət ül-islam(islamın dəlili) adlandırırdılar. Sufilərin fəlsəfi-dini ədəbiyyatı ilə yanaşı sufi poeziyası da inkişaf edir bu poeziyada müsəlman mistiklərin idealları alleqorik ideyalarla tərənnüm edilirdi.Məsələn Allah sevgili adlandırılır və sevgiliyə olan məhəbbət dedikdə isə Allaha məhəbbət nəzərdə tutulurdu. Bu mötədil sufi, hurufi və əxilər arasında böyük şairlərdən Əttar, Sədi, Rumi, Hafiz, Niyazi, İmrə, Cami, Fizulini, şeyx Nizamini, Nəsimini və Şah İsmayıl Xətaini göstərmək olar.sufilər rəmzlərlə yazımış Leyli və Məcnun əsərini insanın Ulu Tanrıya olan məhəbbətin tərənnümü kimi izah edirlər. Lakin bu əsərin axırında bütün manelərə baxmayaraq Leyliyə qovuşmaq istəməməsini sufilər dində insanın mövcud cəhalətin təqdimində Allah qovuşmağı qəbul etmir.-get ey Leyli sən o leyli deyildən cümləsini belə izah edirdilər.
Cəhalət  özlərindən  saf  elmin  adı ilə sufi təriqətləri yaratmağa  başlamış və  çox  mundar (Butpərəstlik dövrunun ) ayinlərini  insanlara  göstərməyə başlamışlar .Belə bir guya sufilik təriqəti olanların ayinlərini Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlı özünün Dəli Kür romanında əks etdirmişdi. Guya sufi müridləri oxunan mahnı ritmləri sədası altında vəcdə gəlir sonra işığı söndürüb qadın və kişilər bir-biriləri ilə sevişirlər. Bu isə islamdan qabaqkı bütpərəst  ayinlərinin   təkrarı idi. Bu adət islamdan qabaq Məkkədə çox məhşur idi. Qadın və kişilər(fərqi yox idi lap bacı, qardaş, ata və ana olsun) özlərinin bayram elan etdikləri gündə Məkkədə Kəbə ətafında lüt soyunmuş  halda  yığışır, musiqi sədaları altında  sevişirdilər.
 Sufilik nəzəriyyəsinə  görə hər  bir  insan  şəriət, təriqət, həqiqət, mərifət  dərəcələrini  kecməlidir. Bu mərtəbələri  kecib  mərifət  dərəcəsinə  çatmalıdır. Bu  yalnız  çox  gözəl əxlaq  sayəsində  mümkündür. Əxlaqa zidd olan  ayinlər  safliq elminə aid deyildir . 
Mötədil sufilərin islama yeni baxışları bəzi ifrat şiə və sünni tərəfdarların xoşuna gəlmir. Ona görə də bu ifratçılar(indi vəhhabilər sufiləri özlərinin bir nömrəli düşmənləri sayırlar) sufiləri islamın düşmənləri sayırlar. Sufilərə ilk dörd rəşidi xəlifəni qəbul edirlər. Bu xəlifələrdən sonrakı xilafəti qəbul etmirlər. Ona görə də daima sufilərin qabaqcıl nümayəndələri ərəb xəlifələri tərəfindən edam edilmişlər. Onlar ərəb xilafətini (4 xəlifədən sonrakı) ərəbin divanə nəfsinin başqa millətlər üzərindəki islam pərdəsi altında bütpərəstlik forması sayırdılar. Onların fikirlərinə görə Peyğəmbərin xənadanını, yaxın əshabələrini, dörd sünni məhzəbinin banilərinin son nəfərə qədər qırıb yer üzərindən silən ərəblər məhz bütpərəst Məkkənin intiqamını alırdılar. Sufilər şiələrdən fərqli olaraq Əbubəkri Öməri, Osmanı və Aişəni özlərinə düşmən saymırdılar. Hz.Əli ilə bu əshabələr arasındakı guya yazılan qarşıdurmanı hiyləgər Müaviyə və Yezidin tarixi dəyişdirib ,islamı parçalayıb özləri istədikləri kimi yazdıqlarını düşünürdülər. Onlar bununla bərabər varisliyi qəbul edir və imamların varis olduqlarını qəbul edirdilər.