Misir Əsgərov
Ukraynada imperialistlərə qarşı dayanan yeganə qüvvə var, bu sağ radikallardı. Sağçı radikallar səbəb oldu ki, korrupsioner Viktor Yanukoviç hər şeyini qoyub qaçdı Ukraynadan Rusiyaya. Çoxu elə düşünür ki, güya Maydanda meydan suluyanlar Avropaya inteqrasiya etmək istəyən liberallardı. Əgər elə olsaydı Yanukoviçlə Yaçenyuk (ən qatı avropərəst) çoxdan anlaşmışdı, lakin bütün razılaşmaların üstündən radikal sağçılar xətt çəkdi. Buna görə hər cür imperializmə qarşı olan şəxs gərək Ukrayna millətçilərini dəstəkləyə. Ukrayna millətçiləri Hollandiya, Belçika və başqa Avropa ölkələrin millətçilərindən fərqli olaraq Mossada işləmirlər. Ukrayna sağçıları antisionist mövqeydədilər. Ukrayna millətçilərinin əsas məqsədi Ukrayna millətini tam formalaşdırmaqdı. Lakin bəzi milli azlıqlar buna qarşıdılar, ona görə bu gün Ukraynada ruslarla Ukrayna millətçiləri anlaşılmazlıq yaranıb. Ukraynadaki sağ inqilab ilk olaraq Avropa liberalizminə qarşı yönəlib.
2-ci dünya müharibəsindən sonra Ukrayna inqilabı ilk sağ inqlabdı. Ukrayna inqlabı bir növ Şərqi Avropadaki ABŞ-ın Troya atın məhv etdi. Ukraynada Ernst Yunqerin dediyi mühafizəkar inqilab baş verir. Ukrayna inqilabı bu gün bütün tradisionalistlərə və antiqlobalistlərə stimul verir .
Ukrayna sağ inqilabının alman nasizimindən və italya faşizimindən fərqləndirən cəhət ondandır ki, Ukrayna sağ inqlabı modern təfəkkürə qarşıdı. Rusiya geosiyasi reallıqları nəzərə alır deyə Ukrayna millətçilərin dəstəkləmir, yoxsa Ukrayna inqlabı bütün tradisionistlərin və mühafizəkarların arzusudu. Baxmayaraq ki, inqlabı sağçı radikallar edib, bundan faydalanmaq istəyən çoxdur. Bu gün Ukraynanın taleyi Krımda həll edilir. Hansı qüvvə Krımı müdafiə edib, Ukraynanın tərkibində saxlaya biləcəksə, o qrupda Ukrayna inqlabından qalib çıxacaq.
Комментариев нет:
Отправить комментарий