Страницы

01.03.2014

İran ABŞ-İsrail agenti olan təhlükəli terroristi asdı

İranda qısa adı "Cundullah" olan İran Xalqının Müqavimət Hərəkatı adlı təşkilat var. Bu qruplaşmanın üzvləri dinc əhalinin həlak olduğu bir neçə terror aktına görə məsuliyyəti öz üzərlərinə götürüblər. Təşkilatın lideri bəluc və vəhhabi olan Əbdülmalik Rigi olub. O orta təhsil almayıb və Əfqanıstanda dini təhsil almışdı. 17 yaşından əlinə silah alıb... Onu İran təhlükəsizlik qüvvələrinin “Sərbazani-gomnami-imam-zaman” adlanan xüsusi qrupu 2010-cu ildə həbs edib. Ona qarşı 79 müxtəlif cinayət üzrə ittiham olunub. O, qətl, silahlı qarət, ölümə sui-qəsd, hərbçilərə, polisə və vətəndaşlara hücumlarda təqsirli bilinib. Məhkəmədə NATO və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini etiraf edəib.
Əbdülmalik Rigi bildirib ki, onun başçılıq etdiyi qruplaşma Mərkəzi Kəşfiyyat İdarəsinin casuslarından silah, partlayıcı qurğular və rabitə vasitələri alıb: “ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar keçirməsi problemli göründüyündən, MKİ İran hakimiyyətinə qarşı silahlı mübarizə aparan təşkilatları himayə edir”. “Cundullah” lideri bildirib ki, amerikalılar onunla bir neçə il bundan əvvəl Pakistanda təmas qurublar. Sonra əsasən Dubayda MKİ casusları ilə görüşlər keçirilib. Qruplaşma rəhbərinin sözlərinə görə, bu görüşlərdə ona hərtərəfli dəstək veriləcəyi və dayaq bazalarının yaradılmasına yardım göstəriləcəyi vəd olunub: “Belə bazanın Bişkek yaxınlığındakı Manas Amerika bazasının ərazisində yaradılması planlaşdırılırdı”. Riginin etiraflarının kadrlarını İran televiziyası yayımlayıb.
Sonda Rigi məhkəmə hökmünü qəbul etdiyini ancaq bağışlanmasını istəyib. Lakin sonda terror edilmiş insanların yaxınlarının gözü qabağında asılaraq edam olunub. Öləndə 27 yaşı var idi...
Əbdülmalik Dubaydan Bişkekə uçan təyyarədə həbs edilib. Əbdülmalik Riginin həbsi çox maraqlı olub. İnterAz-ın Fars agentliyinə istinadən verdiyi xəbərə görə, bütün dünyanın diqqətini çəkən mürəkkəb əməliyyat zamanı İranın bütün güc strukturları tam döyüş hazırlığı vəziyyətinə gətiriliblər.
Açıqlamada bildirilir ki, 23 fevral 2010-cu il tarixində, axşam saatlarında terrorçu "Cundullah" lideri Əbdül-Malik Riginin Dubay-Bişkek reysi ilə uçan təyyarədə olduğuna dair məxfi məlumat daxil olur. Kəşfiyyat məlumatlarına əsasən, Əbdül-Malik Rigi ABŞ xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə aldığı saxta Əfqanıstan pasportu ilə Dubaya gəlmiş, oradan Bişkekə gedərək Manas hərbi bazasında yüksək çinli ABŞ zabitləri ilə görüşməli imiş. Məlumata əsasən, Riqinin içində olduğu təyyarə LYN 454 nömrəli reyslə saat 00:30-da Dubay beynəlxalq aeroportundan Bişkek istiqamətində uçacaq, təqribən 20 dəqiqədən sonra İran üzərindəki hava korridoruna girəcəkdi.
Kəşfiyyat Nazirliyinin rəsmi müraciəti əsasında ordunun baş komandanı general Ataullah Salehi təyyarənin İran hava məkanına daxil olduqdan sonra məcburi endirilməsini əmr edir. Əməliyyatı icra edən ştab təcili tədbirlər görməyə başlayır. Uçuş istiqamətində 6 hərbi aeroportda F14 təyyarələri uçuş üçün hazırlaşırlar. Müdaxilə uçuşu ən təcrübəli pilotlara həvalə olunur. Fars körfəzində ABŞ-ın hərbi gəmilərində qərarlaşan düşmən qırıcılarının müdaxiləsini nəzərə alaraq ölkənin bütün Hərbi Hava Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilir. Nəhayət Qırğızıstan Hava Yollarına məxsus təyyarə İran ərazisinə daxil olmaq üçün xəbərdarlıq siqnalı verir. İran tərəfi hava məkanına daxil olmaq üçün "qonaqlarına" məmnuniyyətlə icazə verir.
Korridora daxil olduqdan sonra təyyarənin pilotlarına siqnal verərək məcburi eniş etmələri tələb olunur. Pilotlar tələbə məhəl qoymadan uçuşu davam etdirirlər. Bu zaman artıq Bandar Abbas hərbi aeroportundan havaya qalxan F14 qırıcılarından biri sərnişin təyyarəsinə 300 metrə qədər yaxınlaşaraq məcburi eniş tələbini bir daha çatdırır. Sərnişin təyyarəsinin pilotları xəbərdarlıqlara məhəl qoymadıqda qırıcılar bir neçə dəfə təyyarənin ətrafına atəş açırlar. Yalnız bundan sonra Boing 737 soloa dönməklə itaət işarəsi verdi və F14-ün müşayətilə Bandar Abbas hava limanına endi. Burada isə İran Kəşfiyyat Nazirliyinin xüsusi əməliyyat qrupu uzun illərdir axtardıqları Abdulmalik Riqini gözləyirdi.
Rigi bundan xəbər tutanda və təyyarədə ayağa qalxanda ona bir neçə silah lüləsinin tuşlandığını görüb. Təyyarədəki 2 terrorçu və təyyarədə olan İran çekistləri İran hava limanında düşüblər və təyyarə təzədən Bişkekə tərəf uçub... Rigi saxta ad və Əfqanıstan pasportu ilə olub...

Комментариев нет:

Отправить комментарий