Elnur Rəsuloğlu
Qu quşu nəğməni bir ağız deyir,
Ömründə bir ağız...
Amma nəğmə ha!..
(“Qu quşunun nəğməsi”)
Azərbaycan şifahi xalq ədəbiyyatının lirik növünə daxil olan və geniş yayılmış janrları nəğmə və mahnılardır. “…Nəğmələrdən fərqli olaraq, mahnıların özünəməxsus havası – melodiyası olur. Onları, bir qayda olaraq, xalq sənətkarları musuqinin müşayiəti ilə oxuyurlar...” (Nizami Cəfərov, Teymur Kərimli, Zaman Əsgərli, Afət Bakıxanova. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərslik. Bakı, “Çaşıoğlu”, 2009, səh.11)
Yuxarıda ilk öncə mahnı ilə nəğmənin fərqini göstərməyimiz heç də səbəbsiz deyildir. Çünki bir çoxları mahnı ilə nəğmənin eyni janr olduğu qənaətindədirlər.
Amma göründüyü kimi, əslində, bu, belə deyil.
Azərbaycan poeziyasında istifadə olunan, daha çox yazılı ədəbiyyata aid olan, əruz və sərbəst vəznlərdən fərqli olaraq, həm yazılı və bütövlükdə şifahi xalq ədəbiyyatı nümunələri üçün məqbul sayılan heca vəznində xalq tərəfindən yaradılan mahnı və nəğmələr şifahi xalq ədəbiyyatı vasitəsilə yazılı ədəbiyyata keçmişdir.
Biz bu keçişə misal kimi keçən əsrin 60-cı illərində “Xoşbəxtlik mahnısı”nı və 1976-cı ildə “Gəncə çinarlarının mahnısı”nı qələmə alan mərhum şair Əliağa Kürçaylının (1928-1980) nəğmə yaradıcılığını göstərə bilərik. Ədəbiyyata XX əsrin 40-cı illərində gələn Ə.Kürçaylı 26 il ərzində - 1951-1977-ci illər zaman kəsiyində on səkkiz nəğmə yazmış və nəğmə yaradıcılığına üç bənddən, hər bəndi dörd misradan, hər misrası yeddi hecadan ibarət, hər üç bəndin birinci və üçüncü misraları sərbəst, ikinci və dördüncü misraları isə qafiyəli olan “Sülh nəğməsi” (1951) ilə başlamışdır. Bu nəğmədə sovet ideologiyasına uyğun olaraq iyirmi üç yaşlı gənc şairin sülh arzuları ifadə olunmuşdur.
Nəğmə yaradıcılığını 1960-cı illərin sonlarında üç bənd həcmində qələmə alınmış “Dostluq duyğuları” nəğməsi ilə davam etdirən şairin bu şeirində hər bəndin ilk iki misrası öz aralarında qafiyələnib. Birinci, ikinci və üçüncü bəndlərin isə son iki misrası həmqafiyədir: aabb ccbb ççbb.
Bütün misraları on bir hecalı, son misrası isə yeddi hecalı bu nəğmədə Əliağa Kürçaylı şeirin adından da məlum olduğu kimi yer üzündə yaşayan bütün xalq və millətlərə qarşı öz dostluq duyğularını ifadə etmişdir.
Əməkdar incəsənət xadimi Ə.Kürçaylının üçbəndlik və “Birləşəndə” rədifli “Qardaşlıq nəğməsi”nin (1972) bəndlərinin sayının tək – üç olması və qafiyə quruluşu eyni ilə qoşma və gəraylıdakı kimidir: abab cccb çççb. Lakin qoşma və gəraylıda misralardakı hecaların sayı müvafiq olaraq on bir və səkkiz olsa da, bu şeirin misralarındakı hecaların sayı yeddidir.
Polad yumruğa dönər
Barmaqlar birləşəndə.
Dünya cənnət görünər
Torpaqlar birləşəndə.
Qış günündə gələr yaz,
Dinər bandur, çonqur, saz.
Nəğməsi susdurulmaz
Dodaqlar birləşəndə.
Neçə kənd, neçə şəhər
Sənə övladım deyər.
Üfüqlər də al geyər
Bayraqlar birləşəndə.
1958-ci ildə altı bənd həcmində yazılmış, “Ay eloğlu, biz toyuna gəlmişik” misrası ilə başlanan və janrca qoşma olan “Süfrə nəğməsi” şairin milli adət-ənənələrə yaxından bələd olduğunu göstərməklə bərabər, toy mərasimlərində oxunan toy nəğmələrini yada salır.
“…Bərəkətli Mil-Muğan, bir sözlə, Azərbaycan torpağı Kürçaylı lirikasının istər 60-cı, istərsə də 70-ci illərdə başlıca tərənnüm obyektləri idi. Əgər bu günün ədəbi-tənqidi meyarları ilə qiymət verməli olsaq, o zaman dəbdə olan “Xəlqilik”, “Xalq ruhu”, “Torpağa bağlılıq” ifadələrini qeydsiz-şərtsiz qəbul etsək, Kürçaylı poeziyasında bu tərənnüm obyektlərinin əbəs yerə seçilmədiyinin şahidi olarıq...” (S.Əliyeva. Ə.Kürçaylının poetik dünyası. Bakı, “Azərnəşr”, 1998, səh.102)
Məhsuldar Mil-Muğanla yanaşı, Azərbaycan torpağının hər bir qarışını tərənnüm edən nəğmələr yazmağa keçən əsrin 60-cı illərində yeddi şeirin yer aldığı “Kürün nəğmələri” silsiləsini qələmə almaqla başlayan Əliağa Kürçaylının bir az əvvəl adı çəkilən nəğmələr silsiləsi ilə eyni vaxtda müraciət şəklində yazmış olduğu dörd bənddən ibarət “Talış dağları” nəğməsində bəndlərin son misraları təkrardır. Lakin bütün misralar səkkiz hecalı, son misra isə beş hecalıdır.
