Страницы

01.03.2014

Azərbaycandakı nurçular təlimat gözləyir

“Azərbaycandakı nurçular Pensilvaniyadakı xocalarından təlimat gözləyirlər”

Bu açıqlama ilə politoloq Elxan Şahinoğlu öz «Facebook» səhifəsində çıxış edib. O, Gülən camaatının Azərbaycandakı başbilənlərinin Türkiyədəki hadisələrdən sonra özlərini itirdiklərini qeyd edib.
“Gülən camaatının Azərbaycandakı başbilənləri bir az özlərini itiriblər. Onlar Ərdoğan-Gülən savaşının Azərbaycana inikas olunmasından narahatdırlar. Azərbaycanda yerləşən nurçular Türkiyədəki nurçular kimi birbaşa Ərdoğanı tənqid edə bilmirlər. Çünki əgər Azərbaycandakı nurçular da mediaları vasitəsilə Ərdoğanı hədəf seçsələr, bununla Türkiyə-Azərbaycan münasibətlərində gərginlik yaradacaqlar.
Bu isə Azərbaycan hakimiyyətinin xoşuna gəlməyəcək. Ona görə də Azərbaycandakı nurçular bir qədər gözləmə mövqeyindədirlər və ya Pensilvaniyadakı xocalarından təlimat gözləyirlər”.
Qeyd edək ki, Türkiyədə 17 dekabrda keçirilən rüşvət əməliyyatından sonra ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Fəttullah Gülən arasında münasibətlər şiddətlənib. /politika.az/

Комментариев нет:

Отправить комментарий