Azərbaycanda "nurçu"larla bağlı qalmaqal səngimək bilmir. Bir sıra yüksək vəzifəli məmurların və millət vəkillərinin adının çəkildiyi bu qalmaqala daha bir ad əlavə olunub.
Avropa.info-nun məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevin "nurçu"ları dəstəkləməsi haqda məlumat ortaya çıxıb.
Məlumatda deyilir ki Rövnəq Abdullayev "nurçu"larla əlaqə saxlamaq və onlara dəstək vermək işini müavini Xalik Məmmədova tapşırıb. Xalik Məmmədovun qatı "nurçu" olduğu və bu cəryanın liderlərindən sayılan, Xəzər TV-nin rəhbəri Hüseyn Dinləməzlə mütəmadi təmasda olduğu bildirilir. Məlumatda o da qeyd olunur ki, "nurçu"lar İngiltərədə Xalik Məmmədovun vasitəçiliyi və Rövnəq Abdullayevin maliyyə yardımı ilə yeni məktəb açıb.
İngiltərədəki Təhsil Mərkəzi vasitəsi ilə bu ölkənin unversitetlərində oxuyan azərbaycanlı məmur balaları "nurçu"luğa cəlb edilir.
ARDNŞ-nin İngiltərədə məktəb açmasının nə dərəcədə doğru olub olmadığını qurumun özündən dəqiqləşdirməyə çalışdıq.
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev ARDNŞ-nin İngiltərədə, ümumiyyətlə, heç bir məktəb açmadığını bildirdi və yayılan söhbətin həqiqətə uyğun olmadığını dedi.

Комментариев нет:
Отправить комментарий