Страницы

20.03.2014

Bəxtiyar Hacıyev də nurçu agentura şəbəkəsinə daxildir

Bəxtiyar Hacıyevlə də bağlı sensasion sənəd yayıldı

Son günlər ölkə mətbuatına lideri ABŞ-da yaşayan Fətullah Gülən olan “nurçu”luq və bu cərəyana Azərbaycandan da bağlı olduğu iddia edilən tanınmış şəxslər haqqında çeşidli informasiyalar yayılmaqdadır.
Avropa.info-nun elektron poçtuna gənc ictimai fəal Bəxtiyar Hacıyevin “nurçu” olduğunu iddia edən sensasion sənəd göndərilib. Qafqaz Unversitetinin rektoru Əhməd Sanıçın 18 fevral 2011-ci ildə Fətullah Gülənə etektron poçtla göndərdiyi məktub olduğu iddia edilən sənəddə, ali məktəb rəhbəri, azərbaycanlı fəal Bəxtiyar Hacıyevdən söhbət açır.
Əhməd Sanıç Bəxtiyar Hacıyevin ABŞ-da təhsil aldığı dönəmlərdə “hizmət” hərəkatının gəncləri ilə sıx əlaqədə olduğu və artıq inanılmış şəxsə çevrildiyini bildirir. ABŞ-dan qayıtdıqdan sonra da, Bəxtiyar Hacıyevlə mütəmadi əlaqə saxladıqlarını bildirən rektor, təccüblü olsa da, Müsavat başqanı İsa Qəmbərin yerinə ən layiqli namizəd onu görür.
“Müsavat partiyasındakı dostlarımızdan aldığımız məlumata görə, başqan İsa Qəmbərə qarşı partiyada o qədər də güclü olmayan müxalifət mövcuddur. Partiya rəhbərliyindən əldə etdiyimiz məlumata görə, Bəxtiyar Hacıyev Müsavat başqanlığına ən layiqli isimlərdəndir”
Məktubda həmçinin Bəxtiyar Hacıyevin maddi təminatının həll ediləcəyi təqdirdə Azərbaycanın ən önəmli siyasətçilərindən biri olma ehtimalı da qeyd edilib. /qafqaznews.com/

Комментариев нет:

Отправить комментарий