İmamların ilahi keyfiyyətlərini qəbul edirdilər. Qızılbaşlar on iki imam şərəfinə başlarına 12 rəngdən ibarət çalma qoyurdular. Günəşin işığı düşəndə 12 rəng qızıla çaldığına görə onlara qızılbaşlar deyirdilər. Onlar guya Hz.Əlinin əli bağlı gətirib məcburi beyət eləməyini və Ömərin Hz Fatmanı döyməsini Müaviyənin nağılları adlandırırdılar.Onlar belə düşünürdülər ki,ifrat şiələr bu nağıllara inanmaqla Hz.Əlini alçaldırlar. Bütün islam müharibələrin qəhrəmanı olan Hz.Həmzədən sonra Allahın aslanı ləqəbini almış Xəndək müharibəsi zamanı islamı xilas etmiş(bu müharibədə bütpərəstlərin döyüşçüsünə qarşı heç kim cürət edib çıxmırdı. Hətta bəzi əshabələr Peyğəmbəri qarşı tərəfə təhvil verməyin tərəfdarı idi. Hz.Əli bu döyüşə çıxmış və qalib gəlmişdi. Peyğəbərimizdən savayı Əbubəkrdə, Ömərdə Əlinin islamın xilaskarı adlandırmışdılar.) Hz .Əli heç imkan verərdimi onun əli-qolunu bağlsınlar və həyatda ən əziz insanını döysünlər. Vallahi hamısını yerlə yeksan edərdi.Peyğəmbərimizin vəfatından sonra Hz.Əlinin tərəfdarları çox idi.Əbubəkrə beyət eləməmiş ,əshabələr Əliyə öz köməkliyini təklif etmiş və silahnan Əlini xəlifə qoymaq təklifini irəli sürmuşdülər. Əli bu təkliflərin hamısını rədd etmişdi. O öz oğullarına Əbubəkr və Ömər adlarını vermişdi. Bir qızını isə Ömərə ərə vermişdi. Məntiqnən sizdən soruşuram bu cür hərəkət düşmənçilikdən xəbər verirmi? Xəlifə Osmanın evinə xaricilər hucum edəndə Osmanı qoruyanlar yalnız Hz.Əlinin övladları Həsən və Hüseyn olmuşdu. Əvvala xalalarının evini qoruyurdular. Osmanda Peyğəmbərimizin kürəkəni idi. Sufilərin islama bu cür baxışlarına görə yenə deyirəm həm şiə və süni təriqətləri arasında əlehdarları olmuşdu.Bu cür dünya görüşə malik Xətainin azan və iqamədə Əlinin adını çəkməsinin əmr etməsi bəzi sünni tərəfarları Xətaini dini parçalamaqda günahlandırırlar. (guya Xətai bununla islamı parçalamışdı.Onlara sözüm bu proses Kərbala düzündəki qırğından sonra baş vermişdi) Lakin Xətai bu hərəkətinin də izahını vermişdi. Tarixdən məlumdur ki, əməvi və abbasi sülalərinin xəlIfələri Peyğəmbərimizin bütün nəslinə və əshabələrinə olmazın əzab əziyyətinin vermişdilər. Müaviyənin vəsiyyətinə görə əməvi sulaləsinin xəlifələri hər namazda Həzrət Əliyə lənət oxumaği insanlari məcbur etmişlər.Bu hərəkəti etməyənlər edam olunurdular. Yalniz bu mundar hərəkət Xəlifə əl-Mütəvəkkilin əmri ilə ləğv edilmiş və bu əməl  günah sayılmışdı. Bir tərəfdən Həzrət Əli haqqında yalandan hədislər uydurulur və Əli haqqinda munafiqlər iftiralar yayır. Digər tərəfdən Əliallahlar Əliyə allah deyir və böyük günaha batırdılar. Xətai ilk dəfə azanda Əliyyən Vəliyullah deməyi əmr etmidi. Bu kəlmə ilə o münafiqlərin iftiralarina son qoymuş, həm də Əliyə allah deyənlərinin günahını sübut etmişdi. Yəni Əli musəlmanların vəlisidir.Vəli -ərəbcə valiyə sözündəndir,yanaşi durmaq,yaxın olmaq deməkdir. Allaha yaxın olan adam,yəni öz möminliyi ilə tanınan və buna görədə dindarların Allah qarşısında havadarı hesab edilən şəxslər vəli adlandırırdılar. Bir qardaşımın sözünə haqq qazandırıram. Şah Babamızı başa düşmək üçün əsil sufiliyin məhzini başa düşmək lazımıdr.

Комментариев нет:

Отправить комментарий