Страницы

03.03.2014

Ataxan Əbilov Vidadi İsgəndərliyə cavab verdi


Əzizim Vidadi bəy, mənim bu mövzu ilə bağlı Mehdibəy Səfərovla söhbətim olub. Tam məsuliyyətimlə bildirirəm ki, onun fəlsəfəsi, dünya görüşü, istiqamətləndiyi motiv ümumi Vətənimiz olan Azərbaycanda güclü, çiçəklənmiş, sivil bir hüquqi dövlət, azad vətəndaş cəmiyyəti qurmaqdır. Başa düşürəm ki, Dağlıq Qarabağ kimi bir problemi olan ölkə üçün milli məsələ baş ağrıdan, qorxu hissi yaradan, ilk baxışdan məsafə saxlamağı tələb edən və müsbət emossiyalar doğurmayan məsələdir. Eyni zamanda nəzərə almalıyıq ki, bu məsələni qapatmaqla, ondan danışmamaqla problem həll olunmaz, onu kolgədə qoysaq xərçəg xəstəliyi kimi birdən-birə ekstaz verə bilər. 
Hesab edirəm ki, siyasətdə o insanlar çox təhlükəlidir ki, milli mənsubiyyətini gizlətmək üçün dəridən-qabıqdan çıxırlar. Əziz dostum, mən milliyətcə talışam, Azərbaycan Vətənimdir, Azərbaycan vətəndaşıyam. Allah göstərməsin, heç bir şəraitdə bu statusumdan imtina etmək fikrim yoxdur.
Biz digər hallarda olduğu kimi bu sferada da Amerika kəşf edəsi deyilik. Dünyanın ümumqəbul edilmiş standartları var. Həmin standartları necə deyərlər titul xalqımız - indiki halda mənim əziz türk qardaşlarım da öyrənməlidir, azlıqda qalan mənim talış qardaşım da. Biz bu məsələlər barədə danışmaqdan qorxmamalıyıq.
Sevgili Vidadi bəy, Azərbaycan Avropa Şurasına qoşulan zaman üzərinə yerinə yetirmək üçün bir paket öhdəlik götürmüşdü. Onlardan indiyə kimi 3-ü yerinə yetirilməyib, hansının ki, 2-ci dediyimiz sahə ilə bağlıdır. Nədir bu öhdəlikıər: bəlli beynəlxalq konvensiyaya qoşulma və onu dövlət daxili qanunvericiliyə tətbiq etmə. Deyək ki, söhbət konkret olaraq Regional və azlıqların dilləri haqqında Avropa Xartiyadan gedir.
Mənim əziz qardaşım, mənim şəxsən mövqeyim belədir ki, belə məsələlərdən mənim kimi milli baxımdan azlığa mənsub olan danışmamalıdır, çünki istər-istəməz bunun qıcıq yaratmasına mən təbii baxıram. Bu barədə hesab edirəm ki, ilk növbədə elə Cəmil müəllimin özü danışsa, çox hörmətli çıxacaq, istər dünyada, istərsə də Azərbaycanın hər bucağında onun nüfuzu artar.
Sizinlə tam razıyam ki, bu gün istər Vətənimizin cənubunda, istərsə də şimalında vətəndaşlarımız digər bölgədəkilərlə bəlli sosial-iqtisadi problemləri yaşayırlar. Hətta mən deyərdim ki, Talış zonasında vətəndaşlarımızın həyat səviyyəsi Respublikamızın digər yerlərilə müqayisədə daha yüksəkdir. Amma eyni zamanda bu da var ki, bu gün talışın milli-mədəni sahə ilə bağlı bəlli problemləri var. İstəyimiz, məqsədimiz də odur ki, bu məsələlər sivil dünyanın qəbul etdiyi qaydalar çərçivəsində həll olunsun. vaxtında sivil formada həll olunsun ki, bizi istəməyən xarici mərkəzlər buna diqqət yönəltməsin. Çünki hər belə bir söhbət istəsək də, istəməsək də xal əmələ gətirir və bu hansısa formada insanlararası münasibətlərə təsir edir...
Və sonda, əzizim, yaşadığım Niderland cəmiyyətində aktiv siyasətlə məşğul olan 60 yaşından yuxarı kimsə tapa bilməzsən. Burda siyasi nəsillər tez-tez əvəzlənir. Bu Hacıbabanın 80-a yaxın yaşı var. Bunun siyasi dünya görüşünü bundan sonra dəyişmək mümkünmü? Elə isə onun nə azarı var Azərbaycanın demokratiyaya iddiası olan cəmiyyətində???


"Vidadi İsgəndərli Cəmil Həsənli və Hacıbaba Əzimovun müdafiəsinə qalxdı" yazısını bu linkdə oxuya bilərsiniz:
http://moderator.az/?xeber=42533#.UxN-enjaYaM.facebookndan

Комментариев нет:

Отправить комментарий