Страницы

26.03.2014

Çiyələklər xəyanət etdilər

Ramin Cahangirzadə

çiyələklər xəyanət etdilər
intihar etdi baxçalarda cımcılıqlar
yalandır günəşin işığı
əti acıdır torpağın
leonardo davinçi ola bilməz tanrı
əlini göyə tutmasın alça ağacları
kordur həyat
lal olsun baxçadakı quşlar
əlləri çürüsün yer altından gedən hər nəyin
real deyil heç nə
xışıltısı var çiçəklərin
əriyir çəpərlərin dibinə həzyanlar

yanacaq yenə də içimizdə içimiz
ala başıma
nahaq yerə baxçalara saldım şeirimi
ərinmədi misralarımda kəlmələr
tarixi ağlasaydım
etiraf etsəydim
taxma deməzdilər mənə
dedilər baxçalarımdan getdi qarışqalar
iməklədim böyüməyə qoymadılar
lilləndim baxçaların gölməçəsində
əh! bu nədir quruldayır beynimdə?!!
real ola bilmədi baxçalarımda heç nə

Комментариев нет:

Отправить комментарий