Əlvan donlu gözəllərin
Nəğmə deyir şirin-şirin,
Sən hüsnüsən bu yerlərin,
Talış dağları!
Narınca bax, turunca bax,
Uzun yollar boyunca bax,
Bu növrağa doyunca bax,
Talış dağları!
Gülür üzə dağ yolları,
Topa-topa çay kolları.
Səslə igid oğulları,
Talış dağları!
Sıx meşədir ətəklərin,
Ətirlidir küləklərin.
Nəğməsisən ürəklərin,
Talış dağları!
Təxminən XX əsrin 60-cı illərində beş bənd həcmində qələmə alınmış, bura qədər bəhs etdiyimiz nəğmələrdən fərqli olaraq, hər bəndini üç misra təşkil edən “Mil düzündə” şeirini müəllifin qeydinə əsaslanaraq terset-nəğmə kimi qəbul edirik.
Ə.Kürçaylının hər misrası səkkiz hecadan ibarət “Mil düzündə” rədifli bu terset-nəğməsində hər bəndin ilk iki misrası öz aralarında qafiyələnib. Bütün bəndlərin üçüncü misraları isə bir-birilə həmqafiyədir: aab ccb ççb ddb eeb.
Lakin şeirin ikinci və beşinci bəndlərinin axırıncı misralarında “ellər” sözü həmqafiyə olmayıb təkrar xarakteri daşıyır.
Burada gözlərimizin önündə üfüqlərə nur ələnəndən, yəni səhər tezdən axşam ağır-ağır çökənə qədər Mil düzünün bəyaz, dümağ çöllərində qatarla, cərgəylə bol pambığı qalaq-qalaq yığan, pambıqyığan maşınlarla belə yarışa girməkdən çəkinməyən elimizin zəhmətkeş, şux gözəlləri canlanır.
Əvvəllər ilanlar mələşən, insan ayağı dəyməyən, tozlu yellərin sağa-sola əsdiyi Mil düzündə indi həyat coşub-qaynayır, ömürləri çiçəyə bənzəyən insanların ürəkləri bu mənzərədən vəcdə gəlir. Vaxt keçdikcə Mil düzündə təzə güllər açılır – bu ərazidə məskunlaşan insanların övladları dünyaya gəlir. Mil düzünün gələcəkdə daha da inkişaf edəcəyinə inanan, buna böyük ümidlər bəsləyən şair bu terset-nəğmənin sonuncu bəndində yazır:
...Pambığıtək üzü ağdır,
Nə dövranlar quracaqdır
Bizim ellər Mil düzündə!
Xəlqi insan olub xalq ruhunda çoxlu sayda şeirlər qələmə alan Kürçaylı torpağa bağlılığını növbəti dəfə beşbəndlik, “Siz” rədifli və janrına görə qoşma olan “Naxçıvan nəğməsi”ndə (1973) göstərmişdir.
Araz çayının sahilinə gəlib onun üçün “Arazbarı” çalınmasını istəyən və indinin özündə də bu yerlərin sorağının qalaların naxışından alındığını bildirən şair bu şeirində füsunkar gözəlliyə malik Dağlıq Qarabağ kimi müstəqil Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsini – Naxçıvanı çox gözəl sözlərlə vəsf etmişdir:
...Görürsənmi başı qarlı Şahbuzu,
Əriməyib qüzeylərin sal buzu,
Bol eləyin Badamlını, ağ duzu,
Süfrələri bir az geniş salın siz.
Ordubaddır bağlarının cənnəti,
Bu ad ilə bağlamışıq ülfəti,
Dadan zaman burda hər bir neməti,
Alarsınız ləzzətini balın, siz!
Tamaşadan gözüm doymur, nədəndi?
Könlüm məgər ilqarından dönəndi?!
Dolaşanda Sədərəki, Vənəndi
Bağçalarda gəzin ayaqyalın siz.
Burda dastan kişilikdən, hünərdən,
Burda nəğmə qızıl donlu səhərdən.
Əgər bir gün ayrılsanız bu yerdən
Qəlbinizlə Naxçıvanda qalın siz!
20-ci yüzilliyin 50-ci illərinin sonlarında məhəbbət mövzusunda “Dənizçi” (1958) və “Qapımızı külək açdı” (1959) nəğmələrini yazan Əliağa Kürçaylı 1969-cu ildə qələmə aldığı “Kədər nəğməsi”ndə sevgidən, ayrılıqdan doğan kədər hissini çox böyük ustalıqla ifadə edə bilmişdir.
Sənsiz səhərə çıxdım –
Səhər o deyil!
Sənsiz şəhərə çıxdım –
Şəhər o deyil!
Gül –çiçək tabaq-tabaq,
Dər, qoxla, sinənə tax.
Mənim gözümdə ancaq
Güllər o deyil.
Ulduz dolu gecələr,
Dəyişibdir nə qədər.
Gəzdiyimiz küçələr
Yerlər o deyil.
Sənsiz meşə o deyil,
Tər bənövşə o deyil.
Sevinc, nəşə o deyil,
Kədər o deyil!
Baxdım günəşə, aya,
Hər şey dəyişib guya.
Söylə, bu qoca dünya
Məgər o deyil?!
Nəğmə yaradıcılığını “Balıqçı oğlunun nəğməsi” (1977) ilə yekunlaşdıran Ə.Kürçaylı nəğmə ömrü yaşadı. Amma heç vaxt unudulmayacaq, heç zaman yaddan çıxmayacaq bir nəğmə ömrü!..

Комментариев нет:
Отправить комментарий