Страницы

28.03.2014

Türkiyədə nurçuların telekanalının lisenziyası ləğv edilib

Türkiyədə nurçuların telekanalının lisenziyası ləğv edilib

İcmanın holdinqi çirkli pulların yuyulmasında ittiham olunur

Türkiyədə nurçulara məxsus olan “Kanaltürk” telekanalının ölkə miqyaslı yayım lisenziyası Radio Televiziya Üst Kurulu (RTÜK) tərəfindən ləğv edilib.
APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, RTÜK öz qərarını bu barədə məhkəmə qərarının olması ilə əsaslandırıb. Qərara əsasən “Kanaltürk” ölkə miqyasında deyil, yalnız regional yayımla məşğul ola bilər. RTÜK-ün Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası tərəfindən seçilmiş üzvləri qərarın əleyhinə səs veriblər.

Fətullah Gülən tərəfdarlarına məxsus “Kaynak Holding”in mərkəzi ofisində isə MASAK (Maliyyə Suçlarını Araşdırma Kurulu) əməkdaşları və İstanbul polisi tərəfindən axtarış başlanıb. Çirkli pulların yuyulması və vergi gizlətmək ittihamı ilə aparılan istintaq çərçivəsində holdinqin maliyyə-mühasibat sənədləri və kompüterləri müsadirə edilib. Qeyd edək ki, holdinqin tərkibində 16 müxtəlif sektorda fəaliyyət göstərən 23 şirkət var. Bu şirkətlərdə 7 minə yaxın insan çalışır.

Комментариев нет:

Отправить комментарий