Страницы

09.02.2014

Zibillər

Qafar Şövqi

Pullardı hal-hazırda ən hörmətli zibillər.
Qiymətsiz adamlardakı qiymətli zibillər.

Ya Rəbb, bizi insan sayanı biz nə sayırdıq?
Kokmuş zibilin ətrini hər yanə yayırdıq.
Ol gün ki, təmizlik sözün imandan ayırdıq,
İy verdi zibilxanəyə həsrətli zibillər.

Lap yerdə oturmaq adamın kəsdi kələyni,
Çəngəl nədi, qardaş, iki əlnən ye yeməyni.
Guya yeməsən sən mədəniyyətlə xörəyni,
Həzm olmayacaq mədədə niyyətli zibillər?..


Qəlbimdə mənim sabuna qarşı diləyim var,
Sabunla girək hər yana, hər bir yerə aşkar,
Sabunla yuyaq yolları hollandlara oxşar,
Baxsın təmiz insanlara heyrətli zibillər.

Комментариев нет:

Отправить комментарий