Страницы

25.04.2014

1 May gəzintisi, yoxsa..?

Rəhim Həsənov, 
AKP MK katibi

Rus burjuaziyasının lakeyi, “Qena” ləqəbli Zyuqanovun Azərbaycandakı özfəaliyyət dərnəkciyin naşı dirijoru R.Qurbanov düşdüyü acınacaqlı vəziyyətdən çıxmaq və özünü müvafiq adamlara göstərmək üçün 1May bayramını Bakı parklarında gəzinti ilə kecirmək əlacında qalıb. Kommunist libasına bürün-müş bu şəxs əsil həqiqətdən agah olmayan müxtəlif mətbuat orqanlarında vaxtaşırı peyda olur və cəfəngiyyat fikirləri ilə insanları çaşdırır. Məsələn, teleqraf.com saytında abır-həya gözləmədən özünü keçmiş Kommunist partiyasının varisi hesab edir (?!), və ya real qüvvə olan kommunistlərin təşkilatına primitiv düşüncəsinə uyğun çamur atır. Paxıllıq hisslərini cilovlaya bilməyən bu üzdəniraq “partiya sədri”, qanuni fəaliyyət göstərən və beynəlxalq kommunist partiyalar tərəfindən rəsmi tanınan Azərbaycan Kommunist Partiyasının (AKP MK - 1-ci katibi T.Nurullayev) fəhlələrin timsalında bütün zəhmətkeşlərə hörmət əlaməti olaraq “Fəhlə heykəli” önündə bayramın rəsmi hissəsini keçirmək təşəbbüsünü həzm edə bilmir.
Nəzərə almaq lazımdır ki, hakimiyyət orqanları da Azərbaycan Kom-munist Partiyasını tanıyır və 1 May bayramının keçirilməsi üçün məhz bu qanuni partiyaya icazə vermişdir. Tədbirdə Azərbaycanın bütün sol qüvvələri iştirak etməyə qərarlıdır. Qərəzli yanaşmalarla burjua əxlaqının daşıyıcısına çevrilən R.Qurbanovu paxıllığa sövq edən onun kağız üzərindəki “partiyası” , burada bir həsir, bir də məmmədnəsir olması və ən başlıcası isə əsil kommunistlər arasında yeri olmamasıdır. Məhz bu amil bayram adı ilə küçələrə düşüb gəzməyə, onu məcbur edir. Axı, tədbiri keçirmək üşün insanların iştirakı olmalı, partiya üzvləri bir yerə toplanmalı, bunlar da ki, özünü kommunistlərin lideri kimi ictimaiyyətə sırımağa çalışan, əslində kommunist əqidəsi olmayan həmin şəxsdə yoxdur.
Qarşıdan gələn 1 May bayramı münasibəti ilə hər kəsi Azərbaycan kommunistlərinin keçirəcəyi kütləvi bayram tədbirinə dəvət edirik.

Комментариев нет:

Отправить комментарий